/ / Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına dair kredit sazişi imzalanıb
Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına dair kredit sazişi imzalanıb
04.07.2014 [09:56]
İyulun 3-də Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə İnkişaf Fondu arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin maliyyələşdirilməsinə dair kredit sazişi imzalanıb.
AzərTAc xəbər verir ki, imzalanma mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov ölkələrimiz arasında əlaqələrin əsasının Ümummilli lider Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri zamanı qoyulduğunu bildirib. O, Ulu öndər Heydər Əliyevin Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafı ilə bağlı siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Baş nazirin müavini əhalinin keyfiyyətli içməli su ilə təmin olunması istiqamətində görülən işlərdən danışıb, son illər bu sahədə bir çox layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. A.Şərifov Azərbaycanda reallaşdırılan infrastruktur layihələrində Səudiyyə İnkişaf Fondunun da yaxından iştirak etdiyini bildirib, onun bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib.
Azərbaycan Hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Səudiyyə İnkişaf Fondu sədrinin müavini, idarəetmə üzrə direktor Yusif bin İbrahim əl-Bəssam təmsil etdiyi qurumun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək verəcəyini bildirib. Fondun sədr müavini Azərbaycana hər səfəri zamanı sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayaraq deyib: “Azərbaycan xalqını əldə olunan bu iqtisadi inkişaf münasibətilə təbrik edirəm. Səudiyyə İnkişaf Fondu Azərbaycanda reallaşdırılan layihələrdə iştirakından məmnundur. Çox sevinirik ki, ölkənizin inkişafında bizim də töhfəmiz vardır”.
Sonra Azərbaycan hökuməti adından “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Səudiyyə İnkişaf Fondu sədrinin müavini, idarəetmə üzrə direktor Yusif bin İbrahim əl-Bəssam kredit sazişini imzalayıblar.
Sazişə əsasən, Səudiyyə İnkişaf Fondu ümumi dəyəri 75 milyon ABŞ dolları olan layihəyə güzəştli şərtlərlə 20 il müddətinə 35 milyon dollar məbləğində kredit ayıracaq. Layihədə Azərbaycan Hökumətinin payı 40 milyon dollar təşkil edəcək.
“Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, 190 mindən çox insanın dayanıqlı su ilə təmin edilməsinə hesablanıb. Layihə çərçivəsində Xırdalan şəhərində ümumi tutumu 60 min kubmetr olan 3 su anbarı tikiləcək. İstehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin etmək məqsədilə müxtəlif diametrli polietilen və polad borularla 178,5 kilometr uzunluğunda şəbəkə yaradılacaq, hər bir ünvanda “smart-kart” sayğac quraşdırılacaq. Layihə üzrə tikinti işlərinə 2015-ci ilin əvvəlində başlanması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxHadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17

