Həsən bəy Zərdabi adına Media Mükafatının laureatları mükafatlandırılıb
22.07.2026 [17:31]
22 iyul – Milli Mətbuat Günü və Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə Azərbaycan Jurnalistlər Birliyində (AJB) Həsən bəy Zərdabi adına Media Mükafatının təqdimetmə mərasimi keçirilib. Mərasimdə ölkənin media ictimaiyyətinin tanınmış nümayəndələri, dövlət qurumlarının rəhbərləri, jurnalistlər və ictimai xadimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı milli mətbuatın keçdiyi 151 illik inkişaf yolundan, "Əkinçi" qəzetinin banisi Həsən bəy Zərdabinin Azərbaycan jurnalistikasının və maarifçilik hərəkatının formalaşmasındakı tarixi xidmətlərindən bəhs edib. O vurğulayıb ki, Həsən bəy Zərdabi adına Media Mükafatı milli jurnalistikanın inkişafına, peşəkar media prinsiplərinin qorunmasına və söz azadlığının möhkəmləndirilməsinə xidmət edən media nümayəndələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında milli mətbuatın cəmiyyətin inkişafındakı rolundan, peşə etikası prinsiplərinin qorunmasının vacibliyindən və jurnalist həmrəyliyinin əhəmiyyətindən söz açıb. O bildirib ki, Həsən bəy Zərdabi adına Media Mükafatı peşəkar jurnalistikanın təşviqi və media cameəsində sağlam rəqabətin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə 2026-cı il üzrə Həsən bəy Zərdabi adına Media Mükafatının laureatları da elan olunub. Mükafata "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Musayev, Anar Niftəliyev, Aydın Tağıyev, Elçin Zahiroğlu, Əkbər Qoşalı, Günel Habilqızı, Hüseynbala Səlimov, Xanım Xatun, İlham Tumas, İqbal Məmmədəliyev, Murat Akkoç, Mübariz Yunus, Nicat Abdullayev, Oktay Hacımusalı və Zərnişan Turan müxtəlif nominasiyalar üzrə media sahəsindəki səmərəli fəaliyyətlərinə görə layiq görülüblər.
Tədbirdə o da qeyd olunub ki, Azərbaycan Jurnalistlər Birliyi bundan sonra da Həsən bəy Zərdabinin maarifçilik irsinin yaşadılması, milli jurnalistikanın inkişafı və peşəkar media ənənələrinin qorunmasına xidmət edən media nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirməyə davam edəcək.
Mərasimin sonunda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

