Kibertəhlükəsizlik həlləri üzrə beynəlxalq seminar öz işinə başlayıb
12.03.2019 [10:07]
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən təşkil edilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində martın 11-də “Microsoft” şirkəti tərəfindən “Kibertəhlükəsizlik həlləri üzrə seminar” keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, seminarın məqsədi kibertəhlükəsizlik sahəsində çalışan mütəxəssislərin maarifləndirmə səviyyəsinin artırılması və “Microsoft”un qabaqcıl bulud həlləri vasitəsilə təhlükəsizlik imkanlarının genişləndirilməsidir. Tədbirdə “Microsoft Azure” və “Microsoft 365” məhsulları, onların təhlükəsizlik meyarları barədə ətraflı məlumat verilib.
Seminarda biznes, diplomatik korpusun səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak ediblər.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tədbirdə çıxışında bildirib ki, dünyanın sürətlə inkişaf edən ölkələrindən biri kimi Azərbaycanda da müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi bu sahədə davamlı kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsini gündəmə gətirib.
Nazir müavini qeyd edib ki, bu sahədə hüquqi bazanın formalaşdırılması istiqamətində Azərbaycan beynəlxalq konvensiya və proqramlara qoşulub, daxili qanunvericilik bazasını daha da təkmilləşdirib: “Respublikada informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, kibertəhlükəsizlik sahəsində risklərin idarə olunması koordinasiyalı şəkildə həyata keçirilir. Bunu nəzərə alaraq, digər aidiyyəti qurumları da cəlb etmək şərtilə ölkəmizdə ilk beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nə start verilib”.
“Microsoft” şirkətinin MDB ölkələrində kibertəhlükəsizlik və lisenziya uyğunluğu üzrə direktoru Dmitri Beresnev deyib ki, bu gün kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm prioritet istiqamətlərdən biri kimi dəyərləndirilir.
“Bu sahədə effektiv beynəlxalq əməkdaşlıq, çoxtərəfli dialoqun nailiyyəti, uğurlu qərarların qəbulu və bu qərarların həyata keçirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Ümumiyyətlə, kibertəhlükəsizlik çox geniş, aktual məsələdir. Azərbaycan dövləti bu sahədə mövcud olan boşluqları və təhlükələri vaxtında dəyərləndirərək müvafiq addımlar atıb”, - deyə D.Beresnev bildirib.
Daha sonra “Microsoft”un kibertəhlükəsizlik haqqında analitik hesabatı təqdim edilib.
Mütəxəssislər kibertəhlükəsizliyin mərkəzləşdirilmiş monitorinqi, korporativ mobil qurğuların kibermüdafiəsi, login və parolların kibermüdafiəsi, arzuolunmaz tətbiqlərdən və onlayn xidmətlərdən mühafizə üsulları ilə bağlı geniş təqdimatlarla çıxış ediblər.
Həmçinin, yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi aparılıb.
Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində səmərəliliyin və maarifləndirmə səviyyəsinin artırılması və texniki hazırlığın yüksəldilməsi məqsədilə Azərbaycanda martın 11-dən 15-dək “Microsoft” şirkətinin dəstəyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Kibertəhlükəsizlik həftəsi” keçirilir.
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

