Avropa Bankının “yaşıl maliyyə” dəstəyi...
13.12.2025 [11:13]
AYİB Azərbaycanda 100 milyon dollar dəyərində proqrama sərmayə ayırıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana “yaşıl iqtisadiyyat”ın maliyyələşdirilməsi üçün 100 milyon dollar (85,6 milyon avro) həcmində dəstək proqramını təsdiqləyib. “Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi”adlanan proqram (Green Economy Financing Facility) çərçivəsində enerjinin səmərəliliyi, bərpaolunan enerji infrastrukturunun qurulması, resurslardan səmərəli istifadə və iqlim dayanıqlığı sahəsində layihələrin həyata keçirilməsində özəl şirkətlərin maliyyə ehtiyaclarını təmin edəcək. Proqram Azərbaycanda “yaşıl maliyyələşdirmə” mexanizmlərinin tətbiqi üzrə pilot təşəbbüs olmaqla, təmiz enerji və dayanıqlı inkişaf hədəflərinə nail olmasına töhfə verəcək.
Avropa Bankının açıqlamasına görə, 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 toplantısında Azərbaycanın “yaşıl iqtisadiyyat”a olan marağı və bu prosesdə biznes və özəl sektorun xüsusi təşəbbüskarlığı “yaşıl əməkdaşlıq” üçün imkanları artırıb. Bank Azərbaycan biznes icmasının “yaşıl layihələrə” və yeni texnologiyaların tətbiqində motivasiyasını artırmaq üçün dəstək vermək qərarına gəlib.
Bu maliyyə dəstəyi AYİB-in “yaşıl maliyyələşdirmə” strategiyası çərçivəsində beşillik layihəsidir. Bankın açıqlamasına əsasən, “yaşıl maliyyə” banklara, mikromaliyyə institutlarına və lizinq şirkətlərinə ayrılacaq. Həmin qurumlar isə yerli təchizatçı və əlaqələndirici kimi özəl şirkətlərə, kiçik və orta biznesə, korporativ borcalanlara, eləcə də pərakəndə müştərilərə və ev təsərrüfatlarına ekoloji yönümlü kreditlərin verilməsini təmin edəcək. Dəstək proqramında iştirak edən şirkət və təsərrüfatlar 3 milyon dollara qədər texniki yardım paketi əldə edə biləcəklər. Buraya layihənin idarə edilməsi, yeni maliyyə məhsullarının hazırlanması, marketinq və təlimləri üzrə xərclər daxildir. Layihənin icrası üçün isə ödənişlər 4 milyon dollar nəzərdə tutulub.
Avropa Bankı “Qara dəniz” kabelini dəstəkləyir
Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda “yaşıl enerji” sektorunun inkişafına dəstəyinin əsas səbəblərindən biri respublikamızda bərpaolunan enerji növlərinin istehsalının daha da artırılmasının təşviqidir. Məlumdur ki, regionda yeni nəhəng marşrut - “Qara dəniz kabeli” və ya “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” “yaşıl enerji” dəhlizi yaradılmaqdadır. Bu dəhlizə Avropa İttifaqının (Aİ) marağı hədsiz böyükdür. Aİ-nin tanınmış maliyyə institutlarından biri kimi AYİB də bu prosesdə dəstəkləyici rol oynayır. AYİB-in Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti bir müddət əvvəl ölkəmizdə olarkən Azərbaycanın “yaşıl enerji” dəhlizlərinin yaradılması istiqamətində atdığı addımları yüksək qiymətləndirib, eyni zamanda, COP29 ilə bağlı təşəbbüsləri, enerji sahəsində planlaşdırılan tədbirlərin bütün dünya ölkələri üçün əhəmiyyətinə toxunub.
Avropa Bankının regional direktoru Azərbaycanla energetika sektorunda mövcud əməkdaşlığın vəziyyətinin müsbət səmərə verməsinə diqqət çəkərək bankın bərpa olunan enerji mənbələrinin istehsalı və nəqli, aşağı karbonlu enerjiyə keçid, “yaşıl texnologiyalar” sahəsində layihələrin icrası və gələcək əməkdaşlıqda “yaşıl enerji”yə xüsusi önəm veriləcəyini xatırladıb. Bankın maliyyə dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası ilə yanaşı, digər energetika müəssisələrinin yaradılmasında maliyyə tərəfdaşlığının davam etdiriləcəyi istisna edilmir.
AYİB 8 külək və günəş elektrik stansiyasının inşasına kredit ayıracaq
“Yaşıl enerji”yə keçidi enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmiş Azərbaycan hökuməti bu sahəyə birbaşa yerli sərmayələr yatırmaqla beynəlxalq donorlar, xarici investorlar və maliyyə institutları ilə də sıx əməkdaşlıq edərək onların sərmayələrini də cəlb etməyə çalışır. Onlardan biri olan Avropa Bankı bərpaolunan enerji və regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsində maliyyə donorluğuna razılıq verib. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının istismara hazırlanmasına kreditlər ayıracağını bildirib.
Avropa Yenidənqurma və İnkişaf Bankının ötən il açıqladığı “Aşağı karbonlu hidrogen iqtisadiyyatı bazar araşdırması”na dair hesabatında da Azərbaycanın yaşıl hidrogen istehsalının iqtisadi cəhətdən səmərəli ölkə olması, eləcə də regional enerji bazarlarına ixracda və regionda yeni yaradılan çoxşaxəli ixrac marşrutlarında strateji mövqeyə və yerə malik olması öz əksini tapıb. Hesabata əsasən, Azərbaycan 2026-cı ilədək ümumi enerji qoyuluşunda bərpaolunan enerji mənbələrinin payının 24 faizə, qədər çatdırılmasında maraqlıdır. Həmçinin məşhur Paris anlaşmasına görə, rəsmi Bakı bu müddətdə Azərbaycan atmosferə buraxılan CO2-nin həcminin bir faiz bəndi həcmində azaldılmasını da öhdəlik kimi götürüb. AYİB Azərbaycanı “yaşıl enerji” quruculuğunda qətiyyətli və dönməz iradə əks etdirən tərəfdaş hesab edir. “Yaşıl enerji”yə davamlı sərmayə yatıracağını bəyan edən bank COP-29 çərçivəsində Azərbaycanla iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə də birgə partnyorluğun artırılacağını vurğulayıb.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

