Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Regionların sosial-iqtisadi inkişafı...

Regionların sosial-iqtisadi inkişafı...

25.05.2024 [11:00]

Hansı işlər görülüb?

Yeganə BAYRAMOVA

İqtisadiyyatımızın dayanıqlı və davamlı inkişafında regionlarının sosial-iqtisadi inkişafı mühüm rola malikdir. Regionların inkişafının təmin edilməsi sayəsində milli iqtisadi inkişafı təmin etmək də mümkü olur. Dünyanın bir sıra iqtisadi cəhətdən inkişaf etmiş ölkələrində regionların sosial iqtisadi-inkişafı ilə bağlı yürüdülən siyasət diqqət mərkəzində saxlanılır. Azərbaycan da bu siyasətə xüsusi önəm verir və bu istiqamətdə bir sıra məqsədli dövlət roqramları qəbul edib, kompleks tədbirlər həyata keçirib.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı strategiya hazırda azad edilmiş əraziləri də əhatə edir və dövlət dəstəyi tədbirləri bu bölgədə icra oluna müxtəlif infrastruktur layihələrində özünü göstərir. Bir zamanlar ermənilər tərəfindən dağıdılmış, viran qoyulmuş həmin rayonların dirçəldilməsi hökumət üçün əsas prioritet təşkil edir. Həmin ərazilərdə müxtəlif obyektlərin tikilib istifadəyə verilməsi, yenilərinin təməlinin qoyulması ilə yanaşı, yeni avtomobil magistrallarının, dəmir yollarının, hətta beynəlxalq səviyyəli hava limanlarının istifadəyə verilməsi, yenilərinin də inşası bu kompleks tədbirlərin tərkib hisəsidir.

İqtisadi qüdrətimizin göstəricisi...

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşərkən bildirib ki, yerli və xarici investisiyaların həcmi artır və bu da həmin bölgənin inkişafını təmin edilməsində mühüm rol oynayır. Yaxın illərdə bu tədbirlər sayəsində ölkəmizi iqtisadi baxımdan mühüm yerlərdən birinə çevirəcək: “Hazırda Qarabağda infrastruktur layihələr üzrə işlər davam etməkdədir. İki aeroport artıq təhvil verilib, üçüncü aeroport isə tikilib qurtarır. Bütün bunlar Qarabağda turizmin inkişafına böyük töhfə verəcək. Bu, həm də Azərbaycanın iqtisadi qüdrətini göstərir”. 

Ən böyük problem minalardır...

V.Bayramov qeyd edib ki, bəzi problemlərin kökündən həll olunması üçün müəyyən vaxt və vəsait lazımdır: “İnsanların doğma yurd-yuvasına böyük qayıdış layihəsini həyata keçirmək üçün ilk öncə onlara yaşayış məntəqələri tikmək lazımdır. Ondan başqa iş yerləri açılmalıdır. Hazırda Qarabağda planlı şəkildə işlər gedir. Burda kənd təsərrüfatı obyektləri, gələcəkdə emal müəssisələri yaradılacaq. Ən böyük problem hazırda minalardır. Təbii ki, vaxt itirmədən gündəlik işlər görülür. Amma yenə də məlumatlar gəlir ki, mülki insanlar, mütəxəssislər mina partlaması nəticəsində xəsarət alıb, həyatını itirib. Bizim əsas məqsədimiz kənd təsərrüfatını regionlarda sürətlə inkişaf etdirməkdir ki, emal zavodları ora köçsün. Düşünürəm ki, bu baxımdan kiçik və orta sahibkarlığın, fermer təsərrüfatının inkişafının böyük rolu var. Regionlarda inkişaf gedir. Amma inkişafın artım tempi bizi qane etmir. Ona görə də, dövlətin birmənalı siyasəti bu templəri sürətlə artırmaqdır. Məsələn, bütün makroiqtisadi göstəricilərimiz artım tempi ilə yüksəlir. Bu, birmənalıdır və o deməkdir ki, Prezidentin iqtisadi siyasəti tamamilə düzgündür və uğurludur. Biz daha çox kiçik və orta sahibkarlığın inkişafına önəm veririk. Əsas diqqət həmin sahənin inkişaf etdirilməsinə yönəlməlidir və ÜDM-də payının artması təşviq olunmalıdır. İnkişaf etmiş ölkələrdə, o cümlədən Yaponiyada, ABŞ-da, Avropada ümumi daxili məhsulda kiçik və orta sahibkarlığın ümumi çəkisi 55%-i keçir. Bu, İspaniyada 65%-dir. Ona görə də bizim ölkədə də orta sahibkarlığın milli məhsulda dəyərinin artırılmasına nail olmaq lazımdır. Bu siyasət həm də işsizliyin səviyyəsinin daha da aşağı salınmasında mühüm rol oynaya bilər”. 

Nəqliyyat layihələrində səmərəli mexanizm

Deputat qeyd edib ki, ölkədə sənayenin bütün sahələrinin inkişaf etdirilməsi üçün mühüm addımlar atılır: “Təbiidir ki, yaşıl energetikanı da inkişaf etdirəcəyik. Yaşıl iqtisadiyyat ilə bütün dünyada innnovativ olan texnologiyaları daha çox tətbiq edəcəyik. Burda əsas qeyri-neft və qaz sektorunun həcmini artırırıq. Bunun ixracı bizə daha çox maraqlıdır. Ən azından Azərbaycanda satılan əsas qida, kənd təsərrüfatı və qida məhsullarını təxminən 85%-ni istehsal edə bilirik. Nəqliyyat iqtisadiyyatımız da inkişaf edir. Bunun üçün bizdə kifayət qədər imkan var. İstər dəmir yolu nəqliyyatı, istərsə də Xəzər dənizindən istifadə baxımından geniş imkanlara sahibik. Bizim iqtisadi nəqliyyat layihələrində səmərəli bir mexanizm var. Xəzər dənizində beynəlxalq standartlarla limanlarımız var. Bunlardan da istifadə edirik. Günəş, külək və su elektrik enerjilərinin alınması sahələrində üstünlük əldə edə bilərik. Sənayenin bütün sahələri istər dağ-mədən, tikinti materialları ehtiyatları Günəş və külək enerjisinin alınması baxımından bölgə böyük iqtisadi potensiala malikdir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 198 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 21 ailə!

13 İyun 10:57

Xarici siyasət

Ədəbiyyat

Gündəm

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30