Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank uçot dərəcəsini niyə artırdı?

Mərkəzi Bank uçot dərəcəsini niyə artırdı?

28.01.2022 [23:09]

MB faiz dəhlizini dəyişməyə məcburdur

E.CƏFƏRLİ

Mərkəzi Bank (MB) 2022-ci ili uçot siyasətinə faiz dərəcəsini artırmaqla başladı. MB İdarə Heyətinin qərarı ilə banklar üçün uçot dərəcəsi 7.25%-dən 7.3%-ə, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25%-dən 9.3% səviyyəsinə yüksəldilib.

Qeyd edək ki, faiz dəhlizinin artırılması son 2 ildə yumşaq faiz siyasəti yürüdən Mərkəzi Bankın 2021-ci ilin son rübündə verdiyi qərardan sonra 2-ci artım bəyanatıdır. 2020-ci ilin ortalarından faiz dərəcəsini hər 2 aydan bir təxminən, 0.25%-0,5 bənd azaldaraq 6 %-ə qədər endirən MB 2021-ci ilin sentyabr ayından etibarən ard-arda 2-ci dəfə əks istiqamətdə addım artır.

Mərkəzi Bankın ehtiyatlı və təmkinli davranması başadüşüləndir. Qlobal maliyyə bazarlarında əksər ölkələr sərt pul siyasətini davam etdirir.

Qlobal bazarda istehlak qiymətləri indeksi dayanmadan artır. İnflyasiya ocaqlarını sakitləşdirmək mümkün deyil. Ticarət dövriyyəsində 12 milyard dollarlıq idxal payı olan Azərbaycana idxal inflyasiyası təzyiq edir. Xüsusilə də idxal zənbilində ən azı 2 milyard dollar həcmində ərzaq mallarının qiymətləri dünyadakı bahalaşmaların fonunda dayanmır. Həmçinin, qeyri-ərzaq mallarının da idxal dəyəri artır.

Yeri gəlmişkən, cari həftənin əvvəlində Beynəlxalq Valyuta Fondunun (BVF) 2022-ci ildə qlobal iqtisadiyyatın vəziyyətinə dair bəyanatı da yaxşı təsir bağışlamadı. Fond 2021-ci ildə yüksək həddə çatmış qlobal inflyasiya göstəricisinin 2022-ci ildə də davam edəcəyinin, dünya bazarında bir çox mal və xidmətlərin qiymət artımlarının müşahidə olunacağının anonsunu verdi. Proqnozlara görə, inflyasiya cari ildə inkişaf etmiş iqtisadiyyatları olan ölkələrdə orta hesabla 3,9 %, inkişaf etməkdə olan iqtisadiyyatlarda isə 5,9 % olmaqla yaxın perspektivdə yüksək səviyyədə qalacaq. Xüsusən də, enerji bazarlarında tələb-təklif disbalansı şəraitində neft qiymətlərinin təqribən 12 %, təbii qaz qiymətlərinin isə təqribən 58 % artacağı gözlənilir. Eyni şəkildə, ərzaq qiymətlərinin bu il mülayim bir sürətlə artacağı da istisna deyil. Nəticədə 2022-ci ildə inflyasiya təhdidi bütün ölkələri qayğılandıran əsas amillərdən biri olacaq.

Uçot dərəcəsi təbii ki, ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir.

İnflyasiyanın yüksəlməsi sözsüz ki, makroiqtisadi sabitlik balansına öz təsirlərini göstərir. Mərkəzi Bank öz mandatına uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirir və bu mənada inflyasiya səviyyəsinin artması şəraitində uçot dərəcələrinin artırılması da labüdləşir. Yürüdülən çevik məzənnə rejiminə uyğun olaraq MB-nin əsas ana hədəfi milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaqdır. Bu baxımdan Mərkəzi Bank pul siyasəti alətlərinin parametrlərinə, o cümlədən faiz dəhlizinə iqtisadi bazar situasiyasına adekvat şəkildə zəruri korreksiyalar edir. Hazırda cari il üçün makroiqtisadi sabitlik üzrə hədəf kursuna əsasən, makroiqtisadi proqnozlar, inflyasiya gözləntiləri, maliyyə bazarındakı konyunktura uçot dərəcəsini 7.3% səviyyəsinə qaldırılmasını qaçılmaz etmişdir.

Beləliklə, vəziyyəti həssaslıqla izləyən Mərkəzi Bank faiz dərəcələrinin ritmini tənzimləmək üçün pul-kredit siyasətində təmkinli ssenarilərə cari ilin ilk ayından qərar verdi. Yəni, MB faiz dəhlizini dəyişməyə məcburdur.

Nəzərə almaq lazımdır ki, uçot dərəcəsinin qaldırılması pul bazarında real faiz dərəcələrinin milli valyutada yığımları stimullaşdıran səviyyədə formalaşmasına təsir etmək və beləliklə də manata olan inamın artmasına şərait yaratmaq məqsədlərini daşıyır. Bu xətt MB-nin pul bazarında sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq. Ancaq bir məqam da var ki, uçot dərəcəsinin qaldırılması bankların faiz dərəcələrinin qalxmasına da gətirib çıxarır, ona görə də, MB bankların faizləri qaldırmasına deyil, kredit stimulları siyasəti yürütməsinə çalışmalıdır. Çünki, faktiki olaraq bankların son bir ildə xalis mənfəəti də artıb. 2021-ci ildə banklar 450 milyon manatdan artıq mənfəət əldə edib. Bu onu göstərir ki, bank sektorunun indiki faizlərdən də aşağı kredit stavkası ilə bazarda normal qazanc əldə etmək potensialları var.

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31