/ / Tokioda səfərdə olan Azərbaycan nümayəndə heyətinin keçirdiyi ikitərəfli görüşlərdə ticari-iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub
Tokioda səfərdə olan Azərbaycan nümayəndə heyətinin keçirdiyi ikitərəfli görüşlərdə ticari-iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub
01.03.2014 [11:35]
Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 8-ci birgə iclasında iştirak etmək üçün bu gündoğar ölkəyə səfərə gəlmiş Azərbaycan nümayəndə heyəti fevralın 27-də Tokioda bir sıra ikitərəfli görüşlər keçirib.
Baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Yaponiyanın iqtisadi bərpa naziri, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Akira Amari ilə görüşüb.
Görüşdə dost ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərlərinin iki ölkə arasında münasibətlərin inkişafında müstəsna rolu qeyd olunub.
Baş nazirin müavini Abid Şərifov nazir Akira Amarinin ikitərəfli əlaqələrin inkişafındakı xüsusi xidmətlərini vurğulayıb. Yaponiyanın ölkəmizə yatırdığı sərmayələrə, əvəzsiz yardımlara və güzəştli kreditlərə görə minnətdarlıq ifadə olunub. Enerji sahəsində ənənəvi əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanda yaradılmış münbit imkandan istifadə edilməsinin vacibliyi vurğulanıb. Bundan sonra da, həmin istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmi qeyd olunub.
Görüşdə, eyni zamanda, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, bu sahədə əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olacağı bildirilib.
Həmin gün Azərbaycan nümayəndə heyətinin Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Toşimitsu Moteqi ilə də görüşü olub. Görüşdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan tərəfinin bu əlaqələrin inkişafı ilə bağlı konkret təklifləri Yaponiya tərəfinə çatdırılıb.
Görüşlər zamanı nazirlər Akira Amari və Toşimitsu Moteqi Azərbaycana səfərə dəvət ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31

