/ / Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları bu rayonun istehsal müəssisələri ilə tanış olublar
Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları bu rayonun istehsal müəssisələri ilə tanış olublar
25.06.2014 [10:22]
Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları iyunun 24-də Qəbələ konserv zavodunda istehsal prosesi ilə tanış olublar.
AzərTAc xəbər verir ki, rusiyalı qonaqlar müəssisədə müasir standartlara cavab verən avadanlıqların quraşdırıldığı barədə geniş məlumatlandırılıblar. Bildirilib ki, zavodda müxtəlif növ meyvə püreləri, konsentratlar, şirələr, turşular, mürəbbələr, cemlər istehsal olunur. Müəssisənin məhsulları dünyanın 30 ölkəsinə ixrac edilir.
Nümayəndə heyəti Qəbələdə meyvə və tərəvəzin saxlanılması üçün tikilmiş soyuducu anbar kompleksi ilə tanış olub. Burada bildirilib ki, ümumi sahəsi 7800 kvadratmetr olan və 3 hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanılması xüsusi texnologiya ilə həyata keçirilir.
Qonaqlar rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksi ilə də tanış olublar. Onlara məlumat verilib ki, kompleksin 25 hektarlıq sahəsi dağlıq ərazini əhatə edir. Ərazidə inzibati bina, silah-sursat anbarı və mağazası, 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, 8 dairəvi səngər, 7 meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, 120 yerlik yeməkxana binası, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, yarışları seyr etmək üçün tribuna, bayraq meydançası, nəzarət-buraxılış məntəqəsi, istirahət məkanları mövcuddur.
Rusiyalı qonaqlar Qəbələdə gedən dinamik sosial-iqtisadi inkişafın, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqinin şahidi olublar. Nümayəndə heyəti, həmçinin Qəbələnin görməli yerləri, füsunkar təbiəti ilə də tanış olub, onlara bölgənin turizm imkanları barədə geniş məlumat verilib.
Qəbələ ilə tanışlıq zamanı qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə də ətraflı məlumat verilib.
Xatırladaq ki, forumun iştirakçıları iyunun 23-də “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi, “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki, beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport”, “Qafqaz Karvansaray” otelləri, “Tufandağ” Yay-Qış İstirahət Kompleksi, “Fitnes” istirahət-sağlamlıq mərkəzi ilə də tanış olublar.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

