Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Orta Dəhlizin aktuallığı artır

Orta Dəhlizin aktuallığı artır

28.09.2023 [10:30]

Layihəyə qlobal marağın artmasında Azərbaycanın müstəsna rolu var

Son illərdə geniş Avrasiya coğrafiyasında müşahidə edilən geosiyasi proseslər fonunda meydana çıxan mühüm çağırışlardan biri nəqliyyat, logistika məsələləri ilə bağlıdır. Məlum səbəblərə görə Qara dənizin Ukrayna sahillərindəki limanları, həmçinin Rusiyadan keçən marşrutlar vasitəsilə daşımaların həcmi əhəmiyyətli dərəcədə məhdudlaşıb. Sonu görünməyən müharibə ölkələri və daşıma şirkətlərini alternativ marşrutlara üz tutmaq seçimi qarşısında qoyub. Belə bir şəraitdə nəzərlər iki qardaş ölkənin - Azərbaycanın və Türkiyənin mühüm halqalar təşkil etdiyi Orta Dəhlizə yönəlib.

“Xəzər dənizindən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizin əhəmiyyəti koronavirus pandemiyası və bölgəmizdə yaşanan müharibələr nəticəsində daha yaxşı dərk edilmişdir”. Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də respublikamıza baş tutan uğurlu rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında ifadə edib. Qardaş ölkənin dövlət başçısı  Azərbaycana rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində isə bəhs olunan fikirlərinin davamı kimi Zəngəzur dəhlizinin açılmasının zəruriliyindən danışıb.

Orta Dəhliz üzərində yerləşən ölkələrin birgə səyləri

Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, onu vurğulamaq yerinə düşər ki, əlverişli coğrafi mövqe Orta Dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirib. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur.

Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrastrukturunun genişləndirilməsi ilə bağlı Gürcüstanın, Mərkəzi Asiya dövlətlərinin hökumətləri ilə intensiv müzakirələr aparılır və koordinasiyalı fəaliyyət təmin olunur. Oxşar müzakirələr son vaxtlarda Azərbaycan - Türkiyə-Özbəkistan formatında da intensivləşib.

Mütəxəssislər Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Bildirilir ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi seçərsə, 12 gün ərzində 10 min kilometr  deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Eyni qatar Cənub dəhlizi üzrə göndərilsə, Süveyş kanalı üzərindən gəmi ilə 20 min kilometr yol qət edir. Orta Dəhliz öz imkanları ilə, şübhəsiz ki, region ölkələrinin koordinasiyalı əməkdaşlığı ilə dünya ticarətinin ən mühüm halqalarından biri olacaq. 

Azərbaycanın müstəsna rolu

Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında Azərbaycan müstəsna rola malikdir.  Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

Burada ən əsas amillərdən biri isə müasir infrastrukturla bağlıdır. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə, necə deyərlər, şüşə kimi hamar yollar uzanır. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Ölkəmiz Xəzərdə ən böyük donanmaya malikdir. Hazırda Azərbaycanın regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılır. Artıq onlardan ikisi-Füzuli və Zəngilan  beynəlxalq hava limanları istifadəyə verilib, digər bir aeroportun inşası isə Laçında intensiv şəkildə davam etdirilir.

Hazırda Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. BTQ-nin fəaliyyəti yol boyunca yerləşən ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. İndiki mərhələdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə təqribən 6-8 milyon ton yük daşınır. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirlməsinə start verilib.

Güclü dövlət olan Azərbaycan həmçinin liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Bu liman hazırda dünyada mövcud olan ən yüksək standartlar səviyyəsində inşa olunub. Yeni liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Ələtdə yaradılan bu liman Orta Dəhlizin çox mühüm seqmentlərindən birini təşkil edir. Buradan aşırılan yükləri eyni zamanda Çərq-Qərb və Şimal-Cənub marşrutlarına da istiqamətləndirmək mümkündür.  Öz növbəsində ölkəmizin nəqliyyat infrastrukturunun genişləndirilməsi planları Bakı Beynəlxalq Dəniz Ticarət Limanını da əhatə edir. Bununla bağlı zəruri tədbirlərin görülməsinə start verilib. Genişləndirmə layihəsinə əsasən,  Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılacaq. Bununla bağlı artıq bütün göstərişlər verilib  və layihənin həyata keçirilməsinə vəsait ayrılıb.

Qardaş Türkiyə Zəngəzur dəhlizinin açılmasında israrlıdır

İndiyədək Azərbaycanla bir sıra regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layiuhələrinin uğurla həyata keçirilməsinə nail olan qardaş Türkiyə indiki mərhələdə Orta Dəhlizin bir qolu kimi inkişaf etdirlməsi nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasına da israrlı yanaşma ortaya qoyur. “Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır”. Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib. Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran Rəcəb Tayyib Ərdoğan bildirib ki, quru və dəmiryolu marşrutları ilə Naxçıvanı Azərbaycanın digər bölgələri ilə birləşdirən nəqliyyat əlaqələri münasibətləri daha da inkişaf etdirəcək və bu güclü əlaqələr sayəsində bir çox məsələlər üzrə atılan addımlar gələcəkdə öz faydalarını verəcək. O vurğulayıb: “Bu səbəbdən, hər şeydən əvvəl, bu dəhlizin açılması üçün əlimizdən gələn səyləri göstərəcəyik. Türkiyə və Azərbaycan üçün mühüm olan bu dəhlizin açılması strateji məsələdir və mütləq tamamlanmalıdır. Zəngəzur dəhlizi açıldığı vaxt Bakıdan yola düşən bir maşın və ya qatar birbaşa Qarsa gələcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənəcək. Bu məsələdə İrandan müsbət siqnallar daxil olması da sevindiricidir”.

Üçtərəfli Bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizinin yaradılması postmüharibə mərhələsində ölkəmizin gündəliyində duran əsas məsələlərdən biridir. Bu dəhlizin yaradılması ölkəmizin milli, tarixi və gələcək maraqlarına tam cavab verir.

Zəngəzur dəhlizinin önəmini bir neçə aspektdən dəyərləndirə bilərik. İlk növbədə, onu vurğulayaq ki, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq.

Zəngəzur dəhlizinin yaradılması həmçinin region dövlətlərinin maraqlarına uyğundur. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcək. Zəngəzur dəhlizinin açılması ilə yeni qlobal kommunikasiya bağlantısı formalaşacaq ki, bu da bütün Avrasiya coğrafiyası üçün çox vacibdir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 247 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

YAP xəbərləri

Xəbər lenti

Xəbər lenti

Siyasət

500 illik qanlı tarix

07 Dekabr 11:20

Xəbər lenti

Siyasət

Xəbər lenti

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31