Gənclər-vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi
18.12.2021 [11:48]
Nicat
Ölkəmizdə vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu istiqamətində aparılan dövlət siyasəti uğurla davam etməkdədir. Vətəndaş cəmiyyətini qeyri-dövlət müəssisələri, kooperativlər, icarə kollektivləri, birliklər, aksioner təşkilatları, korporasi?alar və vətəndaşların digər könüllü birlikləri təşkil edir. Vətəndaş cəmiyyətinin mənəvi sferasına söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi elementləri daxildir.
Vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi əsasən gənclərdən ibarətdir. Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilməkdədir. Bu məzmunda ölkəmizdə gənclərin ictimai birliklərə, təşkilatlarda aktiv fəaliyyət göstərməsi daim dövlətin diqqət və qayğısı ilə həyata keçirilməkdədir. Bu gün Azərbaycan gəncləri təhsil və ya digər özünüinkişaf proqramları, dövlət proqramları çərçivəsində xarici ölkələrə göndərilirlər.
44 günlük Vətən müharibəsi dövründə gənclərimizin milli-mənəvi keyfiyyətinin çox yüksək səviyyədə olduğunun şahidi olduq. Belə ki, Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə minlərlə gənc könüllü olaraq cəbhəyə yollandı. Azərbaycan gəncləri yalnız ön cəbhədə silaha sarılmaqla deyil, həm də arxa cəbhədə öz bacarıqları ilə döyüşdülər. Ölkədə və xaricdə yaşayan gənclərin informasiya müharibəsində aktiv fəaliyyətini buna misal göstərmək yerinə düşər.
Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı sərəncama əsasən 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan olunmuşdur. Bu minvalla xüsusi olaraq qeyd etmək yerinə düşər ki, müxtəlif dövlət qurumlarında cənab Prezidentin göstərişinə əsasən könüllülük qrupları yaradılır, gənclərin həmin qurumlarda təcrübə toplamasına şərait yaradılır. Həmin gənclərin böyük əksəriyyəti həmin müəssisə və qurumlarda işlə təmin olunurlar.
Digər tərəfdən, ölkədə prioritet istiqamətlərdən biri də gəncləşmə siyasətinin aparılmasıdır. Artıq bir neçə ildir ki, demək olar, bütün sahələrdə gənclərə yer verilir. Və beləliklə də aparıcı işçi qüvvəsinin daha çox faizi məhz gənclərdir. Bu gənclərdən biri də Kənan Qubadzadədir.
Ölkədə aparılan gənclər siyasətindən, onların cəmiyyətdəki rolundan “Yeni Azərbaycan”a danışan “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirib ki, bu gün ölkəmizdə hər bir sahədə gənclərimizin inkişafı üçün münbit şərait var: “Azərbaycan gəncləri bu gün hər sahədə inkişaf etməkdədir. Bu, cənab Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan gəncləri üçün bol-bol imkanlar yaradılır. Başlayaq təhsildən. Tələbəlik dövründən gənclərimiz universitetdəki təşkilatlara qoşularaq özlərini inkişaf etdirirlər. Hətta onların bir çoxu təhsilini başa vurduqdan sonra da həmin təhsil müəssisələri ilə əməkdaşlıq edirlər. Bu kimi fəaliyyətlərdə aktiv iştirak gənclərin gələcək həyatında əhəmiyyətli rol oynayır”.
K.Qubadzadə, eyni zamanda bildirib ki, ölkədəki bütün gənclər bu kimi tədbirlərə qoşulmalıdırlar: “Düşünürəm ki, məqsəd ondan ibarət olmalıdır ki, heç bir gənc diqqətdən kənarda qalmasın. Belə ki, biz bilirik ki, ucqar rayonlarda yaşayan gənclərimiz var ki, o rayonlarda da şərait bir o qədər də yüksək səviyyədə deyil. Belə olduğu halda gənclərin müəyyən qisminin sadaladığımız tədbirlərdən uzaq düşməsi baş verir ki, bu da onların gələcək həyatında adaptasiya məsələləri ilə bağlı ciddi psixoloji-mənəvi çətinliklər yaradır”.
Birlik rəhbəri təklif edir ki, məktəb psixoloqları bu barədə şagirdlərlə mütəmadi söhbətlər aparmalı, onların bilik və bacarıqlarının ortaya çıxarılması üçün çalışmalıdırlar: “Burada böyük mənada iş məktəb psixoloqlarının üzərinə düşür. Çünki ilk formalaşma bağça və məktəb dövründən başlayır. Və əgər bir şagird məktəbdə təhsil aldığı müddətdə psixoloji gərginlik yaşayırsa və mənəvi durumu - psixologiyası zəifdirsə, bu, mütləq şəkildə onun gələcək fəaliyyətinə də təsir edir. Məhz buna görə də, ilk növbədə, valideynlər və məktəb kollektivi uşaqlara fərdi yanaşmalı, onların cəmiyyətə inteqrasiyası üçün əllərindən gələni etməlidirlər”.
K.Qubadzadə bildirir ki, sədri olduğu birliyin də əsas məqsədi gənclərə dəstək olmaq, onların inkişafına təkan verməkdir: “Biz də birlik olaraq bu cür gənclərimizi hər zaman diqqət mərkəzində saxlayır, onların inkişafı üçün əlimizdən gələni etməyə çalışırıq. Çünki gənclər bizim gələcəyimizdir!”
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

