Beynəlxalq təcrübənin tətbiqi Vergilər Nazirliyinin fəaliyyətinin prioritet sahələrindəndir
24.07.2014 [10:01]
Ələkbər Məmmədov: Nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisi olmaqla yanaşı, eyni zamanda, respublikamızın iqtisadi
sahədə əldə etdiyi uğurların təbliği baxımından çox vacibdir
Bir müddət əvvəl Azərbaycanın Vergilər Nazirliyi ikinci dəfə IOTA-nın (Avropadaxili Vergi Administrasiyaları Təşkilatı) İcraiyyə Şurasına üzv seçilib. Vergilər Nazirliyi MDB ölkələrinin vergi xidmətləri arasında bu mötəbər qurumun İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyasıdır. IOTA-nın son Baş Assambleyasında iştirak etmiş vergilər nazirinin müşaviri Ələkbər Məmmədov KİV-ə müsahibəsində bu məqama toxunaraq deyib ki, Azərbaycan Vergilər Nazirliyinin IOTA-nın İcraiyyə Şurasına yenidən növbəti birillik müddət üçün üzv seçilməsi əlamətdar bir hadisədir. Bu təşkilat Avropa İttifaqı (Aİ) ölkələrinin vergi sahəsində ən vacib strukturlarından biridir.
Ə.Məmmədovun sözlərinə görə, Azərbaycan 2002-ci ildən IOTA-nın üzvüdür və bu təşkilatla sıx əməkdaşlıq edir: “Bir qayda olaraq, belə nüfuzlu qurumlarda İcraiyyə Şurasına üzvlər Avropa İttifaqının aparıcı dövlətlərindən təşkil olunur. Buna səbəb belə nüfuzlu qurumların idarə olunması və menecmentində Aİ-nin mənafelərinin qorunması, eyni zamanda, həmin dövlətlərdə formalaşmış böyük təcrübələrin IOTA-ya üzv ölkələrə ötürülməsidir. Azərbaycanın İcraiyyə Şurasında təmsil olunması, əslində, ölkəmizə göstərilmiş böyük bir etimad, IOTA ilə uzun müddət davam edən səmərəli əməkdaşlığa verilən bir qiymətdir. Azərbaycanın vergi xidməti bu təşkilatın, demək olar ki, bütün tədbirlərində fəal iştirak edir və beynəlxalq təcrübənin öyrənilməsi, onun tətbiqinin genişləndirilməsi istiqamətində daim iş aparır. Təsadüfi deyildir ki, bu ilin may ayında İcraiyyə Şurasının 92-ci iclası Bakıda təşkil edilmişdi. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Niderland, Avstriya, İrlandiya, İspaniya, Finlandiya, Fransa, Çex Respublikası və Rumıniyanın vergi orqanları ilə birlikdə İcraiyyə Şurasının üzvü seçildi. Bu, bir daha ölkəmizin Avropanın aparıcı strukturlarında mühüm vəzifələrin öhdəsindən gəlməsinin bariz sübutudur”.
Müsahibəsində “nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisi olmaqla yanaşı, eyni zamanda, respublikamızın iqtisadi sahədə əldə etdiyi uğurların təbliği baxımından çox vacibdir” deyən Ə.Məmmədov onu da əlavə edib ki, Vergilər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə IOTA, OECD, IACA və s. kimi təşkilatların forum, seminar və iclasları uğurla keçirilir. Eyni zamanda, 2012-ci ildən başlayaraq, hər ilin fevral ayında vergi orqanı əməkdaşlarının peşə bayramı ərəfəsində Bakıda “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq vergi forumları təşkil olunur. Bu forumlar vergi sahəsində qarşıda duran bir çox qlobal məsələlərin müzakirə edildiyi mühüm bir tərəfdaşlıq platformasına çevrilib: “Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də donor təşkilatlar - ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə əməkdaşlıq nəticəsində müxtəlif layihələr həyata keçirilməkdədir”.
Vergilər nazirinin müşaviri onu da bildirib ki, 2013-cü ildə BMT-nin vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin yeni tərkibi təsdiqlənərkən təşkilatın baş katibinin qərarı ilə dünyanın müxtəlif regionlarını təmsil edən namizədlər arasından seçilmiş 25 ekspert sırasında Vergilər Nazirliyinin əməkdaşı da var.
Müsahibəsində digər məsələlərə də toxunan Ə.Məmmədov deyib ki, ölkəmizdə investisiya mühitini şərtləndirən mühüm məsələlərdən biri də “Gəlir və əmlak vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması” haqqında sazişlərin mövcudluğudur. Artıq Azərbaycan Respublikası əksər Avropa İttifaqı, Cənub-Şərqi Asiya, Yaxın Şərq ölkələri, Kanada, Yaponiya və MDB üzvü olan dövlətlər də daxil olmaqla, 48 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalayıb, onlardan 43-ü qüvvədədir, 6 ölkə ilə sazişlərin mətnləri üzrə mütəxəssislər səviyyəsində razılıq əldə edilib, 10 ölkə ilə layihələrin razılaşdırılması üzrə müzakirələr davam etməkdədir: “Hesab edirəm ki, hazırkı vəziyyətdə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər ölkəmizin əsas ticarət tərəfdaşlarını əhatə edir. Hazırda digər dövlətlərlə vergi məsələlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayan məlumat mübadiləsi və vergi orqanları arasında əməkdaşlıq haqqında sazişlər şəbəkəsi də genişlənməkdədir”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

