/ / Azərbaycan və İran informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa maraq göstərirlər
Azərbaycan və İran informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa maraq göstərirlər
26.09.2014 [09:32]
Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşiminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
AzərTAc xəbər verir ki, səfər çərçivəsində sentyabrın 25-də Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan və İran arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığa həsr olunmuş konfrans keçirilib.
Konfransda çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov Azərbaycan ilə İran arasında dost və qonşuluq müstəvisində davam edən münasibətlərdən söz açıb, bu əlaqələrin genişlənməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidentinin İrana səfərinə toxunan nazir müavini qeyd edib ki, dövlət başçılarının görüşləri və apardıqları müzakirələr əlaqələrin genişlənməsinə böyük imkanlar yaradıb. İqtisadi sahədə əməkdaşlığın inkişafında iki ölkənin iş adamlarının görüşlərinin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edən İltimas Məmmədov bundan sonra da birgə tədbirlər təşkil olunacağını, böyük layihələr reallaşdırılacağını bildirib.
Müctəba Haşimi ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrdən, o cümlədən rabitə və İKT sektorunda əməkdaşlığın yeni inkişaf mərhələsindən danışıb, ikitərəfli münasibətlərin uğurla davam etməsinə qarşılıqlı maraq göstərildiyini vurğulayıb. Qonaq İranın bir sıra aparıcı informasiya texnologiyaları şirkətlərinin Azərbaycanın İKT bazarına çıxışını təmin etmək üçün birgə fəaliyyətin mümkünlüyünü, həmçinin özəl sektorda işgüzar əlaqələrin yaradılmasının vacibliyini qeyd edib.
Azərbaycanın və İranın informasiya texnologiyaları sahəsində qabaqcıl şirkətlərin nümayəndələrinin təmsil olunduğu tədbirdə İKT-nin tətbiqi ilə bağlı təqdimatlar olub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

