Neftə tələbat artır - OPEK nə düşünür?
18.03.2022 [10:18]
Mübariz ABDULLAYEV
Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal enerji təhlükəsizliyinə artan təzyiqlər fonunda beynəlxalq birliyin nəzərləri Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) yönəlib. Etiraf olunur ki, indiki məqamda qlobal iqtisadiyyat üçün zəruri olan neft və neft məhsullarının qiymətlərinin optimallaşdırılması, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması böyük dərəcədə OPEC və OPEC plus (təşkilata üzv olmayan neft hasil edən ölkələr - neft istehsalının azaldılması üzrə təşəbbüs çərçivəsində yaradılıb-red.) dövlətlərinin fəaliyyətlərini uzlaşdırmalarından, konsensus əsasında çıxarılacaq qərarlardan asılıdır.
Dünya üzrə istehsal kvotaları dəyişir
İndiki mərhələdə qlobal enerji təhlükəsizliyinə yaranan təhdidlər bir sıra amillərlə şərtlənir. Neftə tələbatın artması bir tərəfdən postpandemiya dövründə dünya iqtisadiyyatında bərpa və inkişaf dinamikasının müşahidə edilməsi ilə bağlıdır. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə, dünya iqtisadiyyatı 2020-2021-ci illərdəki durğunluqdan və geriləmədən sonra inkişafa istiqamət götürüb və bu da neftə tələbatın artması deməkdir. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi səbəbindən ehtimal olunan riskləri nəzərə alan bir sıra ölkələrin özlərinin neft ehtiyatlarını artırmaq üçün rezervuarlarına əlavə, hətta ehtiyaclarından artıq neft doldurduqları müşahidə edilir. Tələb təklifdən üstün olduğuna görə birjalarda neft əvvəllər proqnozlaşdırıldığından daha baha qiymətə satılır.
OPEC-ə gəldikdə isə qurum geosiyasi amillər üzündən artan təlabatı nəzərə alaraq qlobal bazarlara hasilatçı ölkələr üzrə əvvəlcədən müəyyənləşdirilən kvotalardan artıq həcmlərdə neft çıxardır. Bunu rəqəmlər də təsdiqləyir. OPEC ölkələri cari ilin fevral ayında gündəlik neft istehsalını 440 min barel artıraraq (yanvar ayı ilə müqayisədə) 28,47 mln. barelə çatdırıblar. Bu barədə OPEC-in aylıq hesabatında bildirilib. Məlumata görə, qurum OPEC plus razılaşması çərçivəsində öhdəliklərini 136% yerinə yetirib.
Qeyd edək ki, OPEC 2022-ci il üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu cüzi yüksəldib. Cari il qlobal gündəlik neft tələbatının 100,9 mln. barel səviyyəsində olacağı gözlənilir ki, bu da əvvəlki proqnoz göstərici ilə müqayisədə 0,09 mln. barel çoxdur.
Azərbaycan OPEC plus öhdəliyini 118% yerinə yetirib
Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Dünya enerji bazarında neftin qiymətinin tənzimlənməsi məqsədilə 2016-cı il aprelin 17-də Qətərin paytaxtı Dohada Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin toplantısı olub. Doha sammitində OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər. Həmin vaxtdan etibarən respublikamız qlobal enerji dialoqlarında fəal iştirak edir və üzərinə götürdüyü öhdəliklərə həmişə sadiq qalır. Buna görə də ölkəmizlə qurum arasında qarşılıqlı inam getdikcə artır. OPEC tərəfindən Azərbaycan dəfələrlə saziş imzalanan vaxtdan indiyə qədər iştirakçılar arasında öhdəliklərini fəal icra edən və liderlik göstərən ölkə kimi qiymətləndirilib.
Respublikamız indiki həssas məqamda da özünün ədalətli enerji siyasətini davam etdirərək öhdəliklərini yüksək səviyyədə yerinə yetirir. Cari ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 684,1 min barel olub. Hasil edilən maye karbohidrogenlərin 566,3 min barelini xam neft, 117,8 min barelini isə kondensat təşkil edib. Beləliklə, Azərbaycan fevralda OPEC plus öhdəliyini 118% yerinə yetirib. Xatırladaq ki, OPEC ölkələri nazirlərinin 24-cü iclasında qəbul edilmiş qərara əsasən Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevral ayında daha 7 min barel artırılaraq 668 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 50 min barel həcmində olması nəzərdə tutulurdu. OPEC Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu isə dəyişməyib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

