6 baza prinsipi
27.01.2022 [11:10]
Ərzaq təhlükəsizliyi - yeni çağırışlar nədən ibarətdir?
Mübariz ABDULLAYEV
Hazırda dünyada müşahidə edilən arzuolunmaz tendensiyalar fonunda ərzaq təminatı ilə bağlı məsələlərin aktuallığı artıb. İqlim dəyişiklikləri və dünyanın müxtəlif regionlarındakı böhranlar səbəbindən yaranan ərzaq çatışmazlığı və bahalaşma bir sıra ölkələri ciddi problemlərlə üz-üzə qoyub.
Azərbaycan öz siyasətini zamanın dəyişən tələblərinə adekvat quran ölkədir. O cümlədən dünyada ərzaq təminatı sahəsində meydana çıxan çətinliklər respublikamız üçün də yeni çağırışlar yaradıb. Hazırda bir sıra yeyinti məhsullarına daxili tələbat idxal hesabına qarşılanır. Məsələn, ölkəmizdə taxıla olan tələbatın yalnız 60 faizi yerli istehsal hesabına təmin edilir. Tələbatın yerdə qalan 40 faizini isə biz əsasən idxal olunan taxıl hesabına ödəyirik. Taxılın əhəmiyyətli dərəcədə bahalaşması, həmçinin Azərbaycan bazarında da unun və çörəyin qiymətinin artması ilə nəticələndi.
Ölkə daxilində qiymətlərə təsir göstərən başqa mühüm amillər də var. Respublikamızda istehlak bazarı böyüyür. Respublikamızda istehlak bazarının həcmi 53 milyard AZN səviyyəsindədir. Ölkədə istehlak bazarının həcmi real ifadədə 3,7 faiz artıb. Bu, əslində müsbət məqamdır. 2021-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə edilmiş müsbət tendensiyalardan biri məhz istehlak tələbinin canlanması olub. İstehlak bazarının genişlənməsi ölkəmizin inkişafını, iqtisadiyyatda fəallığın yüksəlməsini, əhalinin gəlir imkanlarının artmasını təsdiqləyir. Bu qəbildən olan müsbət məqamlar isə daxili bazarın mənfi xarici təsirlərdən qorunması və istehlak bazarında məhsul qıtlığının, eləcə də süni qiymət artımının qarşısının alınması ilə möhkəmləndirilə bilər.
Yeni baza prinsipləri
Nazirlər Kabinetinin yanvarın 18-də keçirilən iclasında səsləndirilən fikirlər diqqət çəkir. Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilmiş, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqların əsasını 6 baza prinsipi təşkil edir. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumatda bildiriblər ki, bunlar əsas ərzaq məhsulları ilə təminatın strategiyasının təməl prinsipləridir.
- Baza prinsip odur ki, ərzaq təhlükəsizliyində əsas məhsullar üzrə ağırlıq mərkəzi əsasən yerli istehsalın üzərinə keçirilir. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaq;
- Bu baza prinsipindən çıxan ikinci baza prinsipi odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir;
- Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur;
- İki qırmızı xətt müəyyənləşdirilib: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunması;
- Haqsız rəqabətə qarşı mübarizə gücləndiriləcək;
- Subsidiyaların nəticəyə görə verilməsi prinsipi - subsidiyalaşma sahəsində şəffaflığı artırmaq və daha çox məhsul istehsalını stimullaşdırmaq məqsədi daşıyır.
Daha yaxşı nəticələr uğrunda
Azərbaycan hökumətinin yaranmış çətinliklər fonunda daxili istehsalın artırılmasına diqqət çəkməsi təsadüfi deyil. Son illərdə respublikamızda aqrar sektorda qabaqcıl təcrübənin tətbiqinə geniş yer verilir. Ölkə üzrə iri fermer təsərrüfatları, aqroparklar yaradılır. Bütün bunların nəticəsi olaraq respublikamızda istehsal həcmləri əhəmiyyətli dərəcədə artıb. Hazırda bir sıra mühüm pozisiyalar üzrə daxili tələbatın yerli istehsal hesabına qarşılanması böyük nailiyyətdir.
İndiki şəraitdə qazanılan təcrübə əsasında müsbət tendensiya daha da gücləndirilməlidir. Azərbaycan torpaq fondu məhdud olan ölkələr sırasında yer alır. Buna görə də biz məhsul bolluğuna nail olmaqdan ötrü, ilk növbədə, az sahədən daha çox həcmlərdə məhsul götürmək barədə düşünməliyik. Bitkiçilikdə və maldarlıqda intensiv metodların, qabaqcıl texnologiyaların tətbiqi qaçılmaz zərurətə çevrilib. Bitkiçilikdə toxumçuluğa diqqətin artırılması, müasir suvarma sistemlərinin tətbiqi, maldarlıqda cins tərkibinin yaxşılaşdırılması son nəticədə məhsuldarlığın artmasına gətirib çıxaracaq. Bütövlükdə, respublikamızda ərzaq məhsulları istehsalının artırılması üçün geniş imkanlar mövcuddur. Ölkədə ərzaq təminatı ilə bağlı sahələrə investisiya qoyuluşunu artırmaqla biz daha yaxşı nəticələrə nail ola bilərik.
Dövriyyəyə yeni torpaqların cəlb olunması
Ekspertlər ölkədə ərzaq məhsulları istehsalının artırılması üçün digər zəruri addımların atılmasını da mümkün hesab edirlər. Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında deyib: “Ötən il ərzaqlıq buğdanın dünyada kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırılıb. Buğdanın idxalı və satışının, buğda ununun, çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsinin müddəti 2024-cü ilədək uzadılıb. İri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrılıb”.
Ceyhun Məmmədov bildirib ki, işğaldan azad edilmiş torpaqlarda əkin işlərinin aparılması ölkənin ərzaq təhlükəsizliyinə töhfə olacaq: “Azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılması, kənd təsərrüfatı məhsullarının emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda artıma imkan verəcək”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

