Bakıda II Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və konfransı keçiriləcək
10.04.2014 [09:05]
Sərgidə 24 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edir
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) dəstəyi ilə aprelin 10-12-də keçiriləcək II Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və konfransı ilə bağlı “Trend” İnformasiya Agentliyinin Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib. Sərginin təşkilatçısı “İteca Caspian” şirkətinin biznesin inkişafı üzrə müdiri Bəhruz Hidayətzadə bildirib ki, ikinci dəfə keçirilən su texnologiyaları sərgisinə maraq böyükdür. Ötən il olduğu kimi, bu dəfə də “Azərsu” ASC sərgi və konfransın yüksək səviyyədə təşkilinə böyük dəstək verib.
“Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Adışirin Ələkbərov Azərbaycanda içməli su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verərək bildirib ki, layihələrin keyfiyyətli icrasında yeni texnologiyaların tətbiqinə üstünlük verilir: “Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, içməli və çirkab sutəmizləyici qurğuların layihələndirilməsi və tikintisi üzrə irimiqyaslı layihələrin həyata keçirildiyi bir vaxtda su texnologiyalarına həsr olunmuş sərgi və konfransın keçirilməsi olduqca aktualdır. Ötən il olduğu kimi, bu dəfəki sərgidə də nüfuzlu şirkətlər və dünyanın elmi mərkəzlərinin nümayəndələri iştirak etməyə qərar veriblər”.
CATEC 2014 sərgisində ziyarətçilərin diqqətinə içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarəedilməsi sistemləri, eləcə də, mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim ediləcək.
Sərgidə 24 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edir. Onların arasında Azərbaycan, Avstriya, Almaniya, ABŞ, Kanada, Türkiyə, İsrail, Rusiya, Belarus, Litva, Fransa, Macarıstan, Danimarka, İsveçrə, İtaliya və digər ölkələrin aparıcı texnologiya şirkətləri və təchizatçıları, habelə, ekologiya və tikinti şirkətləri var. Yerli iştirakçılar isə bu sahənin aparıcı şirkətlərindən ibarətdir - “Azərsu” ASC, “Akkord”, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azertexnolayn MMC, Gəncə Cihazqayırma zavodu, Omicron MMC, Unipark MMC, Sumqayıt Texnologiyalar Parkı və s.
CATEC 2014 sərgisi ilə yanaşı, aprelin 11-də “JW Marriott Absheron Baku” otelində 2-ci Xəzər Beynəlxalq Su texnologiyaları konfransı da keçiriləcək. Konfransda infrastrukturun bu sahəsinin aktual problemlərinə həsr olunmuş müzakirələr və alt panellər təşkil olunacaq. Konfransda dövlət strukturları, sənaye və mənzil-kommunal təsərrüfatının nümayəndələri, milli ekspertlər, iri sənaye müəssisələrinin rəhbərləri və ekoloqları, eko-texnologiyaları və eko-xidmətləri təchiz edən müəssisələrin nümayəndələri, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları, habelə, birliklər və qeyri-hökumət təşkilatlarının 400-dən çox nümayəndəsinin iştirakı gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

