Avropa parçalanır
17.05.2022 [10:13]
Rusiyaya qarşı sanksiyalar “qoca qitə”də fikir ayrılığını dərinləşdirir
Mübariz ABDULLAYEV
Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı hazırladıqları altıncı sanksiyalar paketi “qoca qitə”nin özündə də birmənalı qarşılanmayıb. Sözügedən sanksiyalar paketi Avropaya Rusiyadan neft idxalının mərhələlərlə məhdudlaşdırılmasını nəzərdə tutur. Lakin bu, ilk baxışda göründüyü qədər sadə bir prosedur deyil. Məsələ burasındadır ki, Rusiya gündəlik 5 milyon barellik neft ixracatına malikdir və 25 faizlik payla “qoca qitə”nin əsas neft ixracatçıları sırasında yer alır. Bu həcmin başqa mənbələrdən əvəzlənməsi isə həm vaxt, həm də zəruri infrastruktur tələb edir. Belə görünür ki, sanksiyalarla Rusiyanı zəiflətmək, bu ölkəni əsas gəlir mənbəyindən məhrum qoymaq istəyən Avropa öz imkanlarını və real vəziyyəti lazımınca dəyərləndirməyib, müəyyən mənada tələsikliyə yol verib. Hər halda Avropadan alınan məlumatlar ekspertlərin belə qənaətlər ifadə etmələrinə ciddi əsaslar yaradır.
Rusiyadan neft idxalına qadağanı nəzərdə tutan yeni sanksiyalar paketi “qoca qitə”də heç də yekdilliklə dəstəklənməyib, hətta mübahisələrə səbəb olub. Yeni sanksiyalar paketinin təsdiqlənməməsi, müzakirələrdə konsensusun əldə olunmaması da bununla bağlıdır. Xüsusilə də Macarıstan və Slovakiya yeni qadağalar təklifinə sərt etirazlarını bildiriblər. Bu da onunla bağlıdır ki, bəhs olunan ölkələr Rusiya neftindən daha çox dərəcədə asılıdırlar. Hər iki ölkənin hökumətləri yeni sanksiyalar paketini dəstəkləməyəcəklərini Brüsselin diqqətinə çatdırıblar. İş o yerə çatıb ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Macarıstanın baş naziri Viktor Orbanla görüşmək üçün Budapeştə uçmaq məcburiyyətində qalıb. Avropa Komissiyası əlavə vaxt və maliyyə dəstəyi təklif etməklə Macarıstanı sanksiyalara qoşulmağa razı salmağa çalışır. Belə görünür ki, bu, heç də asan başa gəlməyəcək. Macarıstanın xarici işlər naziri Peter Szijjarto açıqlamasında bildirib ki, onlar indiyədək Rusiyaya qarşı tətbiq olunan bütün sanksiyaları dəstəkləyiblər, lakin indi söhbət birbaşa ölkənin milli təhlükəsizliyinə yaranan təhdidlərdən gedir. Rusiyadan neft idxalının dayandırılması Macarıstanın enerji təhlükəsizliyini tamam poza bilər. Fikirlərinə davam edən nazir vurğulayıb: “Macarıstan Avropa Komissiyasının Rusiyaya qarşı sanksiya təşəbbüsünə səs verməyəcək, çünki bu, Macarıstan üçün problem yaradır və həll yolu irəli sürmür. Təklif Macarıstan iqtisadiyyatı üçün atom bombası kimidir və bizim sabit enerji təchizatımızı məhv edəcək”.
Öz növbəsində Avropa İttifaqı ölkələrinin rəsmiləri Macarıstanın qərarından narazı qaldıqlarını gizlətmirlər. Litvanın xarici işlər naziri Landsberqis bəyan edib ki, Avropa Komissiyası Rusiyaya qarşı sanksiyalar paketinə blok qoyan Macarıstanın girovuna çevrilib. “Hazırda bütün Avropa İttifaqı bir ölkənin girovluğunda qalıb. Bu isə bizə konsensusa gəlməyə imkan vermir”, - deyə nazir narazılığını ifadə edib.
Rusiyaya qarşı tətbiqi nəzərdə tutulan altıncı sanksiyalar paketində bir sıra ekspertlərin ifadə etdikləri kimi, Avropanı parçalayan başqa məqamlar da var. Avropa Komissiyası tərəfindən Aİ ölkələrinin bayrağı altında üzən və ya Aİ vətəndaşlarına məxsus gəmilərlə Rusiyadan neft məhsullarının daşınmasına qadağa qoyulması təklif olunur. Bu isə Yunanıstan, Kipr və Maltanın maraqlarına uyğun gəlmir. Həmin ölkələr böyük həcmlərdə gəlir mənbələrindən, sadəcə, məhrum qalmaq istəmirlər və bu səbəbdən də Rusiyaya qarşı yeni sanksiyalar paketinə etirazlarını bildiriblər.
Bu arada Polşada da Avropa Komissiyasının Rusiyaya münasibətdə davranışlarından narazılıqlar baş qaldırıb. Bu dəfə fikir ayrılığına gətirib çıxardan səbəb AK-nın Rusiyadan alınan qazın dəyərinin rublla ödənilməsini özündə ehtiva edən qərarı ilə bağlıdır. Bu barədə Polşada hakim “Hüquq və ədalət” partiyasından olan deputat Zbiqnev Kuzmyuk müsahibəsində bildirib. “Avropa Komissiyasının qərarı böyük qalmaqala yol açır. Heç bir şübhə yoxdur ki, AK-nın bu addımı Rusiya valyutasının möhkəmlənməsinə xidmət edir”, - deyə deputat vurğulayıb. O əlavə edib ki, bəhs olunan qərar Fransa və Almaniyanı cərimələrdən qorumaq üçün verilib. Eyni zamanda, belə qərarlar Rusiyaya qarşı sanksiyalardan yan keçməyə çalışan çoxsaylı nəhəng şirkətlərin maraqlarına cavab verir.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31

