Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Şahdəniz” qazının 60 faizi ixrac edilib

“Şahdəniz” qazının 60 faizi ixrac edilib

13.02.2024 [12:59]

Ötən ay ərzində respublikada 4,3 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 2,4 milyard kubmetri “Şahdəniz”, 0,13 milyard kubmetri “Abşeron”, 0,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Bu il ötən ilin müvafiq dövrünə nisbətən 30 milyon kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 2,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur. Avropaya 1,1 milyard kubmetr, Türkiyəyə 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,4 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən fevralın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 6,3 faiz artımla 217,4 milyard kubmetr, “Şahdəniz”dən isə 14,3 faiz artımla 211,4 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 59,1 faizi yəni, 150 milyard kubmetri ixraca nəql edilib.

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29