Vergilər Nazirliyində görüş keçirilib
21.12.2016 [09:48]
Vergilər Nazirliyində Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir İdarəsi Başqanlığının nümayəndə heyəti ilə görüş keçirilib. Vergilər nazirinin müavini Sahib Ələkbərov qonaqları salamlayaraq onlara ölkədə həyata keçirilən vergi siyasəti barədə məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq göstərişlərinə uyğun olaraq, vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə bir sıra mühüm addımlar atılıb, o cümlədən vergi qanunvericiliyi və inzibatçılığında bir sıra ciddi dəyişikliklər edilib.
Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət sahəsində apardığı işlərə toxunan nazir müavini bildirib ki, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə iri şəhər və rayonlarda vergi ödəyiciləri üçün 57 xidmət mərkəzi yaradılıb, vergi ödəyicilərinə 63 elektron xidmət göstərilir.
Nazir müavini Vergilər Nazirliyi yanında Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumat verərək Mərkəzin yaradılması zamanı Türkiyə təcrübəsindən istifadə edildiyini vurğulayıb. O, ölkələr arasında tarixi bağlılıq, sıx əməkdaşlıq və dostluq münasibətlərinə toxunaraq bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Qeyd edilib ki, artıq vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin artırılması məqsədilə intizamlı vergi ödəyicilərinə xidmətin “Yaşıl dəhliz” prinsipi əsasında həyata keçirilməsinə başlanılıb. Bu məqsədlə şəffaf vergi partnyorluğu idarələri yaradılıb və fəaliyyəti şəffaf olan digər vergi ödəyicilərinə də münasibətdə “Yaşıl dəhliz” prinsipi əsasında xidmətlərin göstərilməsi təmin ediləcək.
Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir Administrasiyasının rəhbərinin müavini Mahmut Sütçü səmimi qəbula görə təşəkkür edərək təmsil etdiyi qurumun fəaliyyəti, vergi siyasətinin əsasları, vergi ödəyiciləri ilə işin təşkili, Türkiyə hökumətinin bu sahədə həyata keçirdiyi islahatlar barədə məlumat verib.
Sonra Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin və Türkiyə Respublikası Maliyyə Nazirliyinin Gəlir Administrasiyasının vergi ödəyicilərinə xidmət idarəsinin nümayəndələri vergi ödəyicilərinə xidmət sahəsində keçirdikləri tədbirlər barədə, Türkiyə nümayəndə heyətinin rəhbəri Mahmut Sütçü isə “Bəzi vergi borclarının yenidən strukturlaşdırılması” mövzusunda təqdimatla çıxış ediblər. Təqdimat zamanı borclu vergi ödəyiciləri ilə iş prinsipi, bu sahədə mövcud qanunvericilik və vergi borclarının yenidən strukturlaşdırılması işləri barədə məlumat verilib.
Görüşdən sonra qonaqlar Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Xidmət və uçot idarəsinin, habelə Tədris Mərkəzinin və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin fəaliyyəti ilə tanış olublar.
Bu gün qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

