Ötən 9 ay Nərimanov rayonunun sosial-iqtisadi inkişafı üçün uğurlu olub
15.10.2014 [09:57]
Oktyabrın 14-də Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın rayonda 2014-cü ilin doqquz ayı üzrə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
AzərTAc xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev iclasda çıxış edərək respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakının aparıcı rayonlarından olan Nərimanov rayonunda da hərtərəfli inkişaf üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini söyləyib.
İcra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2014-cü ilin doqquz ayının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib. Həmçinin bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 941,2 milyon manatlıq məhsul istehsal olunub, keçən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artım əldə edilib. İstehlakçılara 1 milyard 886,1 manatlıq sənaye məhsulu göndərilib. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 85,8 faiz təşkil edib. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3842 daimi iş yeri açılıb.
Milli Məclisin deputatı Rasim Musabəyov rayonda geniş vüsət alan abadlıq-quruculuq tədbirləri barədə öz fikirlərini bildirib və sakinlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.
İclasın sonunda Abdin Fərzəliyev Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, insanlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində doqquz ay ərzində böyük işlərin görüldüyünü və hazırda bu istiqamətdə tədbirlərin davam etdirildiyini söyləyib. O, qarşıda duran bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə rayonun təhsil müəssisələrinin təltif olunmuş müəllimlərinə və sosial-iqtisadi, ictimai-mədəni həyatda fərqlənən digər şəxslərə icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

