Ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə mümkün olacaq
21.10.2023 [17:45]
Ödənişli yol sistemi istifadəçilərin hərəkətini idarə etmək, yolların baxım və təmiri üçün maliyyələşdirmə mənbəyini təmin etmək üçün bir vasitədir.
Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilmiş kartlar vasitəsilə mümkün olacaq. Həmin kartları ödənişli yola giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.
Məlumata əsasən, kartların 2 cür olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edənlər daimi kartlardan, yoldan vaxtaşırı istifadə edən sürücülər isə müvəqqəti və ya birdəfəlik kartlardan əldə edə biləcəklər. Ödənişli yol sistemi avtomobil yoluna daxil olarkən sürücülərə adi və dayanmadan keçid zolaqları olaraq müxtəlif hərəkət zolaqlarından istifadə imkanı verir.
Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün xüsusi çiplə təchiz olunmuş kartı əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur. Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti endirmədən və dayanmadan keçməyə imkan verir. Bunun üçün sürücüdə öncədən əldə edilmiş xüsusi çipli kart və yetərli ödəniş balansının olması kifayətdir. Dayanmadan keçid zolaqlarında ən son texnoloji standartlara uyğun olaraq xüsusi nömrə oxuma kameraları, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllərdən istifadə olunub.
Dayanmadan keçid zolaqları ödənişli yolun yalnız başlanğıc və son nöqtəsində, yəni Yaşma və Xaçmaz (SDK) məntəqələrində mövcuddur. Yolun Giləzi, Siyəzən, Gəndob və Xaçmaz yaşayış məntəqələrinə birləşən yolların girişində inşa edilmiş məntəqələrdə isə yalnız HİBRİD keçid zolaqları qurulub. Bu məntəqələrdə sürücülər yerində ödəniş edərək və ya öncədən əldə edilmiş kartla eyni zolaqlardan istifadə edərək ödənişli yola daxil ola biləcəklər.
Ödənişli yoldan istifadə tarifləri yeni müəyyən olunduğu üçün hazırda həmin tariflərin ödəniş sistemində inteqrasiyası həyata keçirilir. İnteqrasiya yekunlaşdıqdan sonra ödəniş sisteminin proqram təminatı test ediləcək. Sınaqlar başa çatdıqdan sonra yol ümumi istifadəyə veriləcək. Qeyd olunan işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulur. Gediş üçün ödənişin məbləği nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib.
Bütün məntəqələrdə qabaqcıl texnoloji qurğular və təhlükəsizliyi təmin etmək üçün xüsusi nəzarət kameraları quraşdırılıb. Həmçinin çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də qurulub.
Müasir avadanlıqlarla təchiz olunmuş ödənişli yol sistemi istifadəçilərin rahatlıq, güvənlilik və vaxta qənaət baxımından üstünlüyü ilə seçilən bir yol sistemidir. Belə ki, elektron ödənişlər, mobil tətbiqlər və avtomatik ödənişlər, sürücülərin yoldan çıxıb ödəniş terminalına yaxınlaşması və ya ödənişləri nağd etməsi ehtiyacını azaldır. Həmçinin gələcəkdə avtomatik ödənişlər və ya QR kodları ilə mobil ödənişlər də mümkün olacaq.
Qeyd olunub ki, H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən 150 kilometrlik Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib. Ödənişli avtomobil yolu I b texniki dərəcəlidir və hərəkət zolaqlarının sayı 4-dür. Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc nöqtəsi və son nöqtəsi, həmçinin digər avtomobil yolları ilə 4 kəsişmə və birləşmələri mövcuddur. Alternativ ödənişsiz avtomobil yolunun uzunluğu 142 kilometrdir və yolun 80 kilometri I dərəcəli, 62 kilometri isə II dərəcəlidir. Müvafiq olaraq yol 4 və 2 hərəkət zolaqlıdır.
Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına və bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

