/ / Regionların sosial-iqtisadi inkişafı ümumilikdə Azərbaycanın inkişaf göstəricilərinə təsir edən mühüm faktordur
Regionların sosial-iqtisadi inkişafı ümumilikdə Azərbaycanın inkişaf göstəricilərinə təsir edən mühüm faktordur
12.09.2015 [11:24]
Bu inkişaf fonunda əldə edilən uğurlar respublikanın şimal regionunun da tərəqqisinə təkan verib
Müasir Azərbaycanın inkişaf platforması bir sıra mühüm addımların atılması və innovativ iqtisadiyyatın yaradılması fonunda daha da zənginləşməkdədir. Sözsüz ki, respublikamızın bütün sahələrdə yüksək artım templəri əldə etməsinin, həmçinin çoxsaylı uğurlar qazanmasının təməlində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilən inkişaf strategiyası dayanır. Daha dəqiq desək, Ümummilli liderin siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsasını təşkil edib.
Bir sözlə, Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi model Azərbaycanın son 12 ildə davamlı sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Bu model çoxkomponentli olmaqla bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı sistemli tədbirlər toplusu olan inkişaf proqramları da məhz modernləşmə və tərəqqi modelinin prioritet istiqamətlərini təşkil edir. Ümumiyyətlə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir.
Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. Prezident İlham Əliyevin gərgin əməyi və əzmkarlığının nəticəsi olaraq hazırlanaraq həyata keçirilən bu mükəmməl proqram Azərbaycanın son 12 ildə ən mütərəqqi islahatları reallaşdıran ölkə statusuna malik olmasını da şərtləndirib. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları elmi-iqtisadi-nəzəri mahiyyətinə görə fundamental strateji inkişaf konsepsiyası sayılmaqla, bölgələrin tarazlı və yüksək inkişafını təmin edib.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki Dövlət proqramının tam vaxtında icra olunması, həmçinin üçüncü proqramın icrasından ötən müddət ərzində ölkə üzrə çox əhəmiyyətli işlər görülüb və bütün bunlar Azərbaycanın ümumi iqtisadi gücünü artırıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni istehsal müəssisələrinin yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsi, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin mövcudluğu, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb.
Regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində ölkənin bütün ərazilərində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub. Yerli istehsalın genişlənməsi nəticəsində Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edib, özəl sektorun inkişafına zəmin yaradılıb.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin sistemli və davamlı şəkildə rayonlara etdiyi səfərlər regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir. Azərbaycanın dövlət başçısı istər Bakı kəndləri olsun, istərsə də regionlardakı kənd və qəsəbələr, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması, abadlaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Bütün ölkə üzrə yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına, hər bir kommunal vasitələrlə təmin olunmasına səbəb olur.
Qeyd edək ki, dövlət başçısı baş çəkdiyi hər bir rayonun, qəsəbənin, kəndin mövcud problemləri, çatışmayan kommunal xidmət növlərinin vəziyyəti ilə tanış olduqdan sonra dərhal bu kimi məsələlərin operativ həllinə nail olmaq üçün müvafiq sərəncamlar imzalayır. Həmin sərəncamlara əsasən, hər bir iqtisadi rayon üzrə yeni tədbirlər planı müəyyənləşir. Bu isə Prezident İlham Əliyevin bölgələrdəki inkişafı, yeni proqressiv meyilləri nəzarətdə saxladığını göstərir.
Beləliklə, qətiyyətlə demək olar ki, ölkə başçısının tapşırıq və göstərişləri əsasında həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün regionlarında, o cümlədən şimal regionlarında da uğurla icra olunmaqdadır. Bu baxımdan Qusar rayonunda sözügedən istiqamətdə həyata keçirilən işlər də tədqirəlayiqdir. Belə ki, həmin rayonda istər quruculuq - abadlıq, istərsə də əhalinin sosial rifahının yaxşılaşdırılması, eyni zamanda, infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qusar rayonunun iqtisadiyyatının inkişafını əks etdirən göstəricilərinin təhlili də göstərir ki, ötən illərdə olduğu kimi cari ilin I yarımilliyində də əvvəlki ilin eyni dövrü ilə müqayisədə rayonun əsas iqtisadi göstəricilərində artım qeydə alınıb. Sənaye məhsullarının (xidmətlərin) həcmi 26,8 faiz, kənd təsərrüfatında ümumi məhsul istehsalı 0,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 10,2 faiz, əhaliyə göstərilən pullu xidmətlər 10,6 faiz, poçt və rabitə xidmətlərinin həcmi 7,9 faiz artıb.
Bundan başqa, rayon ərazisində ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilib. Hil və Bədirqala kəndlərində yeni məktəb binaları tikilərək istifadəyə verilib, əlavə olaraq Hil kəndində 720 şagird yerlik yeni məktəb binasının əsası qoyulub. Qusarda əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi sahəsində də müəyyən işlər görülüb. Belə ki, bu ilin ilk 6 ayında 159 ədəd istismara yararsız dayaq yeniləri ilə əvəzlənib, 522 dayaq isə təmir edilib. Həmçinin Qusar şəhərində 6 ədəd, Hil kəndində 2 ədəd, Çiləgir kəndində 2 ədəd yeni transformator quraşdırılıb.
Rayonda yaşayış məntəqələrinin qazlaşdırılması və abonentlərin təbii qazla təminatında olan problemlərin aradan qaldırılması sahəsində də müəyyən işlər görülüb. Belə ki, rayonun Yuxarı Zeyxur, Suduroba kəndlərinin qazlaşdırılması işləri həyata keçirilib, Quxuroba kəndinə magistral və kənddaxili, Yuxarı Zeyxur-Həzrə istiqamətində magistralda isə yeni qaz xətlərinin çəkilməsinə başlanılıb. Əcəxuroba kəndində isə bu işlər başa çatdırılaraq kəndə təbii qaz verilib. Əhalinin içməli su ilə təminatının və çirkab suların axıdılması xidmətinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində isə şəhərin 5 yeni yaşayış massivində və 7 mərkəzi küçədə kanalizasiya və su xətlərinin çəkilməsi işləri başa çatdırılıb. Bundan başqa, 14,5 km-lik kanalizasiya xətti, 15 km-lik su xətti, 860 m ev birləşmə xətləri çəkilib və evlərin qarşısında 1483 kanalizasiya quyusu tikilərək əhalinin istifadəsinə verilib. Rayonda, həmçinin əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə də müəyyən tədbirlər həyata keçirilib. Belə ki, suvarma sistemləri lildən və kol-kosdan təmizlənib, həmçinin, suvarma sistemləri üzərindəki 22 ədəd hidrotexniki qurğu təmir edilib. Ötən ildən başlanılmış ümumi uzunluğu 28 km olan Gündüzqala, Bədişqala, Köhnə Xudat, Gedəzeyxur, Aşağı Ləyər kənd arxlarının beton örtük çəkilməklə yenidən qurulması işləri başa çatdırılıb və cari ildə ümumi uzunluğu 53,2 km olan Qələcuq, Bədirqala, Çubuqlu, Avaranqışlaq, Atlıxan və Zindanmuruq kənd arxlarının 34,2 km-lik hissəsi beton örtük çəkilməklə yenidən qurulması nəzərdə tutulub. Daşqın və selə qarşı mübarizə məqsədilə isə Samur və Qusarçay çaylarında 407 m3 çay məcralarının tənzimlənməsi işləri aparılıb, Qusarçayda 1 ədəd 45 metrlik sahilqoruyucu bəndin tikintisi başa çatdırılıb və hazırda daha 2 yerdə ümumi uzunluğu 300 metr olan bəndlərin tikintisi həyata keçirilir.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq həyata keçirilən Dövlət proqramları həm ayrı-ayrı regionların, həm də bütövlükdə ölkənin iqtisadi inkişafında yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

