Regional Konfrans çərçivəsində sahibkarlarla müzakirələr aparılıb
31.01.2017 [09:39]
Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində iqtisadiyyat, vergilər, kənd təsərrüfatı nazirlərinin və Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə sahibkarlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, vergi, gömrük, sahibkarlıq, ixrac və sair sahələrdə həyata keçirilən tədbirlər barədə məlumat verilib, sahibkarları maraqlandıran məsələlər müzakirə edilib.
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlılığının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının mühüm rolunu qeyd edərək, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində görülən işlər, o cümlədən özəl bölməyə dəstək tədbirləri, təşviq mexanizmləri, sənaye parklarının və zonalarının təşkili barədə məlumat verib. Qeyd olunub ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, vergi və gömrük sahələrində aparılmış islahatlar, investisiyaların təşviqi mexanizmləri, ixracatçılara dəstək tədbirləri və “Made in Azərbaycan” brendinin təşviqi sahəsində dövlət başçısı tərəfindən qəbul edilmiş mühüm qərarlar özəl bölmənin inkişafında əhəmiyyətlidir.
Vergilər naziri Fazil Məmmədov vergilər sahəsində həyata keçirilən islahatlar, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergilərin tam həcmdə və vaxtında ödənilməsinə nəzarətin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Kənd təsərrüfatı naziri Heydər Əsədov qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahəyə dövlət tərəfindən göstərilən dəstək tədbirləri, son dövrlər Azərbaycanda aqrar sahədə həyata keçirilən institusional islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, o cümlədən subsidiyalar, ənənəvi sahələrin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan Respublikasının Prezidentinin gömrük sahəsində qarşıya qoyduğu vəzifələri, 2016-cı ildə bu sahədə həyata keçirilən islahatları və görülmüş işləri diqqətə çatdırıb. Bildirilib ki, ötən il gömrük sahəsində bir sıra normativ sənədlər qəbul olunub, “elektron bəyannamə” və “Yaşıl dəhliz” tətbiq olunur və sair.
Görüşdə sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə görə dövlət başçısına təşəkkür edib, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, istehsalçılar, emalçılar və alıcılar arasında əlaqələrin genişləndirilməsi, vergi və gömrük, ixraca dəstək mexanizmləri, yüngül sənaye sahəsində assosiasiyanın yaradılması, xalçaçılıq, arıçılıq və sair məsələlərə dair fikirlərini bildiriblər.
Görüşdə iş adamlarının təklifləri dinlənilib və sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

