Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / MEDİA-nın növbəti könüllülük proqramı yekunlaşıb

MEDİA-nın növbəti könüllülük proqramı yekunlaşıb

03.10.2024 [23:47]

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) növbəti könüllülük proqramı uğurla yekunlaşıb.

MEDİA-dan AZƏRTAC-a verilən məlumata görə, cari ilin mart-iyun aylarını əhatə edən proqram çərçivəsində könüllüləri Agentliyin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanıblar.

Proqram çərçivəsində könüllülər bir sıra fərdi və peşəkar inkişaf təlimlərində, yerli və beynəlxalq tədbirlərdə, müxtəlif sosial aksiyalar və layihələrdə təmsil olunub, eyni zamanda Agentliyin tədbirlərinin təşkilinə dəstək göstəriblər.

Könüllülük proqramının nəticələri ilə bağlı könüllülərlə görüşən Agentliyin icraçı direktoru Əhməd İsmayılov layihənin gənclər üçün əhəmiyyətli bir mərhələ olduğunu, onların liderlik və problemləri həlletmə qabiliyyətlərini inkişaf etdirdiyini, bu müddət ərzində qazandıqları təcrübənin könüllülərin şəxsi inkişaflarına müsbət təsir göstərdiyini və sosial məsuliyyət hissi formalaşdırdığını vurğulayıb.

Proqramı uğurla tamamlayan könüllülər sertifikatlarla təltif edilib.

Paylaş:
Baxılıb: 768 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31