Yaponiya ilə Azərbaycan arasında gömrük əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
10.04.2018 [09:38]
Yaponiya ilə Azərbaycan arasında gömrük əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 9-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Yaponiyanın Maliyyə Nazirliyi Gömrük və Tarif Bürosunun baş direktorunun müavini Sumiya Şibasakinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan və Yaponiya gömrük xidmətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən, xüsusilə Ümumdünya Gömrük Təşkilatı çərçivəsində əlaqələrdən məmnunluğunu ifadə edib, bu əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Komitə sədri Azərbaycan Gömrük Xidmətinin Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı səmərəli əlaqələrindən, bu qurumun baş katibi Kunio Mikuriyanın Azərbaycana səfərlərindən məmnunluqla söhbət açıb və gələcəkdə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Aydın Əliyev Yaponiya gömrüyünün kadrların potensialının artırılması istiqamətində Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, artıq dörd nəfər gömrük əməkdaşının Yaponiyada təhsil aldığını və həmin şəxslərin gömrük orqanlarında mühüm vəzifələr tutduğunu diqqətə çatdırıb.
Azərbaycanda əlverişli biznes mühitindən, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan bəhs edən Aydın Əliyev iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaradıldığını vurğulayıb. Ölkədə istehsal məqsədilə həyata keçirilən layihələrin 7 il müddətinə vergilərdən azad olunduğunu diqqətə çatdıran Aydın Əliyev yaradılan münbit investisiya mühiti ilə əlaqədar yaponiyalı iş adamlarının da Azərbaycana investisiya yatıracağına, irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcəklərinə əmin olduğunu bildirib.
Yaponiya Maliyyə Nazirliyinin Gömrük və Tarif Bürosunun baş direktorunun müavini Sumiya Şibasaki iki ölkə arasında əlaqələrin inkişaf etdiyini və gələcəkdə daha da möhkəmlənəcəyini, öz növbəsində, hər iki ölkənin gömrük orqanlarının da əlaqələrin səmərəli şəkildə inkişafına töhfələrini verəcəyini bildirib.
Görüşdə bu il mayın 2-4-də Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda keçiriləcək Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik assambleya və konfransı, iyul ayında keçiriləcək “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda III Beynəlxalq Tələbə Konfransı barədə də fikir mübadiləsi aparılıb.
Azərbaycan Gömrük Xidmətinin son illər gömrüklə əlaqəli bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə və bu tədbirlərin əhəmiyyətinə toxunan Sumiya Şibasaki, o cümlədən beynəlxalq tələbə konfransının gənc gömrükçülər arasında əlaqələrin qurulması və inkişafı baxımından faydalı olduğunu və bu tədbiri yüksək qiymətləndirdiklərini bildirib.
Eyni zamanda, görüşdə bu il Ümumdünya Gömrük Təşkilatında keçiriləcək seçkilərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

