Siyasi və sosial fəallıq artarsa...
21.02.2025 [10:27]
Hər bir dövlətin inkişafı üçün vətəndaşların siyasi və sosial fəallığı vacib hesab edilir. Belə ki, adətən sosial və siyasi cəhətdən aktiv olan vətəndaşların əksəriyyət təşkil etdiyi ölkələr onu gözləyən təhlükələri də asanlıqla dəf edə bilirlər. Bu mənada, əhalinin sosial və siyasi fəallığının artırılması daim diqqət mərkəzində olmalıdır.
Təsadüfi deyil ki, demokratik prinsiplərin hakim olduğu dövlətlərdə əhalinin siyasi və sosial mədəniyyət səviyyəsi inkişaf edib. Sosial və siyasi mədəniyyətin inkişafı xalq və hakimiyyət münasibətlərinə müsbət təsir göstərir və milli birliyi möhkəmləndirir.
Dövlət və vətəndaş cəmiyyəti biri-birini tamamlayır
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Elman Nəsirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyəti hər zaman milli dövlətçiliyə, müstəqilliyə, suverenliyin qorunmasına sıx bağlı olub. Deputatın fikrincə, bu gün Azərbaycan xalqının qətiyyəti, ölkə rəhbərliyinin milli maraqlara uyğun siyasəti ölkəmizdə demokratik hüquqi dövlətin qurulmasına səbəb olub: “Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti biri-birini tamamlayır, bir-birindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyil. Çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər. İnkişaf etmiş Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur.
Bu gün sosial şəbəkələr informasiya xarakteri daşıyır, həm də sosial-mədəni tədbirlərin keçirilməsində mühüm rol oynayır. İnsanların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Azərbaycan çox böyük yol qət edib. Bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapıb.
Zaman-zaman Konstitusiya və qanunlara dəyişiklik edilir, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olmasına böyük diqqət yetirilir. Onun nəticəsidir ki, hazırda ölkə vətəndaşları dövlətin idarə edilməsində, ayrı-ayrı məsələlərin həllinə təşəbbüs göstərməkdə fəaldırlar. Hesab edirəm ki, bu bir tərəfdən cəmiyyətin mental dəyərləri, onun tarixi, mədəni keyfiyyətlərinin yüksək olması, habelə, bu gün əldə etdiyimiz demokratik, hüquqi, sosial məsələlərin həllini diqqətdə saxlayan bir dövlətimizin olması ilə bağlıdır”.
Vətəndaşlarımız bundan sonra da fəal olacaq!
E.Nəsirov qeyd edib ki, vətəndaşlarımızın sosial, siyasi fəallığının yüksək olmasını seçki proseslərində və digər məsələlərə münasibətdə müşahidə etdik: “Bunu xüsusən də torpaqlarımızın azad edilməsi, Vətən müharibəsində, bir günlük antiterror əməliyyatı zamanı cəmiyyətimizin bir olmasında bir daha gördük. Azərbaycan vətəndaşlarının fəallığı bundan sonra da hər zaman yüksək olacaq”.
Cəmiyyətin siyasi mədəniyyət səviyyəsini aşağı salmağa çalışanlar...
Deputatın sözlərinə görə, zaman-zaman Azərbaycanın inkişafına, dünyada artan nüfuzuna xələl gətirmək niyyətində olan qüvvələr olur: “Həmin qüvvələr insanların mədəni siyasətdən uzaqlaşması üçün var gücü ilə çalışırlar. Xaricdə oturub özlərini “jurnalist”, “bloger” adlandıranların vasitəsilə Azərbaycana qarşı kampaniyaya başlayıblar. Aydındır ki, bu, ilk növbədə Azərbaycanın artan nüfuzuna xələl gətirmək məqsədi ilə edilir. Eyni zamanda, belə qüvvələr çalışırlar ki, ölkəmizdə siyasi mədəniyyət səviyyəsini tamamilə aşağı salsınlar. Elə həmin dairələr tərəfindən sosial şəbəkələr üzərində çox böyük anarxiya, xaos bu gün də hökm sürür. Digər tərəfdən, bəzi radikal dindarlar öz çirkin əməllərini Azərbaycanda həyata keçirmək üçün din pərdəsi arxasında gizlənərək siyasi mədəniyyət səviyyəsini aşağı salmağa cəhdlər edirlər. Bütün bunların fonunda biz cəmiyyət olaraq belə şər qüvvələri tamamilə təcrid etməliyik. Onların qarşısını yalnız həmrəyliyimiz, birliyimiz, ölkə başçısının ətrafında sıx birləşməklə almalıyıq. Bununla yanaşı, təhsilin səviyyəsi artırılmalı və ümumi mədəniyyət sahəsində inkişafa nail olunmalıdır. Ümumi mədəniyyət anlayışının düzgün təbliği cəmiyyətdə sosial və siyasi mədəniyyətin inkişafına müsbət təsir göstərə bilər. Vətəndaşların sosial və siyasi fəallığının artırılması üçün də ciddi işlərin görülməsi vacibdir. Belə olan halda Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqlarının qorunması, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində inkişaf daha da sürətlənəcək”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15

