“S&P Ratings”dən nikbin qiymətləndirmə
30.12.2025 [10:15]
Agentlik Azərbaycanın kredit reytinqinin yaxşılaşacağına dair açıqlama ilə çıxış edib
Dünyanın iqtisadi institutlarından biri olan “S&P Global Ratings” (S&P) reytinq agentliyi ortamüddətli dövrdə Azərbaycanın kredit reytinqinin yaxşılaşacağına dair açıqlama ilə çıxış edib. Agentlik hesab edir ki, geosiyasi risklərin azalması və fiskal dayanıqlılığın artması fonunda Azərbaycanda kredit və investisiya cəlbediciliyi imkanları artıb, eləcə də suveren yığımların aktivliyi müşahidə edilir. Bu imkanlar daha çox Dövlət Neft Fondu (DNF) tərəfindən idarə olunan iri həcmli aktivlərdə özünü göstərir. Dövlətin xalis aktivlərə malik olması və fiskal mövqeyi, habelə aşağı dövlət borcunun qorunub saxlanması Azərbaycan iqtisadiyyatının şoklara davamlılığını artırır, qlobal bazarlarda karbohidrogen qiymətlərinin dəyişkənliyinin təsirlərini yumşaldaraq makroiqtisadi sabitliyi möhkəmləndirir.
“S&P”nin ekspertlərinin qənaətinə görə, geosiyasi risklərin azalması və fiskal buferlərin möhkəmlənməsi şəraitində Azərbaycanın kredit reytinqinin yüksəlməsi gözləniləndir. Buna iqtisadi-maliyyə-investisiya seqmentlərindəki amillərlə yanaşı, bölgədə yaranan siyasi faktorların- sülh və rifah quruculuğu yönündə atılan iradəli addımların da təsirləri istisna deyil. Agentlik hesab edir ki, Azərbaycan və Ermənistan arasında rəsmi sülh müqaviləsinin reallaşması istiqamətində səylərin gücləndirilməsi ikitərəfli münasibətlərdə onilliklər ərzində ən konstruktiv mərhələnin formalaşdığını göstərir. Bu isə bölgədə əlverişli və geniş investisiya mühitinin yaxşılaşmasına səbəb olacaq, iqtisadi artım potensialını yüksəldəcək. Bu və digər amillər Azərbaycanın kredit reytinqnin yüksəlməsi üçün də münbit potensialı artıracaq.
Qlobal investorlar üçün əlverişli ölkə
Qeyd edək ki, Azərbaycan beynəlxalq kapital bazarlarına çıxışın asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi, beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da gücləndirilməsi məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir. Bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi - “Fitch”, “S&P Global Ratings” və “Moody’s”la əməkdaşlıq həyata keçirilib, rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, eyni zamanda, müqavilə öhdəlikləri olmadan agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi qiymətləndirilib. 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəldilib. Həmin agentliklər tərəfindən “BBB-” və “Baa3” səviyyəsinə qaldırılan suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib. Eləcə də “S&P Global Ratings” agentliyi Azərbaycan üzrə reytinq əmsalını “BB+/B” şkalasında təsdiqləyib, eyni zamanda, “sabit”dən “müsbət”ə dəyişib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investorlarının daim diqqət mərkəzindədir.
“S&P”, eyni zamanda, cari ildə Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb. Sahə riskinin qiymətləndirməsini “sabit”dən “müsbət”ə dəyişib. “S&P” analitiklərinin fikrincə, bu müsbət tendensiya ölkədə son iki ildə 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində maliyyə institutlarına nəzarət və tənzimləmənin yaxşılaşdırılması təşəbbüslərini əks etdirir. Bu təşəbbüslər effektiv şəkildə həyata keçirildiyi təqdirdə Azərbaycanda banklara nəzarət və tənzimləmənin daha da gücləndirilməsinə imkan verəcək.
Agentlik investisiya reytinqimizi artıra bilər
“S&P Global Ratings” agentliyinin yeni proqnozları ona dəlalət edir ki, Azərbaycanın güclü milli valyuta ehtiyatları və suveren fondları milli valyutanın sabitliyi üçün də dayanıqlılığı təmin edir. Yəni, mövcud ehtiyat portfeli manatın xarici valyuta qarşısında məzənnəsinə ciddi təsir və təzyiq edəcək amilləri tamamilə neytrallaşdırır. Reytinqdə əsas faktorlardan biri kimi xarici borc amili də mühüm yer tutur. Azərbaycan hazırda regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır.
Agentliyin Azərbaycanın kredit reytinqi ilə bağlı nikbin proqnozu investisiya və maliyyə sektorları üçün də ümidverici ssenarilərə zəmin yaradır. Respublikamızın potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə də beynəlxalq inamı artırır. Eyni zamanda, “S&P”in yaxın müddətdə Azərbaycanın kredit reytinqinin yenidən yüksəldəcəyinə və investisiya səviyyəsinə yüksəldəcəyinə zəmin yaradır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 Dekabr 14:42
Dünya
31 Dekabr 14:18
Dünya
31 Dekabr 13:49
Dünya
31 Dekabr 13:25
Hadisə
31 Dekabr 12:41
Sosial
31 Dekabr 12:16
Dünya
31 Dekabr 12:03
Sosial
31 Dekabr 11:51
Siyasət
31 Dekabr 11:44
Siyasət
31 Dekabr 11:43
Gündəm
31 Dekabr 11:20
Siyasət
31 Dekabr 10:59
Sosial
31 Dekabr 10:35
İqtisadiyyat
31 Dekabr 10:12
Siyasət
31 Dekabr 10:02
MEDİA
31 Dekabr 09:54
Analitik
31 Dekabr 09:30
Ədəbiyyat
31 Dekabr 09:17
İqtisadiyyat
31 Dekabr 08:51
Mədəniyyət
31 Dekabr 08:26
YAP xəbərləri
30 Dekabr 22:59
Gündəm
30 Dekabr 21:45
YAP xəbərləri
30 Dekabr 21:00
YAP xəbərləri
30 Dekabr 20:30
YAP xəbərləri
30 Dekabr 20:25
YAP xəbərləri
30 Dekabr 19:29
İqtisadiyyat
30 Dekabr 19:27
Sosial
30 Dekabr 18:26
Hadisə
30 Dekabr 17:45
YAP xəbərləri
30 Dekabr 16:48
Maraqlı
30 Dekabr 16:43
Dünya
30 Dekabr 16:39
YAP xəbərləri
30 Dekabr 16:01
YAP xəbərləri
30 Dekabr 15:56
Dünya
30 Dekabr 15:27
YAP xəbərləri
30 Dekabr 15:12
Hərbi
30 Dekabr 15:02
Sosial
30 Dekabr 15:01
İqtisadiyyat
30 Dekabr 15:00
Siyasət
30 Dekabr 14:59
Sosial
30 Dekabr 14:58
Dünya
30 Dekabr 14:45
Dünya
30 Dekabr 14:16
Sosial
30 Dekabr 13:56
Dünya
30 Dekabr 13:49
Dünya
30 Dekabr 13:24
Siyasət
30 Dekabr 13:23
Sosial
30 Dekabr 13:05
Siyasət
30 Dekabr 12:54
İqtisadiyyat
30 Dekabr 12:51
Gündəm
30 Dekabr 12:30
Gündəm
30 Dekabr 12:17
Siyasət
30 Dekabr 11:53
Siyasət
30 Dekabr 11:31
İqtisadiyyat
30 Dekabr 11:18
YAP xəbərləri
30 Dekabr 11:03
İqtisadiyyat
30 Dekabr 10:58
Xəbər lenti
30 Dekabr 10:44
Analitik
30 Dekabr 10:39
İqtisadiyyat
30 Dekabr 10:15
Analitik
30 Dekabr 08:57
Analitik
30 Dekabr 08:32
Müsahibə
30 Dekabr 08:19
Dünya
30 Dekabr 07:51
Dünya
30 Dekabr 07:49
Siyasət
30 Dekabr 00:39
Sosial
29 Dekabr 23:56
YAP xəbərləri
29 Dekabr 23:37
Siyasət
29 Dekabr 22:58
YAP xəbərləri
29 Dekabr 22:39

