“Üzən məzənnə” sistemi daxili bazarın inkişafına fürsət yaradır
23.12.2015 [10:19]
Vüqar Bayramov: Manatın “üzən valyuta” rejiminə keçməsi, süni baryerlərin aradan qaldırılması ixracla məşğul olan sahibkarların da öz imkanlarını genişləndirməsinə və maliyyə resurslarını artırmasına imkan verəcək
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti ölkədə dekabrın 21-də “üzən məzənnə” rejiminə keçidlə bağlı qərar qəbul edib. Bu qərarın qəbul edilməsində qlobal iqtisadiyyatda yaşanan mürəkkəb proseslərin rolu böyükdür. Yəni dünya iqtisadiyyatında yaşanan böhran, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb. Vurğulamaq lazımdır ki, ölkəmizlə əməkdaşlıq edən bir sıra dövlətlərdə bu proses mütəmadi şəkildə müşahidə olunmaqdadır. Məsələn, Rusiya, Türkiyə, İran, Qazaxıstan və digər dövlətlərdə milli valyutaların sərbəst buraxılması prosesi artıq uzun müddətdir ki, tətbiq edilir.
Təbii ki, “üzən məzənnə” siyasətinə keçid bir sıra problemləri qaçılmaz hala gətirsə də, faydalı tərəfləri ilə də seçilir. Belə ki, bu prosesə start verilməsi ölkəmizdə bazar münasibətlərinin daha dinamik tənzimlənməsinə, eləcə də sahibkarlığın inkişafına və ixrac qabiliyyətinin artmasına yol açacaq. Belə demək mümkündürsə, “üzən məzənnə” siyasəti ölkəmizin daxili istehsalını daha da yüksəltmək üçün bir fürsət sayıla bilər.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da mətbuata açıqlamasında dünyadakı iqtisadi böhranın, Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarının milli valyutalarının sərbəst buraxılmasının, üstəlik beynəlxalq konyunktura, neftin kəskin ucuzlaşmasının və s. Milli Bankın son qərarını qaçılmaz etdiyini dilə gətirib. Ə.Həsənovun sözlərinə görə, hakimiyyət bu prosesi öz axarına buraxmayacaq: “Hökumətimiz, ilk növbədə, çalışacaq ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün bu prosesi maksimum ağrısız etsin. İndiki şəraitdə daxili istehsalın stimullaşdırılması, kölgə iqtisadiyyatının hələ də haradasa qalan digər sahələrini - monopoliyaları, korrupsiya hallarını, sahibkarların fəaliyyətinə süni maneələr törədilməsini və s. aradan tam qaldırmaq üçün bütün addımlar atılacaq. İndiki mərhələdə əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir”.
İqtisadçı ekspert Vüqar Bayramov da Azərbaycan manatı ilə bağlı qəbul edilən son qərarın dünyada baş verən proseslərin nəticəsi kimi anlaşılmalı olduğu qənaətindədir. Onun sözlərinə görə, dövlətimiz daxili istehsalın artması üçün yaranan bu fürsəti əldən verməməlidir: “Fikrimcə, sahibkarlığın inkişafı istiqamətində atılan addımlar davamlı olmalıdır. Belə ki, sahibkarlığa diqqət və qayğının genişləndirilməsi, sahibkarların qarşılaşdıqları bir sıra süni maneələrin aradan qaldırılması daxili istehsalın inkişafına yol açacaq. Bu isə ümumilikdə iqtisadiyyatımızın idxal qabiliyyətinin artması kimi qiymətləndirilməlidir. Artıq sərbəst məzənnənin tətbiq edilməsi idxal-ixracda süni maneələrin aradan qaldırılmasını da vacib edir. Bu, ilk növbədə, Azərbaycanın qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsinə yol açmalıdır. Qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi isə hələ də ortada olan müəyyən maneələrin tam şəkildə aradan qaldırılmasından asılıdır”.
V.Bayramov son məzənnə siyasətinin həm də inhisarçılığın aradan qaldırılması üçün yeni bir imkan yaratdığını dilə gətirib. Onun fikrincə, sahibkarlar da müəyyən baryerlərin aradan qaldırılmasını, sərbəst şəkildə idxal-ixrac işləri ilə məşğul olmalarını və daxili bazara giriş imkanlarının genişlənməsini müsbət dəyərləndirirlər. Bununla da sahibkarlığın inkişafında yeni bir mərhələyə qədəm qoymaq mümkündür. Manatın “üzən valyuta” rejiminə keçməsi ixracla məşğul olan sahibkarların da öz imkanlarını genişləndirməsinə və maliyyə resurslarını artırmasına imkan verəcək: “Azərbaycan sözügedən imkandan istifadə etməklə bu fürsətdən daxili bazarını genişləndirmək fürsəti qazanır. Bu fürsətdən istifadə edilməlidir. Ölkədə sahibkarlığın inkişafı ilə bağlı konkret addımlar atılıb. Bir müddət öncə sahibkarlara qarşı yoxlamaların aradan qaldırılması, lisenziyalaşdırmanın elektronlaşdırılması ilə bağlı qərarlar verildi. Bu, problemlərin aradan qaldırılmasına kompleks imkanlar yaradır. Sahibkarlıq sektoru liberal olmalıdır. “Üzən valyuta” sisteminə keçilməsi artıq sahibkarlıq sektorunun tamamilə liberallaşdırılmasına gətirib çıxarır, sahibkarların azad, liberal fəaliyyəti üçün yeni imkanlar açır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

