Daşınmaz əmlak bazarında qiymət artımı davam edəcək
01.07.2022 [10:22]
Ekspert: Qarabağa köç başlasa...
Günel ABBAS
Hər il yay aylarında daşınmaz əmlak bazarında qiymətlərin azaldığını müşahidə edirdik. Ancaq son iki ildə daşınmaz əmlak bazarı bu mənada fəallıq nümayiş etdirir. Xüsusilə mənzil qiymətləri ciddi şəkildə artmaqdadır. Statistika göstərir ki, köhnə və yeni tikilmiş binalarda mənzillərin qiyməti əvvəlki illərlə müqayisədə təxminən 15-20 faiz bahalaşıb. Ötən 6 ay ərzində qeydə alınan kəskin qiymət artımı isə mənzil sahibi olmaq istəyən şəxslərin işini xeyli çətinləşdirib. Bəs bu artımların səbəbi nədir?
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, mənzil bazarında yaşanan qiymət artımlarına təsir edən bir çox amillər var. Onun sözlərinə görə, bu səbəblərdən biri torpaq sahəsi və tikinti materiallarındakı qiymət artımları ilə əlaqədardır: “Çünki pandemiya dövründə tikinti materiallarının daşınmasında problemlər yaşandı, bu da işçilərin sayının azalmasına səbəb oldu. Nəticə etibarilə pandemiyadan sonrakı dövrdə qiymətlər yüksəlməyə başladı. Bununla yanaşı bazarda tələbin təklifi üstələməsi faktoru da var. Maddi vəziyyəti yaxşılaşan adamlar yeni tikilən mənzillərə üz tuturlar. Yaxud yeni qurulan ailələrin sayı ildən-ilə artır, həmin ailələr də ev sahibi olmaq istəyirlər. Ancaq tikilən evlərin sayı tələbi üstələməyəndə qiymətlərin azalması da labüd olur”.
Ekspert qeyd edib ki, daşınmaz əmlak sahəsindəki qiymətlər artmağa davam edəcək: “Bunun bir səbəbi də ərzaq və digər xidmətlərdə qiymətlərin artmasıdır. Əvvəllər mənzilin 1 kv.m-nin maya dəyəri 500 manata başa gəlirdisə, indi bu qiymət 800 manatın üzərindədir. Hazırda çoxmənzilli binaların tikintisi ilə məşğul olan şirkətlər mənzilin 1 kv.m-nin maya dəyərinin 2000 manata yaxınlaşdığını deyir. Bu, onu göstərir ki, gələcək illərdə mənzillərin 1 kv.m-i 2000 manatdan da yuxarı olacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, qiymət artımına səbəb olan digər bir məsələ Rusiya-Ukrayna müharibəsidir: “Statistikaya nəzər salsaq, görərik ki, tikinti materialları Azərbaycana əsasən Rusiya və Ukraynadan idxal olunur. Bu iki ölkə arasında baş verən müharibə səbəbindən tikinti materiallarının daşınmasında böyük problemlər yaranıb. Digər tərəfdən, tikintilərin əksəriyyəti Bakı şəhərində getdiyinə görə paytaxt ərazisində tikintiyə yararlı torpaq sahələri məhdud saydadır. Ona görə də tikinti şirkətləri pilot layihələr üzərindən, köhnə 4-5 mərtəbəli binaları sökərək orada böyük binalar tikirlər. Tikinti şirkəti çoxmənzilli köhnə yaşayış binasını sökürsə, orada yaşayan sakinlərə bina hazır olana qədər kirayə pulu verir, tikinti xərclərini qarşılayır və yeni tikilən binadan həmin insanları təmirli mənzillərlə təmin edir. Nəticədə şirkətlərin tikinti xərcləri artmış olur. Qeyd etdiyimiz bütün bu amillər əmlak bazarında mənzillərin qiymətinin bahalaşmasına səbəb olur”.
Mənzil bazarındakı qiymət artımında Rusiyanın rolu varmı?
Rusiyada baş verən proseslərdən sonra orada yaşayan vətəndaşlarımızın və digər əcnəbilərin Azərbaycanın daşınmaz əmlak bazarına maraq göstərməsi də gözləntilər sırasında idi. Ekspert Elnur Fərzəliyev bildirib ki, Rusiyada yaşayan azərbaycanlılar əvvəlki illərdə ölkəmizdə mənzil sahəsinə yatırım edirdilər: “Ancaq pandemiyanın iqtisadiyyatı zəiflətməsi bu sahəyə də təsirsiz ötüşmədi. Sonrakı dövrdə Rusiyanın sanksiyalara məruz qalması iqtisadiyyatı çətin vəziyyətə saldı, nəticədə orada yaşayan isnanların maddi vəziyyətinə də mənfi təsir göstərdi. Bu da ölkəmizdə mənzil bazarına maraq göstərən Rusiya vətəndaşlarının və orada yaşayan azərbaycanlıların sayını azaltdı. Hazırda Rusiyada mənzil bazarına maraq göstərənlərin əksəriyyəti Azərbaycana yox, Türkiyəyə yatırım edirlər. Hətta Türkiyədə 10 minlərlə daşınmaz əmlak satın alıblar. Gözləntilər ondan ibarət idi ki, Rusiyadan Azərbaycanın mənzil bazarına axın olacaq, ancaq bu gözləntilər özünü doğrultmadı”.
Ramil Qasımzadənin sözlərinə görə isə, Rusiya və Ukraynada yaşayan digər vətəndaşlar, eləcə də həmvətənlərimiz Azərbaycanda mənzil almağa üstünlük verirlər. Bu da mənzil bazarındakı rəqabətliliyi artıraraq qiymətlərin yüksəlməsinə səbəb olur.
Qarabağa köçün başlaması daşınmaz əmlak bazarına necə təsir edəcək?
Daşınmaz əmlak bazarında qeydə alınan artımın Qarabağa köçün başlaması ilə azalacağını iddia edənlər də var. Ramil Qasımzadə isə Qarabağa köç prosesinin başlamasının artımın qarşısını nisbətən ala biləcəyini deyib: “Paytaxtın daşınmaz əmlak bazarında qiymətlər müəyyən qədər azala bilər. Ancaq nəzərə alaq ki, köçün kütləvi xarakter alması zaman tələb edir. Ona görə də daşınmaz əmlak bazarında qiymət azalmaları yaxın 5-10 il ərzində qeydə alınacaq”.
E.Fərzəliyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə köç başlasa, qiymətlər enəcək: “Hazırda Bakı şəhərində yüz minlərlə məcburi köçkün yaşayır. İşğaldan azad olunmuş ərazilərdə tikinti işləri yekunlaşdıqdan sonra həmin məcburi köçkünlər bu ərazilərə köçürülsələr, paytaxt bir qədər boşalacaq. Tələbat azaldıqca qiymətlərdə stabilləşmə baş verəcək. Bu gün kirayə məqsədilə alınan mənzillərin sayı kifayət qədər çoxdur. Kirayəçilərin böyük bir hissəsini isə tələbələr təşkil edir. Əgər aidiyyəti qurumlar tələbələrin yataqxana problemlərini aradan qaldırsalar, kirayə mənzillərə olan təlabat da azalacaq. Təlabatın azalması isə öz növbəsində qiymətlərin enməsinə səbəb olacaq”.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

