Paytaxtda mühüm tədbir...
02.07.2024 [10:45]
“Baku ID” festivalı İKT-nin inkişafına dəstək verəcək
Bu günlərdə paytaxtımızda Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı keçirildi. Tədbirdə 200-dən artıq yerli və xarici investor, 100-dən artıq xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş iştirak edib. Tədbir çərçivəsində Süni İntellekt üzrə panel sessiyası təşkil olunub. Qeyd edək ki, tədbir “SABAH.HUB” İnnovasiya Mərkəzinin dəstəyi ilə baş tutub.
100 min dollarlıq yardım...
Festivalda qlobal texnologiya şirkətlərindən olan spikerlərin çıxışları, region startaplarının təqdimat çıxışları, netvorkinq və digər maraqlı müzakirələr aparılıb. Panel sessiya informasiya və analitik agentlik olan “East-West Digital News”un həmtəsisçisi, Fransa və Şərqi Avropada texnologiya və vençur kapitalı sektorlarında 20 illik təcrübəyə malik Adrien Henneyin moderatorluğu ilə keçib. Sessiyada investorlara, startaplara və digər təşkilatlara ətraflı məlumatlar verilib. Festivalın sonunda səmərəli startap layihə təqdim edən 10 startapa sponsorlar tərəfindən 100 min dollar məbləğində maliyyə dəstəyi göstərilib.
Anlaşma Memorandumu imzalandı
Festivalda “SABAH.Hub” İnnovasiya mərkəzi və İqtisadiyyat Nazirliyi tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində rəqəmsal iqtisadiyyatın inkişafı üçün elm və sənaye klasterinin yaradılması istiqamətində birgə səylərin davam etdirilməsi planlaşdırılır.
Memorandumu 4SİM-in icraçı direktoru Fariz Cəfərov və SABAH.HUB-ın baş icraçı direktoru Rəhim Bayramlı imzalayblar. Anlaşma memorandumunun məqsədi Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsi və bu sahədə əməkdaşlıqdır.
Memoranduma əsasən, tərəflər ölkədə innovasiya ekosisteminin inkişafı, süni intellekt fokuslu beynəlxalq və yerli universitetlərlə ikili diplom proqramlarının təsis olunması, təcrübəli insan kapitalının ölkəyə cəlb olunması, tədqiqat və təlim proqramları sahəsində əməkdaşlıq edəcəklər. Sənəd, həmçinin Dünya İqtisadi Forumunun (DİF) “Qlobal İnnovatorlar” icması ilə oxşar təcrübənin ölkədə tətbiqi ilə bağlı əməkdaşlığı ehtiva edir.
Kosmik sahədə təxirəsalınmaz çağırışlar
Festivalda çıxış edən ilk türk astronavt və hərbi pilot Alper Gezeravcı bildirib ki, kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşıda duran əsas vəzifələrindəndir. Həyatının son 23 ilinin kosmosda baş verə biləcək bütün hadisələrə hazırlıqla keçdiyini diqqətə çatdıran hərbi pilot ötən keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresindən də söz açıb: “Azərbaycan paytaxtının bu sahə ilə bağlı tədbirlər keçirməsi kosmik sektorun inkişafına təkan verir. Biz astronavtların da missiyalarından biri gənclərə kosmik sahə barədə məlumat vermək, maraq yaratmaq və sevdirməkdir”.
Daha güclü kosmik şəbəkə peyki istehsal ediləcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, Azərbaycan Kosmik Agentliyi yaxın illərdə müstəqil Azərbaycan üçün ilk dəfə peyk istehsal etməyi qarşısına məqsəd qoyub. Onun sözlərinə görə, istehsal edilən peyk kiçikölçülü olmayacaq: “Biz daha güclü kosmik şəbəkə peyki istehsal edəcəyik. Azərbaycan Kosmik Agentliyi yeni ideyalar və təşəbbüslər istiqamətində əməkdaşlıq etməyə hazırdır”.
2026-cı və 2028-ci illərdə...
Xatırladaq ki, ötən il “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdı. Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik müşahidə peykləri olacaq. Peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağı Azərbaycanlı mütəxəssislərin iştirakı ilə IAI tərəfindən aparılacaq.
İsrailli mütəxəssislər həmçinin, Azərbaycanda qurulacaq “Peyklərin inkişafı mərkəzi”nin layihələndirilməsində də “Azərkosmos”a dəstək verəcək. Azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə isə ikinci peykin Azərbaycanda hazırlanmasına imkan verəcək.
IAI proqram çərçivəsində “Azersky-2” sisteminin idarəedilməsi və istismarı üzrə Azərbaycanda bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 17:59
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42

