Azərbaycanda yeni Günəş Elektrik stansiyalarının inşa edilməsi gözlənilir
23.01.2023 [13:27]
Hazırda ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə özəl, o cümlədən xarici investisiyalar cəlb edilir. Yeni Günəş Elektrik stansiyalarının da əsasən özəl investisiyalar hesabına inşa edilməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə formalaşmış cəlbedici investisiya mühiti və zəngin yaşıl enerji potensialımız buna tam imkan verir. Ötən ilin martında 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlinin qoyulması bunun bariz nümunəsidir.
Energetika Nazirliyindən bildirilib ki, bu layihə “Masdar” şirkəti tərəfindən tamamilə özəl investisiya hesabına reallaşdırılır. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə və 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa, həmçinin 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir.
Açıqlamada qeyd edilib ki, 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası üzrə də danışıqlar davam edir. Cəbrayılda reallaşdırılması planlaşdırılan layihənin də illik təxminən 500 milyon kilovat-saatdan artıq elektrik enerjisinin istehsalına töhfə verəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, “Masdar” şirkəti ilə ilkin mərhələdə ümumi gücü 4 qiqavat olacaq bərpaolunan enerji layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib ki, onun da 1 qiqavatı günəş enerjisinin payına düşür. Eyni zamanda, “Fortescue Future Industries” şirkəti ilə 12 qiqavatadək “yaşıl enerji” layihələrinin araşdırılması və reallaşdırılması üzrə çərçivə müqaviləsi imzalanıb. Bu isə gələcəkdə də digər bərpaolunan enerji stansiyaları ilə yanaşı, Günəş Elektrik stansiyalarının da inşa ediləcəyini deməyə əsas verir.
Həmçinin elektrik enerjisi itkilərinin azaldılması məqsədilə müvafiq qurumlar tərəfindən həm ötürücü, həm də paylayıcı şəbəkədə mütəmadi işlər həyata keçirilir. İstismara yararsız avadanlıqlar yeni və müasirləri ilə dəyişdirilir, istismar müddəti başa çatmış elektrik veriliş yenilənir. Həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci illə müqayisədə 2021-ci ildə ötürücü şəbəkədə itkilər 2,1 faizdən 1,9 faizə, paylayıcı şəbəkədə isə müvafiq olaraq 8,9 faizdən 8,8 faizə endirilib.
Nicat
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

