"WizzAir" Azərbaycanda turizmin inkişafına yeni töhfələr verməyə hazırlaşır
07.03.2016 [16:50]
Yozef Varadi: Macarıstan Azərbaycanın Avropaya açılan yeni qapısı olacaq
Martın 27-dən etibarən Avropanın daha bir nəhəng aviaşirkəti -Macarıstanın "WizzAir" avişirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək. Aviabiletlərin qiymətinin 59,9 avrodan başlaması bu reysi Avropa ölkələrinə səyahət etmək istəyən Azərbaycan vətəndaşları üçün də cəlbedici edəcək. Bu fikirləri "WizzAir" şirkətinin baş direktoru Yozef Varadi martın 6-da "Hilton" hotelində keçirdiyi mətbuat konfransında səsləndirdi. Onun sözlərinə görə, ötən il şirkətin Azərbaycandakı fəaliyyəti müəyyən səbəblərdən qısamüddətli olsa da, bu il məsələyə daha ciddi yanaşılıb.
"Fəaliyyətimizin yenidən bərpası Macarıstanın baş naziri Viktor Orbanın martın 6-da Azərbaycana səfəri çərçivəsində həm Prezident İlham Əliyev, həm də dövlət rəsmiləri ilə keçirilən görüşlərdə müzakirə predmeti olub. Odur ki, biz bu dəfə daha böyük inamla Azərbaycana gəlirik. Düşünürəm ki, Bakıya mütəmadi uçuşların təşkili Azərbaycanda turizmin inkişafına da öz töhfəsini verəcək", - deyə Yozef Varadi vurğulayıb.
Onun sözlərinə görə, şirkət Azərbaycanda ildə 30 min sərnişin daşımağı nəzərdə tutub: "Biletlərin qiyməti və xidmətlərimizi nəzərə alsaq, il ərzində 2,5-3 milyon avro gəlir əldə etməyi proqnozlaşdırırıq. Bu hələ həftədə 2 dəfə uçuş yerinə yetirəcəyimiz hal üçün hesablamadır. Gələcəkdə aviareyslərin sayının artırılacağı da istisna edilmir", - deyə o, bildirib. Şirkət rəhbəri həmçinin bildirib ki, gələcəkdə sərnişinlərin sayının artması və marağın böyük olması aşkarlansa, şirkət Azərbaycanın regionlarındakı aeroportlara da uçuşları həyata keçirə bilər.
Yozef Varadinin sözlərinə görə, aviabiletlərin qiymətinin 59,9 avrodan (təqribən 108 manatdan) başlaması "WizzAir"i Azərbaycan bazarında rəqabət apara bilməsi üçün əlverişli edir. Belə ki, hazırda heç bir aviaşirkət Azərbaycan paytaxtından Avropanın mərkəzinə belə uçuşlar həyata keçirmir. "Budapeştdən isə, daha ucuz qiymətə istənilən Avropa ölkəsinə, eləcə də okeanın o tayına səfər etmək mümkündür", - deyə şirkət rəhbəri vurğulayıb.
"Ötən dəfə Bakı-Budapeşt reysi üzrə uçuşlar 49,9 avrodan başlayırdı. Macarıstana uçmaq istəyənlərin sayı hədsiz dərəcədə çox olduğundan, insanlar viza almaq üçün hətta gecədən səfirliyin qarşısında növbəyə yazılırdılar. Biz indi bu məsələni də həll etmişik. İndi səfirlikdə artıq iki pəncərə açılıb və insanlar sərbəst şəkildə gəlib öz vizalarını ala biləcəklər", - deyə o bildirib.
Y.Varadi həmçinin bildirib ki, şirkətin xidmətlərində də yeniliklər var: "Bunlardan biri yer seçimidir. Bunun sayəsində hər bir sərnişin yer seçə bilir. Belə ki, rezervasiya etdikdə sərnişinə yer veriləcək. Amma bu yeri dəyişmək istəyən sərnişinlər, məsələn pəncərə qarşısında oturmaq istəyənlər və sair müştərilər istəsələr yerlərini dəyişə bilərlər".
Baş direktor "WizzAir"in Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə həyata keçirdiyi uçuşlardan ildə 2,5-3 milyon avroyadək gəlir əldə etməyi planlaşdırdığını da vurğulayıb. Yozef Varadinin sözlərinə görə, hazırda rəhbərlik etdiyi aviaşirkət 38 ölkəyə, 119 istiqamət və 400-dən artıq marşrut üzrə uçuşlar həyata keçirir. Şirkətin aviaparkındakı təyyarələrdən 63-ü "Airobus A320", 3-ü isə "Airobus A321"-dir. "WizzAir"də çalışanların sayı isə 2600 nəfərdən çoxdur.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

