/ / Azərbaycan nümayəndə heyəti Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 109-cu sessiyasında iştirak edir
Azərbaycan nümayəndə heyəti Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 109-cu sessiyasında iştirak edir
01.11.2018 [09:07]
Bəhreyn Krallığının Manama şəhərində keçirilən Dünya Turizm Təşkilatının (DTT) İcraiyyə Şurasının 109-cu sessiyası işini davam etdirir. Qırxa yaxın ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri, eyni zamanda, Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov və Dövlət Turizm Agentliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Talıbzadədən ibarət nümayəndə heyəti təmsil edir.
Azərbaycanın İspaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tədbirdə çıxış edərək üzv ölkələr arasında əməkdaşlığın vacibliyini və bu işbirliyinin Azərbaycanda turizmin inkişafındakı rolunu vurğulayıb.
F.Nağıyev turizm sənayesinin inkişafı üçün ölkəmizdə görülən işlər və həyata keçirilən islahatlar, bu islahatların müsbət nəticələri haqqında məlumat verib. Həmçinin cari ilin aprelində dövlətimizin başçısının müvafiq Fərmanı ilə yaradılan Dövlət Turizm Agentliyinin fəaliyyətinin əsas istiqamətləri vurğulanıb.
Bu il oktyabrın 18-də Azərbaycanın yeni turizm imicinin və loqosunun yerli ictimaiyyətə açıqlandığını qeyd edən sədr yeni brendin noyabrda Londonda keçiriləcək Dünya Səyahət Bazarı beynəlxalq turizm sərgisi çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Dövlət Turizm Agentliyinin sədri sonda BMT-nin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti - 110-cu sessiyasının 2019-cu ildə Bakıda keçiriləcəyini xatırladıb və bu münasibətlə bütün üzv dövlətləri ölkəmizə dəvət edib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40

