/ / Pakistanın Milli Mühəndislik və Elm Komissiyası ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib
Pakistanın Milli Mühəndislik və Elm Komissiyası ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib
26.08.2015 [10:10]
Avqustun 25-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Milli Mühəndislik və Elm Komissiyasının (NESCOM) sədri Məhəmməd İrfan Börninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı etimad və dəstəyə əsaslanan xoş münasibətlərin formalaşdığını deyən nazir Əli Abbasov Azərbaycan-Pakistan münasibətlərinin inkişafında İKT və yüksək texnologiyalar sahəsinin xüsusi yer tutduğunu qeyd edib, bu sahədə aparılan islahatlar, həyata keçirilən layihələrdən söz açıb. Nazir Azərbaycanda dinc məqsədlərlə istifadəsi nəzərdə tutulan nüvə texnologiyalarının tədqiqi, kosmik və informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirlməsinə maraq göstərildiyini nəzərə çatdırıb.
Ölkəmizin iki kosmik peykə malik olduğunu və Pakistan ərazisinin peyklərin əhatə dairəsində olduğunu vurğulayan Ə.Abbasov Azərbaycanın bu sahədə Pakistana dəstək ola biləcəyini deyib.
Məhəmməd İrfan Börni Azərbaycan ilə Pakistan arasında tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, dostluq zəmində davam edən bu münasibətlərin daim qorunub saxlanmasına hər iki ölkənin böyük önəm verdiyini qeyd edib. NESCOM-un sədri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılmış “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-də baş tutan görüşdən və təsisatla tanışlıqdan da söz açaraq, Azərbaycanda nüvə texnologiyalarının inkişafında kadr hazırlığına Pakistanın öz zəngin təcrübəsi ilə töhfə verə biləcəyini deyib. Əlaqələrin daha da dərinləşməsində maraq göstərilən sahələri dəstəklədiklərini deyən pakistanlı qonaq insan kapitalının formalaşdırılması, proqram təminatı, kibertəhlükəsizlik həlləri istiqamətləri üzrə əməkdaşlığın qurulmasını da vacib sayıb.
Tərəflər hər iki ölkənin güclü informasiya texnologiyaları potensialına malik olduğunu nəzərə alaraq, bu sahədə regional layihələrdə birgə iştirakın vacibliyini xüsusi qeyd ediblər.
Daha sonra Pakistanın Milli Mühəndislik və Elm Komissiyası ilə yeni sahələrdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib, həmçinin tərəfləri maraqlandıran digər suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

