Bakıda Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib
21.06.2018 [10:12]
Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikası arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasında iştirak məqsədilə Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anhın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl hər iki ölkə nümayəndələri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.
İkitərəfli görüşdən sonra Azərbaycan Respublikasının energetika naziri, hökumətlərarası komissiyanın həmsədri Pərviz Şahbazov və Tran Tuan Anhın həmsədrliyi ilə komissiyanın iclası keçirilib. Pərviz Şahbazov Azərbaycanla Vyetnam arasında münasibətlərin inkişafında iki ölkə prezidentlərinin, eləcə də digər səviyyədə qarşılıqlı səfərlərin mühüm rolunu qiymətləndirərək, ölkəmizdə sosial-iqtisadi, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, beynəlxalq tranzit imkanları barədə ətraflı məlumat verib.
Nazir, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” və Azərbaycan neftinin Avropa bazarlarına çatdırılmasını təmin edən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ölkəmizin inkişaf tarixində yeni bir mərhələnin başlandığını qeyd edib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasətinin töhfəsi kimi Azərbaycan qazını Avropa bazarlarına çatdıraraq Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamaqla yanaşı, digər yeni layihələrin icrasına da imkan yaradır. İclasda, həmçinin “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkəmizin həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər infrastruktur layihələrdən də bəhs edilib.
Komissiyanın Vyetnam tərəfindən həmsədri Tran Tuan Anh modernləşmə prosesləri nəticəsində ölkəsinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər, eləcə də dünya iqtisadiyyatına inteqrasiya istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Sonra hökumətlərarası komissiyanın 2017-ci il yanvarın 16-da Hanoy şəhərində keçirilən 1-ci iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülən işlər müzakirə edilib. Ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçirilib. Qeyd olunub ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 101 milyon ABŞ dolları olub. Azərbaycandan Vyetnama ixracın həcmi 55 milyon ABŞ dolları, Vyetnamdan idxalın həcmi isə 46 milyon ABŞ dolları təşkil edib. Azərbaycanla Vyetnam arasında əməkdaşlığın istiqamətlərindən biri kimi enerji sektoruna da diqqət yetirilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Vyetnamın Neft və Qaz Qrupu (PVN), eləcə də digər şirkətləri arasında əməkdaşlıq yüksək qiymətləndirilib. Neft-qaz sahəsində yeni texnologiyaların tətbiqi, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bundan başqa, iki ölkə arasında əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, investisiya, nəqliyyat, kənd təsərrüfatı, ətraf mühit, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri, əlaqələrin inkişaf istiqamətləri barədə müzakirələr aparılıb.
Tədbirin sonunda Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikası energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Tran Tuan Anh imzalayıb. Sənəd siyasi, ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, yüksək texnologiyalar, mədəniyyət, turizm, idman, elm, təhsil, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığı əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

