2010-cu il ölkə sahibkarları üçün əlamətdar olub
11.01.2011 [09:09]
Azərbaycan hökumətinin həyata keçirdiyi mükəmməl iqtisadi siyasət 2010-cu ildə bütün bölmələrdə olduğu kimi, sahibkarlıq sektorunda da yüksək inkişaf göstəricilərinin qeydə alınmasına səbəb olub. 2010-cu ilin əvvəllərindən başlayaraq hökumətin sahibkarlara maliyyə dəstəyinin gücləndirməsi və sahibkarlığa başlamaq istəyənlərə əlverişli imkanların yaradılması bu sahədə inkişaf meyillərinin müşahidə olunması ilə nəticələnib. Bu tendensiya həm sahibkarlıqla məşğul olmaq istəyənlərin sayının, həm də həyata keçirilən investisiya layihələrinin miqyasının genişlənməsini stimullaşdırıb. ötən il ərzində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 1430 sahibkara 115 milyon manat güzəştli kredit verilib. Həmin kreditlərin 99,8 faizi regionların payına düşür. Verilmiş kreditlər hesabına 5600 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Dövlət başçısı sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son 7 ildə sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı və digər sahələrlə bağlı sistemli tədbirlərin miqyası daha da genişlənib. Sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması ilə bağlı qətiyyətli addımlar atılıb.
2010-cu ildə bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kreditlə təmin edilməsi ilə bağlı keçirilən kredit yarmarkalarının sayı da çoxalıb. ötən il bütün rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri güzəştli kreditlərlə təmin olunub. Verilən kreditlərin 74 faizi aqrar infrastruktur sahələrinin (soyuducu və taxıl anbarları kompleksləri) inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 21 faizi sənaye məhsullarının istehsalı və emalına, 5 faizi turizm infrastrukturunun inkişafına yönəldilib. Bununla yanaşı, ötən il sahibkarlıq sektorunda maliyyələşmə mexanizminin təkmilləşdirilməsi və əhatə dairəsinin artırılması ilə yanaşı, yeni texnologiyaların tətbiqi ilə bağlı da mühüm yeniliklər baş verib. İqtisadiyyatın prioritet sahələrinin inkişafı, həmçinin, müasir standartlara cavab verən, ixracyönümlü və rəqabət qabiliyyətli istehsal və emal müəssisələri yaradılıb, müasir texnologiyaların tətbiqi ilə əlaqədar layihələr həyata keçirilib.
Sahibkarlığa dövlət dəstəyi 2011-ci ildə daha da gücləndiriləcək və güzəştli kreditlərlə əhatə olunan sahibkarların sayı daha da artacaq. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu il sahibkarlara 125 milyon manat həcmində güzəştli kreditlər verilməsi nəzərdə tutulur. Bu, ötən illə müqayisədə 10 milyon manat artıq vəsait deməkdir. Yəni, 2011-ci ildə əlavə olaraq daha 200 sahibkara kredit veriləcək. 2011-ci ildə orta hesabla 1600 sahibkar güzəştli kreditlərlə təmin olunacaq. Yeri gəlmişkən, artıq sahibkarların aldıqları kreditləri geri qaytarmaq imkanları da artıb və bu il 90 milyon manatdan çox vəsait Sahibkarlığa Kömək Milli Fonduna ödənilib. Bu isə o deməkdir ki, 2011-ci ildə sahibkarlara verilən ümumi kreditlərin təxminən 35 milyon manatı dövlət büdcəsindən ayrılacaq, qalan 90 milyon manat isə əvvəllər verilmiş kreditlərin geri qaytarılması hesabına təmin olunacaq.
Hazırda hökumətin həyata keçirdiyi siyasət sahibkarlığa dövlət himayəsinin gücləndirilməsinə, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsinin təmin edilməsinə yönəldilib. Dövlət Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri ilə yanaşı, digər maliyyə mənbələri, eləcə də, maliyyə-kredit təşkilatlarının, bankların, Kənd Təsərrüfatı üzrə Kredit Agentliyinin və digər qurumların güzəştli şərtlərlə verilən kreditləri hesabına 100-lərlə sahibkarın maliyyə təminatı yaxşılaşdırılacaq. Beləliklə, bu il ölkəmizdə sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması üçün davamlı tədbirlər həyata keçiriləcək.Bu tendensiya sahibkarların aldıqları vəsaitlər hesabına gəlir əldə etdiklərini və kreditləri geri qaytarmaq imkanlarına malik olduğunu təsdiqləyir. Hər il geri ödənilən kreditlər isə əlavə maliyyələşmə üçün əlverişli şərait yaradır. Bu isə növbəti illərdə sahibkarlara daha çox kredit verilməsini şərtləndirir.
Onu da qeyd edək ki, verilən kreditlərin 99 faizi regionların payına düşür ki, bu da bölgələrdə sahibkarlıq fəaliyyətinin dada da inkişafına geniş imkan yaradır. Son illərdə rayonlarda yüzlərlə yeni istehsal sahəsinin yaradılması və ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcminin artması milli sahibkarlıq sektorunun yüksək inkişafının göstəricisidir. Beləliklə, bölgələrdə sahibkarlığın intensiv inkişafı hər il daha geniş vüsət alır və bu tendensiya qarşıdakı illərdə yeni nailiyyətlərin əldə olunmasına impuls verir.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

