Mühüm görüş...
26.07.2024 [10:35]
Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib
Bu günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib. İclasda şuranın üzvləri tərəfindən irəli sürülən təkliflər və ölkə sahibkarlarının qarşısında duran çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı sahibkarların maliyyə sektoru ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və maliyyə resurslarına çıxış potensialının artırılması məsələləri müzakirə olunub. Həmçinin regionlarda maliyyə inklüzivliyinin gücləndirilməsi və maliyyə məlumatlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərin vacibliyi diqqətə çatdırılıb.
791 sahibkara elektron çıxarış verilib
Təbii ki, bu kimi görüşlərin keçirilməsi sahibkarlar üçün əlverişli mühitin yaranmasında mühüm zəmin rolunu oynayır. Ancaq sahibkarlara dövlət dəstəyi bununla bitmir. Bu gün istər paytaxtda, istərsə də regionlarımızda yaradılan azad bazar institutu ölkədə sahibkarlığın inkişafına dəstək verir. Belə ki, Prezidentin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.
Artıq ölkə üzrə 791 bu cür qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Çıxarışla təmin edilmiş obyektlər paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarını da əhatə edir.
Fərmanın icrası çərçivəsində iyulun 24-də Bərdə və Tərtər rayonlarında da bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Elmar Yaqubov KİV-ə müsahibəsində bildirib ki, bu ilin iyulun 20-dək 7990 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim olunub. Onun sözlərinə görə, 791 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin edilib.
E.Yaqubov qeyd edib ki, qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına geniş imkanlar yaradır: “Belə ki, sahibkarlar mülkiyyət hüququ təsdiq olunmuş əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Sahibkarlıq subyektlərinin əmlakına mülkiyyət hüquqlarının tanınması yeni iş yerlərinin açılmasına, sosial ödənişlərin həcminin artmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli töhfə verir. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir.
Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi sahibkarlar tərəfindən razılıqla qarşılanır. Uzun illər fəaliyyət göstərən obyektlərini sənədləşdirə bilməyən sahibkarlar yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirlər”.
Artıq sahibkarlıq fəaliyyətimizi genişləndirə bilərik...
Bərdə rayonundan olan sahibkar Ramiz Vəliyev bildirib ki, 2022-ci ildən mebel mağazası fəaliyyət göstərsə də, mağazanı sənədləşdirə bilməyib: “Bu da bir sahibkar kimi bizim üçün bir sıra çətinliklər yaradırdı. Prezidentin müvafiq Fərmanından sonra aidiyyəti qurumlara müraciət etdik və məsələ öz həllini tapdı. Bu gün obyektimizin çıxarışı təqdim olundu. Artıq binanı rahat şəkildə girov qoya, sahibkarlıq fəaliyyətimizi genişləndirmək üçün kredit götürə bilərik. Göstərdiyi diqqətə görə Prezidentimizə minnətdaram”.
Fəaliyyətimizdə çətinliklər olurdu, indi isə...
Tərtər rayonundan olan sahibkar Xəqani Qasımov isə qeyd edib ki, obyekti 30 ilə yaxın idi ki, fəaliyyət göstərsə də çıxarış yox idi: “Dövlət başçısının Fərmanından sonra müraciət etdim, qısa vaxtda müvafiq qurumlar tərəfindən çıxarışla təmin edildim. Sahəsi 155 kvadratmetr olan obyektimiz aptek və gözəllik salonu kimi fəaliyyət göstərir. Lakin obyektin sənədi olmadığı üçün fəaliyyətimizdə çətinliklər olurdu. Artıq sənədlərimiz tam qaydasındadır. Əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.
6 ayda 200 mindən çox xidmət...
Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində KOB evlərində sahibkarlara 208 min 194 xidmət göstərilib. Bu xidmətlərin 158 minə yaxını “Bakı KOB evi”nin, 41 mindən çoxu “Yevlax KOB evi”nin, 9 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşür.
KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 189 mindən çoxu dövlət qurumları (G2B), 20 minə yaxını isə biznes qurumları (B2B) tərəfindən təqdim edilib. Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsinə icazə, fiziki şəxsin vergi uçotuna alınması və digər vergi məsələləri, gömrük, kommunal və digər ödənişlər, bank xidmətlərindən istifadə üçün müraciət ediblər.
Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi isə 98 faiz təşkil edir.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01

