Böhran qaçılmazdır
02.08.2022 [10:30]
Rəsmi Bakı tədbir görür
Nicat DİLQƏMLİ
Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına təsirsiz ötüşmədi. ABŞ-ın və Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdikləri qadağalar nəticəsində bir çox strateji məhsulun Rusiyadan ixracı dayandırıldı. Məlum olduğu kimi, həm Rusiya, həm də Ukrayna dünya taxıl istehsalında ilk yerlərdədir. Belə ki, Ukraynada 32 milyon hektar əkin sahəsi mövcuddur. Ərazilərində əsasən taxıl becərən Ukrayna bu özəlliyi ilə Avropanın “çörək səbəti” kimi də tanınır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2020-ci ildə Livanda istehlak edilən buğdanın təxminən 50 faizi, Yəməndə 22 faizi, Liviyada isə 43 faizi Ukraynadan idxal edilmişdi. Misir, İsrail, Səudiyyə Ərəbistanı, İran və s. kimi ölkələr də istehlak etdikləri taxılın önəmli hissəsini Ukrayna və Rusiya qaynaqlarından təmin edirdi.
Müharibənin başlanması isə taxıl məhsullarının ixracında olduqca ciddi problemlər yaratdı. Bununla yanaşı, artıq bir neçə aydır ki, həm dünyada, həm də ölkəmizdə bəzi ərzaq məhsullarının qiymətində artım müşahidə edilməkdədir. Digər tərəfdən, ekspertlərin qənaətinə görə, əgər vəziyyət belə davam edərsə, dünya qlobal aclıqla üzləşə bilər.
Dövlət başçımızın da çıxışı zamanı bu mövzuya toxunması heç də təsadüfi deyil və məsələnin ciddiliyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirmişdi ki, ərzaq böhranı qaçılmazdır və qapıdadır: “Mən əminəm ki, gündəliyin əsas məsələlərindən biri aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının ərzaq böhranı ilə mübarizədəki rolu olacaq. Çünki bu qaçılmazdır və bu artıq qapıdadır. Həmçinin beynəlxalq təşkilatlar və aparıcı ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrasiyanın potensial artması ilə məşğul olmalıdırlar. Biz bura istehsalçılarla istehlakçılar arasında qeyri-bərabərliyə səbəb olan enerji bazarlarındakı təxmin edilməyən vəziyyəti də əlavə edə bilərik. Bu vəziyyət istehsalçıların özləri üçün də risklidir. Əgər kimsə düşünürsə ki, neft və qaz istehsalçısı olan ölkələr bu yüksək qiymətlərə görə çox xoşbəxtdirlər, bu, yanlış dəyərləndirmədir. İstehsalçılarla istehlakçılar arasında balans, stabil bazar - istehsalçıların buna ehtiyacı var. Azərbaycanın da iştirak etdiyi “OPEC+”un səyləri buna yönəlib”.
Böhrana hazır olmalıyıq
İki gün öncə isə iqtisadiyyat naziri Mikayıl Cabbarov mətbuata açıqlamasında yüksək qiymətlərdən sonrakı yaranacaq böhran barədə danışıb: “Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır”. Nazirin sözlərinə görə, nə vaxt baş verəcəyini bilməsək də, buna hazır olmalıyıq və öz planlamalarımızı da buna görə hazırlayırıq.
“Aşağı qiymətlər də olacaq. Bu və ya digər məhsulun, malın qiymətinin aşağı düşməsi də müşahidə olunacaq. Vacib olan odur ki, biz istər müsbət konyukturada, istərsə də mənfi konyukturada öz sabitliyimizi, dayanıqlılığımızı saxlayaq”, - M.Cabbarov qeyd edib.
Ekspert rəyi
“Qlobal resessiya bu gün ən çox müzakirə edilən məsələlərdəndir. Çünki bir tərəfdən qiymətlərin qlobal bazarda kəskin artması, digər tərəfdən xüsusilə ərzaq məhsullarının istehsalındakı çətinliklər, tələbin artması fonunda təklifin azalması qlobal resessiya riskini daha da artırır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov səsləndirib. İqtisadçı-ekspert bildirib ki, artıq beynəlxalq maliyyə qurumları dünya üzrə, həm də inkişaf etmiş ölkələr və qitələr üzrə, o cümlədən birliklər üzrə proqnozlarına baxaraq neqativ dürüstləşmə aparıb: “Belə ki, 2022-ci ildə qlobal iqtisadiyyatın 4.1 faiz artacağı proqnozlaşdırılırdı. Amma bu göstərici 2.9 faizə qədər azaldılıb. Eyni zamanda, Avrozonada 4 faiz artım proqnozlaşdırılırdı, həmin proqnoz da beynəlxalq maliyyə qurumları tərəfindən dürüstləşdirilərək 2.8 faizə qədər azaldıldı”.
Əslində, bu ondan xəbər verir ki, qlobal proqnozlardakı neqativ dürüstləşmə həm də resessiyanın başlaması və yaxınlaşması anlamına gəlir. Bu kontekstdən bütün dünya, o cümlədən ayrı-ayrı milli iqtisadiyyatlar qlobal iqtisadiyyatdakı resessiyaya hazırlaşmalıdır. Təbii ki, Azərbaycan da bu istiqamətdə hazırlıqlar həyata keçirir. Ümumiyyətlə, gözlənilir ki, növbəti illərdə və xüsusən 2025-ci ilədək dünya bazarında ərzaq məhsullarının təminatında çətinliklər olacaq. Çünki bir tərəfdən tələb artır, təklif azalır, o cümlədən xüsusən taxıl və digər dənli bitkilərin istehsalında azalmalar müşahidə olunur. Bu da ümumi təklifə təsir göstərəcəkdir.
V.Bayramov qeyd edib ki, ölkəmizdə gözlənilən resessiyanın təsirlərini minimumlaşdırmaq istiqamətində tədbirlər həyata keçirilir: “Azərbaycan üçün də çox vacib prioritetlərdən biri yerli istehsalın genişləndirilməsidir. Və bu istiqamətdə də artıq addımlar atılır və gözlənilir ki, 2022-ci ilin yekunlarında Azərbaycan taxıl istehsalında artımlara nail ola biləcək. Məqsəd ərzaq ehtiyatlarını genişləndirmək və xüsusən də taxıl istehsalını artırmaqdır. Qısa və orta müddətli dövrdə alternativ idxal mənbələrinin tapılması istiqamətində işlərin aparılması da ondan xəbər verir ki, Azərbaycan daha qısa müddətdə ərzaq ehtiyatlarını artırmağa çalışır.
O baxımdan, Azərbaycan praktik olaraq gözlənilən resessiyanın ölkə iqtisadiyyatına təsirlərinin minimumlaşdırmaqla bağlı işlərini davam etdirir. Xüsusən də sahibkarlığın dəstəklənməsi və yeni strategiya çərçivəsində iqtisadiyyatın inkişafı ilə bağlı konkret hədəflərin müəyyənləşdirilməsi də ondan xəbər verir ki, qlobal çağırışlar və eyni zamanda, təbii ki, qlobal iqtisadi təhdidlər nəzərə alınmaqla Azərbaycan iqtisadiyyatının növbəti 5 ildə inkişafı artıq konkret hədəflər üzrə həyata keçiriləcək. Bu da təbii ki, xüsusən də qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirlərini minimumlaşdırmağa xidmət edəcək”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
08 Avqust 22:07

Xəbər lenti
08 Avqust 20:19

İdman
08 Avqust 19:01

Xəbər lenti
08 Avqust 18:46

Xəbər lenti
08 Avqust 17:57

Xəbər lenti
08 Avqust 16:41

Xəbər lenti
08 Avqust 16:39

Xəbər lenti
08 Avqust 16:02

Xəbər lenti
08 Avqust 15:36

Xəbər lenti
08 Avqust 14:53

İqtisadiyyat
08 Avqust 13:48

Xəbər lenti
08 Avqust 13:47

Xəbər lenti
08 Avqust 13:25

Xəbər lenti
08 Avqust 12:48

Xəbər lenti
08 Avqust 12:34

Xəbər lenti
08 Avqust 12:32

Xəbər lenti
08 Avqust 11:55

Dünya
08 Avqust 11:51

Xəbər lenti
08 Avqust 11:17

Prezident bu gün
08 Avqust 11:08

Dünya
08 Avqust 11:05

Xəbər lenti
08 Avqust 10:52

Xəbər lenti
08 Avqust 10:31

Xəbər lenti
08 Avqust 10:15

Xəbər lenti
08 Avqust 09:41

Xəbər lenti
08 Avqust 09:38

Siyasət
08 Avqust 09:35

Xəbər lenti
07 Avqust 18:14

Xəbər lenti
07 Avqust 17:11

Xəbər lenti
07 Avqust 15:02

Xəbər lenti
07 Avqust 13:06

Xəbər lenti
07 Avqust 12:27

Xəbər lenti
07 Avqust 11:28

Xəbər lenti
07 Avqust 11:25

Dünya
07 Avqust 10:55

Dünya
06 Avqust 19:50

Xəbər lenti
06 Avqust 18:31

Dünya
06 Avqust 16:37

Xəbər lenti
06 Avqust 16:01

Dünya
06 Avqust 13:32

Xəbər lenti
06 Avqust 13:31

Xəbər lenti
06 Avqust 13:28

Xəbər lenti
06 Avqust 13:27

Siyasət
06 Avqust 13:25

Xəbər lenti
06 Avqust 13:24

Gündəm
06 Avqust 13:22

Ədəbiyyat
06 Avqust 12:25

İqtisadiyyat
06 Avqust 12:05

İqtisadiyyat
06 Avqust 11:47

Analitik
06 Avqust 11:29

Sosial
06 Avqust 11:27

Xəbər lenti
06 Avqust 11:26

Xəbər lenti
06 Avqust 11:25

İqtisadiyyat
06 Avqust 11:17

MEDİA
06 Avqust 11:03

Xəbər lenti
06 Avqust 10:48

Xarici siyasət
06 Avqust 10:30

Müsahibə
06 Avqust 10:24

Siyasət
06 Avqust 10:15

Xəbər lenti
06 Avqust 10:12

Prezident bu gün
06 Avqust 10:08

Siyasət
06 Avqust 10:05

Siyasət
06 Avqust 10:00

Gündəm
05 Avqust 23:40

Xəbər lenti
05 Avqust 21:10

Xəbər lenti
05 Avqust 21:09

Xəbər lenti
05 Avqust 20:48

Xəbər lenti
05 Avqust 19:35

Xəbər lenti
05 Avqust 19:25

Dünya
05 Avqust 17:24
