www.data.gov.az - Açıq Hökumət Məlumatları portalının təqdimatı olub
15.01.2015 [10:01]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) www.data.gov.az - Açıq Hökumət Məlumatları portalını təqdim edib.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açıq məlumatların “Elektron hökumət” quruculuğunda yeni bir inkişaf mərhələsi olduğunu bildirib.
Qeyd olunub ki, www.data.gov.az portalı vasitəsilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarını asanlıqla tapa, fərdi yönümlü xidmətlərin hazırlanması üçün istifadə edə biləcəklər. Elektron Hökumət Portalının tərkib hissəsi olmaqla www.data.gov.az portalı dövlət orqanlarının məlumatlar toplusunu, o cümlədən məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir. Mövcud qanunvericiliyə uyğun olaraq təqdim olunan açıq məlumatlar müntəzəm olaraq yenilənəcək və təkmilləşdiriləcək.
www.data.gov.az portalının əsas məqsədi məlumatların istifadəsi və onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır. Eyni zamanda açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların rəğbətləndirməsi, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının effektivliyinin, səmərəliliyinin artırılması və s. nəzərdə tutulur. İstifadəçilərin rəyi nəzərə alınmaqla www.data.gov.az portalın daim təkmilləşdiriləcək. Bunun üçün “Elektron hökumət” portalında yaradılmış “Əks əlaqə”, “E-gov Fikr bankı” bölmələrindən istifadə olunacaq.
RYTN-in Məlumat Hesablama Mərkəzinin direktoru Mail Mərdanov “E-government 3.0 - Açıq hökumət, açıq məlumatlar, açıq servislər” mövzusunda təqdimatla çıxış edib.
Qeyd olunub ki, 2014-cü il “Elektron hökumət” quruculuğu istiqamətində səmərəli olub. İl ərzində bu sahənin inkişafı ilə əlaqədar bir sıra işlər görülüb və əhəmiyyətli layihələr həyata keçirilib. Hazırda “E-hökumət” infrastrukturu “Açıq hökumət məlumatları” mərhələsindədir. Bu “E-hökumət” quruculuğu üzrə beynəlxalq informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələrinin praktikadan keçirdiyi yeni mərhələdir.
Tədbirdə Məlumat Hesablama Mərkəzi tərəfindən “data.gov.az” portalının Açıq Məlumatlarından istifadə etməklə “Bax, istifadə et və yarat” adlı mobil əlavələrin hazırlanması müsabiqəsi elan olunub. Aprelin 15-dək davam edəcək müsabiqə İKT mütəxəssisləri, “start-up”-çılar, tələbələr və s. üçün nəzərdə tutulub. Bu yarışmaya qatılmaq üçün Açıq Məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar təqdim olunmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

