Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Ələt azad iqtisadi zonasının ərazisi genişləndirilib

Ələt azad iqtisadi zonasının ərazisi genişləndirilib

19.01.2024 [16:00]

Ələt azad iqtisadi zonasının ərazisi genişlənidirlib.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Sənəddə deyilir:

"1. “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 557 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə “1–3” rəqəmləri “1–4” rəqəmləri ilə, “inzibati ərazisində” sözləri “və Salyan rayonunun inzibati ərazilərində” sözləri ilə əvəz olunsun və həmin hissəyə “əlavələrdəki” sözündən sonra “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi” sözləri əlavə edilsin;

1.2. 5.1-ci və 5.2-ci bəndlərdə “1–3” rəqəmləri “1–4” rəqəmləri ilə əvəz edilsin; 

1.3. həmin Fərmana 1 nömrəli əlavə – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi “Bakı şəhəri, Qaradağ rayonu inzibati ərazisində yerləşən Azad İqtisadi Zonaya ayrılması nəzərdə tutulan (I hissə) 433,0 hektar torpaq sahəsinin yerquruluşu planı” yeni redaksiyada verilsin;

1.4. həmin Fərmana aşağıdakı məzmunda 4 nömrəli əlavə – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi “Bakı şəhəri, Qaradağ rayonu və Salyan rayonu inzibati əraziləri daxilində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, ehtiyat fondu torpaqları və kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan ərazidən Ələt azad iqtisadi zonasına ayrılması nəzərdə tutulan (IV hissə) 4312,56 hektar torpaq sahəsinin yerquruluşu planı” əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin."

Paylaş:
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31