/ / Ölkəmizdə davamlı inkişaf və iqtisadi dayanıqlılığın təmin olunması istiqamətində ciddi işlər həyata keçirilir
Ölkəmizdə davamlı inkişaf və iqtisadi dayanıqlılığın təmin olunması istiqamətində ciddi işlər həyata keçirilir
14.02.2018 [10:10]
Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda konfrans keçirilib
Azərbaycanın vergi sistemində şəffaflığın təmin edilməsi, vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, dinamik və müasir idarəetmə prinsiplərinə söykənən vergi administrasiyasının formalaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Risklərin artdığı müasir dövrdə sabit maliyyə resurslarının təmin edilməsində vergi sistemi mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 13-də Vergilər Nazirliyinin “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda keçirdiyi konfransda səsləndirilib.
Konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə son dövrlər vergi sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməsi ilə bağlı problem olmayıb.
Vergi sisteminin əhəmiyyətindən danışan komitə sədri deyib: “Azərbaycanın son 15 ildə əldə etdiyi uğurların başlıca amillərindən biri ölkədə yeni iqtisadi sistemin qurulmasıdır. Ölkənin inkişafını təmin edən bu iqtisadi sistemin əsas istiqamətlərindən biri büdcə-vergi sistemidir. Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin iqtisadi həyatında mühüm hadisə olub. Risklərin artdığı şəraitdə sabit maliyyə resurslarının təmin edilməsində də vergi sisteminin böyük rolu var”.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev qeyd edib ki, təmsil etdiyi qurum Vergilər Nazirliyi ilə vergi siyasəti və vergi münasibətləri sahəsində sahibkarlığın inkişafına kömək göstərilməsinə xidmət edən məlumatların mübadiləsi və məsləhətləşmələr həyata keçirməsi barədə düşünür. Sahibkar-vergi münasibətlərində elə bir forma seçilməlidir ki, vergiödəyicisi vergi ödəməkdən məmnunluq duysun. ASK sahibkar-vergi münasibətlərinin daha da təkmilləşdirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək.
Milli Məclisin deputatı Vahid Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, “Deloitte” şirkətinin nümayəndəsi Nuran Kərimov, “BP-Azərbaycan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin daha da yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün vacib hesab etdikləri məsələlər barədə fikirlərini bölüşüb, dövlətimizin başçısı tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirləri dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, belə konfransların təşkili ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti və işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm addımdır.
Konfransda yekun nitqi ilə çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib ki, bugünkü konfransın əsas məqsədi ölkəmizin vergi sistemindəki vəziyyət və onun perspektiv inkişaf istiqamətləri barədə işgüzar dairələrlə fikir mübadiləsi aparmaqdır. Nazir qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyaya əsaslanan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində bu gün ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin qurulması, davamlı inkişaf və iqtisadi dayanıqlılığın təmin olunması istiqamətində ciddi işlər həyata keçirilir.
Nazir vergi sistemində şəffaflığın təmin edilməsi, vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, vergi orqanlarında idarəetmə prinsiplərinin yenidən təşkili, dinamik və müasir idarəetmə prinsiplərinə söykənən vergi administrasiyasının formalaşdırılması istiqamətində aparılan işlər barədə danışıb, nazirliyin qarşısında duran əsas hədəfləri açıqlayıb. Qeyd edilib ki, məqsəd sahibkarların vergi orqanları ilə canlı təmaslarını minimuma endirən keyfiyyətli və geniş elektron xidmətlər sistemi tətbiq etməkdir. Bundan başqa, Vergilər Nazirliyi vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi prosesində sahibkarların ictimai birlikləri, ekspert cəmiyyəti, ictimai təşkilatlarla sıx əməkdaşlıq etmək niyyətindədir.
Konfransda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, beynəlxalq təşkilatların, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri və iş adamları iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

