Sosial siyasətimizin mühüm qolu...
04.06.2024 [10:49]
Təhsil proqramları necə hazırlanmalıdır?
Yeganə BAYRAMOVA
Təhsil sistemində müşahidə edilən yeniliklər diqqətdən yayınmır. Məlumdur ki, hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri təhsilimizin inkişafıdır. Bu siyasətin həyata keçirilməsi daim öz aktuallığını qoruyur. Məsələn, Azərbaycanda məhz təhsil sektorunun daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atılır, əsaslı işlər görülür. Ölkəmizdə bu istiqamətdə daha böyük uğurlara nail olmaq üçün qəbul olunan proqramlar təhsilimizin inkişafına xidmət edir. Xüsusilə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinin bilavasitə cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etdiyini nəzərə alınaraq Azərbaycanda bu istiqamətdə mühüm işlər görülməkdədir.
Mütəxəssislər hesab edirlər ki, ölkəni dünyanın elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına hər zaman ciddi ehtiyac duyulur. Ona görə də bu proqramların hazırlanması istiqamətində mühüm işlərin icrası, prosesin intensivləşməsi təsadüfi hesab oluna bilməz. Unutmaq lazım deyil ki, hazırda hər bir ölkənin inkişafı onun təhsili və elminin inkişafı, mədəniyyətinin səviyyəsi ilə bağlıdır.
Eyni məqsəd, fərqli anlayışlar...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən təhsil üzrə mütəxəssis Nadir İsrafilov bildirib ki, bəzən təhsil proqramları ilə tədris proqramlarını qarışıq salırıq, baxmayaraq ki, məqsəd və mahiyyət eyniliyi olsa belə bunlar tam fərqli anlayışlardır: “Təhsil proqramı ediləcək hər hansı bir işin hissələrini, bu hissələrin sırasını və vaxtını göstərən layihənin planlaşdırma şəklinə çevrilib. Təhsil Standartına müvafiq hazırlanmış əsas təhsil proqramının quruluşu cəmiyyətin müasir bilik əldəetmə metoduna qoyduğu tələblər nəzərə alınaraq təhsil paradiqması dəyişdirilib, yeni məzmun, yanaşmalar, metodlar təqdim edilib. Təhsil proqramının quruluşu, məzmunu, tələbləri Dövlət Təhsil Standartının tələbləri ilə müəyyən edilir. Belə bir proqram fəaliyyətin məqsədi, planı, tətbiqetmə metodları və yollarının göstərildiyi və mübahisələndirildiyi bir sənəddir. Tədris proqramı isə hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən sənəddir. Tədris planı hər hansı tədris müəssisəsində öyrənilən tədris fənnlərinin tərkibini və vaxtını müəyyənləşdirən, bunları illik və bütün təhsil müddəti üçün bölüşdürən sənəddir”.
Təhsil proqramları belə olmalıdır...
N.İsrafilov qeyd edib ki, bu yaxınlarda yeni təhsil proqramlarının açılmasına dair ümumi tələblər müəyyənləşdi. Onun sözlərinə görə, şagirdlərin bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında bir sıra mühüm amillər var: “Həmin amillərdən biri, bəlkə də birincisi elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarıdır ki, onların inkişaf etdirilməsi çox vacibdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar sözügedən sektorun inkişafını əhəmiyyətli dərəcədə artırır. Yeni təhsil proqramlarının açılmasına dair ümumi tələblərə əsasən, təhsil proqramı təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət qurmaq bacarığını formalaşdırmalıdır. Bundan başqa, təhsil proqramı ölkənin inkişaf istiqamətlərinə uyğun olmalı, cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr potensialına tələbatının ödənilməsinə xidmət etməlidir. Eyni zamanda, təhsil proqramı yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, rəqabət mühitində və informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmalıdır”.
Avropa təhsil proqramlarını əsas götürsək...
Ekspertin sözlərinə görə, təhsil proqramlarının hazırlanmasında müasir dünya standartlarının əsas götürülməsi də vacibdir: “Müvafiq dərsliklərin, proqramların hazırlanması və bu istiqamətdə görülən işlər zamanı qabaqcıl ölkələrin təhsil proqramları əsas götürülərək müəyyən tələblər həyata keçirilməlidir. Təhsil proqramları tam müasir standartlara cavab vermir. Azərbaycanda əsas təhsil proqramları əsasən kurikulum təhsil sisteminə əsaslanır. Yaxşı olardı ki, təhsilin davamlı inkişafını təmin etmək üçün Sinqapur, Finlandiya kimi müasir Avropa təhsil proqramlarını əsas götürək. Bu zaman proqramların hazırlanması və icrasında daha səmərəli nəticələr əldə etmiş olarıq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35

