Borc Strategiyası üzrə strateji məqsədlərə nail olunub
20.02.2026 [09:35]
Dövlət borcunun idarə edilməsi ilə bağlı yeni strategiya hazırlanır
Fevralın 18-də Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında çıxış edən nazir Sahil Babayev bildirib ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyası ilə müəyyən edilən strateji məqsədlərə tam nail olunub, ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 30 faizdən aşağı saxlanılması, xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi kimi müəyyən edilən prioritet tədbirlər gözlənilib. Bununla yanaşı, 2025-ci ilin sonunadək faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 50 faizi keçməməsi, daxili borcalmanın genişləndirilməsi, bunun müqabilində xarici dövlət borcunun tədricən azaldılması, dövlət qiymətli kağızlarının orta ödəniş müddətinin mərhələli şəkildə uzadılması təmin edilib.
Qeyd olunub ki, 1 yanvar 2026-cı il tarixinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 25 milyard 987,5 milyon manat təşkil edərək ÜDM-in 20,1 faizinə bərabər olub. Bu, ötən ilin əvvəli ilə müqayisədə 5,1 faiz və ya 1,4 milyard manata yaxın azalma deməkdir. Dövlət borcunun 31,5 faizi xarici, 68,5 faizi isə daxili borcun payına düşür. Dövlət zəmanətli borcların həcmi də azalaraq 10 milyard 368,4 milyon manat və ya ÜDM-in 8 faizi səviyyəsində qərarlaşıb.
300,1 milyon manat qənaət
Dövlət borcunun dayanıqlığının möhkəmləndirilməsi, borc portfeli üzrə risk meyarlarının azaldılması, xəzinə vəsaitlərinin daha səmərəli idarə olunması üzrə 2025-ci il ərzində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. İl ərzində yeni cəlb olunan borcalmalar müqabilində həyata keçirilən əsas borc ödənişləri dövlət borcunun səviyyəsinin azalmasını şərtləndirib. Eyni zamanda, 2025-ci il ərzində dövlət borcuna xidmət xərclərinin optimallaşdırılması istiqamətində bir sıra yüksək faizli dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması, daha aşağı faizli dövlət istiqrazları hesabına iri həcmli yüksək faizli istiqrazların təkrar maliyyələşdirilməsi əməliyyatları yerinə yetirilib. Nəticədə xəzinə vəsaitlərindən səmərəli istifadə nəticəsində dövlət borcuna xidmət xərclərinə 300,1 milyon manat qənaət edilib, eyni zamanda, həyata keçirilən təkrar maliyyələşdirmə əməliyyatları çərçivəsində qısamüddətli istiqrazlar uzunmüddətli istiqrazlarla əvəz olunaraq borc portfelinin strukturunda müsbət dəyişiklik təmin edilib.
Qeyd olunan tədbirlər çərçivəsində aşağıdakı əsas nailiyyətlər əldə edilib:
* 2025-ci ilin əvvəli ilə müqayisədə dövlət borcunun səviyyəsi 1,4 milyard manat, o cümlədən daxili dövlət borcu 855,2 milyon manat, xarici dövlət borcu isə 537,5 milyon manat (316,2 milyon dollar) azaldılıb.
* Dövlət zəmanətli borcun səviyyəsi 589 milyon manat, o cümlədən xarici dövlət zəmanətli borc 471,4 milyon manat (277,3 milyon dolları), daxili dövlət zəmanətli borc isə 117,6 milyon manat məbləğində azalıb
* Dövlət istiqrazları üzrə orta ödəmə müddəti 2025-ci ilin əvvəli ilə müqayisədə 2026-cı ilin yanvarında əhəmiyətli səviyyədə (təqribən 2.2 dəfə) artaraq 3,3 il təşkil edib.
* Dövlət büdcəsinin borca xidmət xərclərində ümumilikdə 300,1 milyon manat məbləğində qənaət formalaşdırılıb.
* Vahid xəzinə hesabının idarə olunması nəticəsində ümumilikdə 121,3 milyon manat, o cümlədən milli valyuta üzrə 98,6 milyon manat, xarici valyuta üzrə isə 22,7 milyon manat məbləğində faiz gəliri əldə olunub.
ÜDM-in 6,3 faizinə bərabər
Borc siyasəti üzrə əldə edilən ən mühüm nəticə xarici borcun davamlı azaldılmasıdır. Rəqəmlərdən də göründüyü kimi Azərbaycanın xarici borcu ümumi borcun 31,5 faizinə bərabər olmaqla təxminən 8,2 milyard manat təşkil edir. Bu, dollar ifadəsi ilə 4,8 milyard dollar deməkdir. Bu rəqəm ÜDM-in 6,3 faizini təşkil edir. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon dollar və ya 6,2 faiz azaldılıb.
Xarici borcun faizlər üzrə strukturu da təmkinli siyasət üzrə müəyyənləşib. Belə ki, dəyişkən faiz dərəcəsi üzrə öhdəliklər xarici borc portfelinin 49,3 faizini, sabit dərəcə üzrə öhədliklər isə 50,7 faizini təşkil edir. Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, qalan 6 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun valyuta tərkibi isə aşağıdakı kimi təsnifləşdirilə bilər:
• Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları üzrə 3,4 faiz;
• ABŞ dolları ilə 85,1 faiz;
• Avro ilə 6,5 faiz;
• Yapon yeni ilə 3,3 faiz;
• Digər xarici valyutalar üzrə 1,7 faiz
Azərbaycan dünyada ən aşağı xarici borca malikdir
Azərbaycan hazırda xarici borcun vəziyyətinə görə, dünyanın ən sabit ölkələr sırasında yer alır. Ölkəmizdə xarici borcun ÜDM-də payı 6,3 faiz olmaqla ümümdünya göstəricilərindən qat-qat aşağıdır. Beynəlxalq praktikada xarici borcun ÜDM-də nisbəti 50 faizi ötdükdə bu, təhlükəli hədd sayılır. Borcun məbləğinin yüksək olması ölkənin ümumi xarici öhdəliklərini pisləşdirməklə yanaşı, milli iqtisadi təhlükəsizliyinə də mənfi təsir göstərir.
Azərbaycan xarici borcun bu nisbətinə görə, MDB, Asiya və Şərqi-Avropa regionu ölkələrinin əksəriyyətindən xeyli yaxşı mövqedədir. Belə ki, Cənubi Qafqaz regionu ölkələrində xarici borcun ÜDM-də nisbəti 40-50 faizə bərabərdir. Ermənistan xarici borcun həcminə görə, bu bölgədə ən təhlükəli ölkələr sırasındadır, bu ölkənin xarici dövlət borcu 2025-ci ilin sonunda 12,5 milyard dollar olmaqla ÜDM-in 54 faizini təşkil edir. Borcun adambaşına düşən nisbətinə görə də Azərbaycan ən qənaətbəxş vəziyyətə malikdir. Məsələn, Ermənistanda adambaşına düşən borcun həcmi 3,7 min dollar təşkil edir ki, bu da dünyada ən pis göstəricilərdən biridir. Borcun ÜDM-ə nisbətinə görə, Gürcüstanın da borc yükü Azərbaycana nisbətdə xeyli yüksəkdir. Bu ölkənin xarici borcunun ÜDM-ə nisbəti 43 faizdən yuxarıdır. Gürcüstanda adambaşına düşən borcun həcmi 2,8 min dollar təşkil edir. Azərbaycanda isə adambaşına düşən borcun həcmi təxminən 490 dollardır. Bütün bu amillər Azərbaycanın öz iqtisadi potensialı sayəsində xarici borcu tam bağlamağa imkan verir.
Strateji valyuta ehtiyatları xarici borcu 18,5 dəfə üstələyir
Cənubi Qafqaz ölkələrində borcun strateji rezervlərin nisbətinə görə də, Azərbaycan ən yaxşı mövqeyə malikdir. Ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi 85 milyard dollar olmaqla borcu 18,5 dəfə üstələyir.
Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə beynəlxalq maliyyə bazarlarında olduqca müsbət rəy formalaşdırıb. Həmçinin ölkəmizdə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Belə ki, xarici maliyyə institutları borclarını azaldan ölkələrə növbəti borc paketi ayırarkən daha aşağı faizlə və uzunmüddətli şərtlərlə verir. Çünki, borcu qaytarma imkanları yaxşıdır. Bu baxımdan bu gün Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Səudiyyə Fondu və digər beynəlxalq institutlar Azərbaycana ən sərfəli kreditlər təklif edirlər. Azərbaycan həmin sərfəli təklifləri nəzərə alaraq Böyük Qayıdışın sürətlə icra olunduğu şəraitdə öz iqtisadi məqsədləri üçün səmərəli borclanmaya getməyi də istisna etmir.
Dövlət borcunun idarə olunması sahəsində növbəti addımlardan biri beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsidir. Bu məqsədlə yeni borc strategiyası sənədinin hazırlanması nəzərdə tutulur. 2026-2030-cu illəri əhatə edəcək “Dövlət borcunun idarə edilməsinə dair Strategiya”sı bir sıra hüquqi institusional çərçivələrin təkmilləşdirilməsi ilə yanaşı, daha təsirli və təmkinli borc baxışlarını özündə əks etdirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49
Sosial
20 Fevral 11:37
Siyasət
20 Fevral 11:28
Gündəm
20 Fevral 11:27
Hadisə
20 Fevral 11:19
Siyasət
20 Fevral 11:01
Gündəm
20 Fevral 10:56
Gündəm
20 Fevral 10:40

