Qızıl rekordları yeniləyir
17.10.2025 [08:32]
Əlvan metalın qiyməti sıçrayışla artmaqdadır
2025-ci ilin oktyabr ayının ilk yarısı dünya birjalarında qızılın qiymətinin kəskin bahalaşması ilə müşayiət olunub. Əlvan metalın bir troya unsiyasının qiyməti 4 min 225 dolları ötüb. Təkcə son bir gündə birjalarda qiymət artımı 0,88 faiz və ya 36,7 dollar təşkil edib. Azərbaycan manatı ilə ifadə etdikdə, 1 qram qızılın qiyməti təxminən 231 manata bərabərdir. Bu, qiymət səviyyəsi 2025-ci ilin əvvəlindən bəri ən yüksək göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Belə ki, qızılın son bir ayda dəyəri 13,6 faiz, altı ayda isə 26,3 faiz, ötən 9 ayda isə 45 faizə yaxın yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu dəyərli metal 55,5 faiz, son beş ildə isə 120 faiz bahalaşıb. Bazar situasiyaları onu ehtiva edir ki, qızıl qarşısıalınmaz sıçrayışla hər ay dəyərini artıraraq sərmayə baxımından ən etibarlı yığım aləti kimi möhkəmlənir.
ABŞ-ın qızıl birjaları assosiyaları üzrə məşhur UBS analitiklərinin fikrincə, qızıl qiymətinin 2025-ci ilin sonunda və növbəti ildə yenidən artmağa davam edəcəyi proqnozlaşdırılır. Bu amil investorlar arasında da yığımların transformasiyasına yeni stimullar verməkdədir. Ehtimal olunur ki, qlobal səhmdarlar dünya səhm bazarındakı dəyişkənliklərə cavab olaraq, öz yığımlarını daha təhlükəsiz investisiya seçimlərinə, daha doğrusu qızıla yönəldəcək. Analitiklərin fikrincə, külçə qızıl üzrə tələbin artması ilə qiymətlərin 2026-cı ilin əvvəlində 5000 dolları ötəcəyi gözlənilir.
Ticarət müharibələri və qlobal risklər
Qlobal analitiklər qiymətlərin sürətlə artmasına ticarət müharibələri, tənəzzül gözləntiləri, ABŞ-ın yumşaq pul siyasəti və mərkəzi banklardan tələbatın artmasının səbəb olduğunu qeyd edirlər. Qızılın bahalaşmasına ABŞ-da Donald Trampın prezident seçilməsindən sonrakı investisiya fraqmentasiyalarının təsirləri az rol oynamır. Trampın yeni maliyyə siyasəti ucuz dollar, bahalı qızıl və rəqəmsal valyuta investisiyasına əsaslanır. Çünki dolların ucuzlaşması istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır.
Bu baxımdan qiymət artımının əsas amillərindən biri kimi ABŞ Federal Ehtiyat Sisteminin son bir ayda faiz dərəcəsini aşağı salmaq siyasəti də təsiredici rol oynayır. FED-in yumşaq pul siyasəti valyuta və borc alətlərinə investisiyaları daha az cəlbedici edir və qızıl yığımlarına transformasiyanı artırır. Eləcə də qlobal geosiyasi qeyri-müəyyənlik və Donald Tramp administrasiyasının sərt ticarət siyasəti də bazarlara öz təsirlərini göstərir.
Qlobal səhmdarlar pullarını qızıla çevirir
Mərkəzi bankların artan tələbi də bazara xüsusi təsir göstərir. Son illər onlar ehtiyatlarını aktiv şəkildə diversifikasiya edir, qızılın payını artırırlar. “Goldman Sachs” analitiklərinin fikrincə, mərkəzi banklar, xüsusən də inkişaf etməkdə olan ölkələrin bu qurumları qızılla ehtiyatlarının struktur şaxələndirilməsini davam etdirir. Ümumdünya Qızıl Şurasının məlumatına görə, 2025-ci ildə dünya mərkəzi banklarının xalis qızıl alışı əvvəlki illə müqayisədə 40 faizdən çox artaraq 800 tona çatıb. Dünyada investisiya aləti kimi qızıla tələbat isə 5 min tonu ötüb. Bankların 2025-ci ildə orta hesabla 80 ton, 2026-cı ildə isə daha 70 ton qızıl alacağını proqnozlaşdırır. Eləcə də, böyük iqtisadiyyata malik ölkələr - Çin, Səudiyyə Ərəbistanı, Braziliya, Türkiyə, Almaniya və Hindistan da əvvəlki ehtiyatların xarici valyutada saxlanması təcrübəsindən imtina edərək qızıl ehtiyatlarını fəal şəkildə artırırlar. Nəticədə bu amillər qızıla olan tələbi artırır və qiymətləri yüksəldir.
Mövcud situasiyalar investorlar arasında digər pul və invesisiya alətlərinin qızıl yığımlarına transformasiyasına yeni stiummlar verməkdədir. Ehtimal olunur ki, qlobal səhmdarlar dünya səhm bazarındakı dəyişkənliklərə cavab olaraq, öz yığımlarını daha təhlükəsiz investisiya seçimlərinə, daha doğrusu qızıla yönəldəcək.
Azərbaycan da qızıl rezervlərini artırır
Dünya bazarında bu dəyərli metalın qiymət volatilliyi Azərbaycana da təsirsiz ötüşmür. Qızıl iqtisadiyyatda çətin zamanların təhlükəsiz limanı rolunu oynadığından bütün investorlar kimi azərbaycanlı bank və fondlar, o cümlədən Mərkəzi Bank, Dövlət Neft Fondu öz portfellərində qızıl investisiyalarına üstünlük verməkdədir. Neft Fondu 2025-ci ilin birinci yarısında 34,5 ton qızıl alaraq öz portfelini möhkəmləndirib. 2024-cü ilin sonunda 146,6 ton qızıl altportfelinə malik DNF-nin hazırda qızıl investisiyaları 181 tondan artıqdır. Fondun yeni investisya siyasətinə əsasən, investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri qızıla investisiya edilə bilər ki, bu da əlvan metal yığımının cəlbedicliyinə işarədir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Sosial
17 Oktyabr 12:46

Gündəm
17 Oktyabr 12:25

Analitik
17 Oktyabr 12:19

YAP xəbərləri
17 Oktyabr 12:17

Elanlar
17 Oktyabr 12:13

YAP xəbərləri
17 Oktyabr 12:00

Sosial
17 Oktyabr 11:53

YAP xəbərləri
17 Oktyabr 11:52

Sosial
17 Oktyabr 11:46

Siyasət
17 Oktyabr 11:45

İqtisadiyyat
17 Oktyabr 11:38

Hadisə
17 Oktyabr 11:33

Sosial
17 Oktyabr 11:31

İqtisadiyyat
17 Oktyabr 11:29

Sosial
17 Oktyabr 11:16

İqtisadiyyat
17 Oktyabr 11:13

Analitik
17 Oktyabr 10:54

MEDİA
17 Oktyabr 10:51

Sosial
17 Oktyabr 10:35

Elm
17 Oktyabr 10:12

Analitik
17 Oktyabr 09:57

Analitik
17 Oktyabr 09:30

Analitik
17 Oktyabr 09:14

Sosial
17 Oktyabr 08:59

İqtisadiyyat
17 Oktyabr 08:32

Gündəm
17 Oktyabr 08:10

Dünya
17 Oktyabr 03:49

Gündəm
17 Oktyabr 00:52

YAP xəbərləri
16 Oktyabr 23:51

Dünya
16 Oktyabr 23:35

Gündəm
16 Oktyabr 23:21

Dünya
16 Oktyabr 23:18

Gündəm
16 Oktyabr 23:14

Dünya
16 Oktyabr 22:54

Gündəm
16 Oktyabr 22:47

Gündəm
16 Oktyabr 22:35

Xəbər lenti
16 Oktyabr 22:30

YAP xəbərləri
16 Oktyabr 22:16

YAP xəbərləri
16 Oktyabr 22:05

Dünya
16 Oktyabr 21:49

YAP xəbərləri
16 Oktyabr 21:33

Xəbər lenti
16 Oktyabr 21:17

YAP xəbərləri
16 Oktyabr 21:09

YAP xəbərləri
16 Oktyabr 20:50

Siyasət
16 Oktyabr 20:33

YAP xəbərləri
16 Oktyabr 20:25

Dünya
16 Oktyabr 20:12

YAP xəbərləri
16 Oktyabr 19:58

Hadisə
16 Oktyabr 19:31
YAP xəbərləri
16 Oktyabr 19:16

YAP xəbərləri
16 Oktyabr 19:07

YAP xəbərləri
16 Oktyabr 18:14

YAP xəbərləri
16 Oktyabr 18:05

YAP xəbərləri
16 Oktyabr 17:45

YAP xəbərləri
16 Oktyabr 17:28

YAP xəbərləri
16 Oktyabr 17:24

YAP xəbərləri
16 Oktyabr 17:22

YAP xəbərləri
16 Oktyabr 16:41

Gündəm
16 Oktyabr 15:56

Siyasət
16 Oktyabr 15:50

YAP xəbərləri
16 Oktyabr 15:49

YAP xəbərləri
16 Oktyabr 15:30

Hərbi
16 Oktyabr 15:20

YAP xəbərləri
16 Oktyabr 15:15

YAP xəbərləri
16 Oktyabr 15:05
YAP xəbərləri
16 Oktyabr 14:39
YAP xəbərləri
16 Oktyabr 14:10

Gündəm
16 Oktyabr 13:44

YAP xəbərləri
16 Oktyabr 13:34

Mədəniyyət
16 Oktyabr 13:30
