Mühüm layihələr...
17.10.2024 [08:57]
“Yaşıl iqtisadiyyat”a keçiddə KOB-ların rolu
Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi və rolu artmaqdadır. KOB-lar ÜDM-nin artmasına, məşğulluğa, azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına mühüm töhfələr verir. “Yaşıl” iqtisadiyyatın indiki inkişafında da KOB-ların töhfəsi diqqət çəkir.
Dünya üzrə şirkətlərin 90 faizdən çoxu kiçik və orta bizneslərdir. KOB-lar dünyada məşğulluğun 70 faizini, ümumi daxili məhsulun 50 faizini təmin edir. KOB-ların ətraf mühitə fərdi təsiri nisbətən kiçik olsa da, qlobal miqyasda istixana qazı emissiyasının 50 faizi, biznes sektorunun enerji istifadəsinin isə 30-60 faizi onların payına düşür. Milyonlarla KOB-un “yaşıl” iqtisadiyyata keçidi iqlim dəyişiklikləri ilə qlobal mübarizəyə öz töhfəsini verə bilər. Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,6 faizini KOB subyektləri təşkil edir.
“Yaşıl iqtisadiyyat”a keçid və “yaşıl enerji” təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Təsadüfi deyil ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həmçinin, bu il Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Ekoloji, sosial və korporativ idarəetmə (ESG) yanaşmasının əsas istiqamətlərindən biri də məhz ətraf mühit məsələləri ilə bağlıdır. ESG prinsiplərinin tətbiqi “yaşıl iqtisadiyyat”a transformasiya prosesinə öz töhfəsini vermək imkanına malikdir. ESG (Environmental, Social and Governance) müvafiq olaraq ətraf mühit, sosial və korporativ idarəetmə deməkdir. Ümumilikdə isə ESG biznesin ətraf mühitə və cəmiyyətə təsirini, həmçinin biznesin nə qədər şəffaf və etibarlı fəaliyyət göstərdiyini ölçən meyarlar, rəhbər ideyalar məcmusudur.
ESG prinsiplərinin biznes üçün faydası
Biznes subyektlərinin istər yerli, istərsə də qlobal miqyasda ətrafdakı ekosistemə göstərə biləcəyi təsir mühüm əhəmiyyət kəsb edir. ESG prinsiplərinin müəssisələrdə tətbiqi ətraf mühitin mühafizəsinə xidmət etməklə yanaşı, bizneslərin rəqabət qabiliyyətinin artırılmasına, kənar investisiyaların cəlb edilməsinə, xüsusilə xarici bazarlara çıxışına da əhəmiyyətli təsir göstərir. Belə ki, ESG-nin vacib komponentlərindən olan ətraf mühit kompenentini diqqəttə saxlayan biznes subyektləri səmərəli və qənaətli texnologiyaları, “yaşıl innovasiyalar”ı biznes proseslərinə inteqrasiya edir ki, bu, sahibkarların xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına böyük ölçüdə təsir göstərir. Digər tərəfdən, istehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması və yaşıl məhsulların istehsalı bizneslərin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir.
Kiçik və orta biznes “yaşıllaşır”
KOB-ların “yaşıl” transformasiyası milli və qlobal səviyyədə maraqlı tərəflərin birgə fəaliyyəti nəticəsində mümkündür. Bu zərurətdən irəli gələrək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən KOB-ların “yaşıl” keçidinin asanlaşdırılmasına dəstək üçün qlobal təşəbbüs irəli sürülüb. Bu, KOB-ların “Yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ndə öz əksini tapıb.
Cari ildə bu strateji prioritetlərə uyğun olaraq, KOBİA və “ACWA Power Azerbaijan Renewable Energy” MMC arasında KOB-ların “yaşıl” keçidi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd kiçik və orta sahikarlıq subyetklərinin “yaşıl” iqtisadiyyata keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur.
“Yaşıl biznes”lər dayanıqlı istehsala nail olunmasında, resurs və enerji səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Sahibkarların “yaşıl” layihələri müxtəlif dövlət dəstəyi mexanizmləri vasitəsilə, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.
19 layihəyə qrant ayrılıb
“Yaşıl” layihələri olan sahibkarlıq subyektləri qrant, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə çıxış kimi dəstək alətləri üçün KOBİA-ya müraciət edirlər. İndiyədək KOBİA kiçik və orta biznesin “yaşıl” layihələrinin inkişaf etdirilməsinə və “yaşıl” iqtisadiyyata keçidə töhfə verə biləcək 19 layihəyə qrant ayırıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verib.
140-a yaxın tədbir keçirilib
Eyni zamanda, KOBİA tərəfindən sahibkarlara “yaşıl” iqtisadiyyatla bağlı təlim və məsləhət xidmətləri göstərilib. Təkcə 2024-cü ildə sözügedən agentlik Bakı şəhərində, Lənkəran, Şəki və Xaçmaz rayonlarında 140-a yaxın kiçik və orta biznes subyektinin iştirakı ilə “Yaşıl iqtisadiyyat və yaşıl biznes”, “Yaşıl maliyyələşmə”, “Yaşıl innovasiyaların inkişafında mövcud imkanlar, çətinlik və perspektivlər” mövzularında təlim, seminar və maarifləndirmə tədbirləri təşkil edib.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17

