Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Vergi güzəştləri tətbiq olunacaq

Vergi güzəştləri tətbiq olunacaq

27.10.2021 [11:30]

"Son on ildə ölkə iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 57 milyard ABŞ dolları təşkil edir".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti iş adamları üçün biznes mühiti və investisiya cəlbediciliyinin təmin edilməsinə çalışır: "Ölkədə ÜDM-in 85 %-indən çoxu özəl sektorun payına düşür. Azərbaycan iqtisadi fəallığın təşviqi, əlverişli biznes mühitinin yaradılması üçün stimullaşdırma mexanizmlərindən geniş istifadə edən ölkədir.

Hazırda Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsasən 2022-2026-cı illər üzrə ölkənin strateji inkişaf strategiyası hazırlanır. Eyni zamanda, biz gələcəkdə işğaldan azad edilmiş ərazilərə vergi güzəştlərin tətbiqi məsələsinə baxırıq".

Paylaş
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30