Azərbaycan regionun nəqliyyat, logistika mərkəzinə çevrilməkdədir
13.01.2016 [09:32]
Tranzit potensialından səmərəli istifadə olunması gəlirlərin artması və rentabelli sahələrə yönləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır
Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi mühüm yer tutur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir. Bu kontekstdə 2015-ci ildə görülən işlər də olduqca təqdirəlayiqdir.
Ümumiyyətlə, Azərbaycanın logistika, nəqliyyat mərkəzi kimi rolu və əhəmiyyətini anlamaq üçün ötən ilin tədbirləri fonunda bir sıra məqamlara nəzər yetirmək gərəkdir. Bəlli olduğu kimi, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” istiqamətində hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. 1998-ci ildə imzalanmış Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi - TRACECA müqaviləsinin məqsədi bir zamanlar iki qitə arasında ticarətin aparıldığı İpək yolunun bərpasını təmin etmək idi. Çindən ilk konteyner qatarının Bakıya gəlməsi 2013-cü il noyabrın 7-də Qazaxıstan Dəmir Yolu İdarəsinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin səyi nəticəsində mümkün olub. Bu komitə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çinin nəqliyyat və logistika şirkətlərini, o cümlədən Bakı, Aktau, Poti və Batumi limanlarını özündə birləşdirir. Yaxın gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizinə getməsi mümkün olacaq. Qeyd edək ki, Transxəzər marşrutu üzrə hərəkət edəcək ilk sınaq konteyner qatarı Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsində əldə olunan razılığa əsasən təşkil edilib. Layihə “Qazaxıstan Dəmir Yolu” SC, “Çin Dəmir Yolları”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birgə həyata keçirilir. Layihə çərçivəsində tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətədavamlı vahid dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Eyni zamanda, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər üçün də cəlbedici və sərfəli olmaq imkanlarına malikdir.
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın bütövlükdə regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görülüb. Bu baxımdan, “Dəmir İpək yolu” adlandırılan, iştirakçı ölkələrin iqtisadiyyatının şaxələndirilməsinə və inkişafına təkan verəcək, eləcə də Avropa ilə Asiyanı bir-birinə daha yaxın edəcək BTQ layihəsinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, BTQ dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. BTQ perspektivdə nəhəng nəqliyyat infrastrukturuna və rentabelli nəqliyyat dəhlizinə çevriləcək. Həmçinin layihə ölkəmizi Avropa ilə birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirəcək. Məhz buna görə də “Dəmir İpək yolu” layihəsini regional miqyaslı, qlobal xarakterli layihə kimi səciyyələndirmək mümkündür. Əsas məqam isə budur ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti nəticə etibarilə Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə sanballı töhfələr verəcək. Digər tərəfdən, yeni nəqliyyat dəhlizi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına təkan verəcək. BTQ dəmir yolu xəttinin istismara verilməsi ilə həm bərə, həm də konteyner-vaqon daşımaları daha da inkişaf edəcək. Bu isə beynəlxalq daşımalarda mühüm rol oynayır. Layihənin reallaşması nəticəsində Azərbaycan, Gürcüstan və Türkiyənin Orta Asiya, Çin və Avropa ilə etibarlı və sərfəli nəqliyyat əlaqəsi yaranacaq. Artıq bir sıra dövlətlər bu nəqliyyat dəhlizinə maraq göstərirlər. BTQ dəmir yolu istismara verildikdən sonra Çindən Avropaya yüklər 12-15 günə, yəni dəniz nəqliyyatına nisbətən azı iki dəfə tez çatdırılacaq. Bu dəmir yolu ilə yük daşımalarının həcminin mərhələlərlə 10 milyon tondan çox olacağı proqnozlaşdırılır. Artıq Polşa, Macarıstan, Litva, Albaniya, Qazaxıstan, Əfqanıstan və digər ölkələr, o cümlədən Çin bu dəmir yoluna maraq göstərirlər.
Dolayısıyla, bu istiqamətdə cari ildə mühüm tədbirlərin görülməsi nəzərdə tutulub. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı çox ciddi addımlar atılmalıdır: “Keçən ilin sonunda ciddi addımlar atılmışdır. Tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılmışdır. Bu, çox ciddi bir addımdır. Koordinasiya Şurasında nəqliyyatla bağlı olan bütün qurumlar birləşir”.
Digər tərəfdən, bu kontekstdə Azərbaycanın mövqeyi vahid tarif siyasətinin aparılmasıdır ki, bu da əməkdaşlıq subyektlərinin hər biri üçün faydalı olmaqla ortaq mənfəət prinsipinə əsaslanır. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Vahid tarif siyasəti aparılır və aparılmalıdır. Eyni zamanda, Gürcüstan və Türkiyə rəhbərliyi ilə bu məsələlər müzakirə edildi. Azərbaycan təklif etdi ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhliz üçün vahid tarif siyasəti aparsınlar. Bütün müvafiq qurumlar bir siyasət aparsınlar ki, bu dəhliz daha da cəlbedici olsun. Çünki əgər biz, sadəcə olaraq, burada tarif siyasətində güzəştlər etsək, qonşu ölkələr etməsə, bunun səmərəsi olmayacaq. Eyni zamanda, potensial yükgöndərənlərlə də çox ciddi danışıqlar aparılmışdır. Mənim keçən ilin sonunda Çinə dövlət səfərim çərçivəsində bu məsələlər geniş şəkildə müzakirə edilmişdir və artıq Çindən Azərbaycana bu dəhliz ilə birinci konteyner qatarı da göndərilmişdir. Əminəm ki, biz gələcəkdə bu dəhlizin daha da böyük həcmdə işləməsinə nail olacağıq. Çünki ən qısa yol Azərbaycan ərazisindən keçən yoldur. İnfrastruktur var, bunu biz yaratmışıq. Həm dəmir yolu, həm dəniz nəqliyyatı, yeni ticarət limanı tikilir, onun bir hissəsi artıq istifadəyə verilib”.
Eyni zamanda, nəqliyyat daşımalarının düzgün təşkili, tranzit potensialından səmərəli istifadə olunması gəlirlərin artması və rentabelli sahələrə yönləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Dövlətimizin başçısı bu məsələyə toxunaraq bildirib ki, gəlirlər dövlətə gəlməlidir və biz bu gəlirlər hesabına daha çox investisiya qoyacağıq, daha çox infrastruktur yaradacağıq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

