Ermənistan sülh təşəbbüslərinə qarşı...
23.06.2022 [10:10]
Azərbaycan beynəlxalq platformalar vasitəsilə ermənilərin cinayətlərini dünya ictimaiyyətinə çatdırır
N.BAYRAMLI
Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Beynəlxalq təbdirlər zamanı Azərbaycanın nailiyyətləri, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, eləcə də Ermənistan tərəfindən törədilmiş cinayətlər dünya ictimaiyyətinə çatdırılır. Bir neçə gün öncə keçirilmiş IX Qlobal Bakı Forumu da bu baxımdan əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun keçirilməsi regionda mövcud vəziyyətin müzakirə edilməsi baxımından çox önəmlidir. Onun sözlərinə görə, “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb. Forumda, eləcə də Ermənistanın 30 illik işğalçılıq siyasəti dövründə törətdiyi cinayətlər əcnəbi qonaqların diqqətinə çatdırılıb.
Forumda çıxış edən Prezident İlham Əliyev də İkinci Qarabağ müharibəsinin nəticələri, Cənubi Qafqaz regionunda mövcud vəziyyət, bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində Azərbaycanın təşəbbüsləri haqqında ətraflı fikirlərini ifadə etdi. Dövlətimizin başçısı Ermənistanın əldə edilən razılaşmaları pozduğunu vurğuladı. Azərbaycan isə hər zaman öhdəliklərə sadiq olub və bu gün də sadiqdir. Eyni fikri Ermənistan haqqında da söyləmək mümkün deyil. Çünki ayrı-ayrı görüşlərdən sonra İrəvan ənənəsinə sadiq qalaraq prosesi uzatmağa çalışır. Ermənistanın sərgilədiyi hazırkı mövqe yanlışdır və heç bir əsası yoxdur.
Ümumiyyətlə, Azərbaycan 44 günlük Vətən müharibəsində beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini işğaldan azad etdi. Azərbaycanın apardığı müharibə ədalətli müharibə idi. Çünki Ermənistan otuz ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayıb və həmin ərazilərdə misilsiz vandalizm aktları törədib. Azərbaycanın apardığı düzgün siyasət nəticəsində Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanındı. Müharibə bitdikdən sonra isə hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini əyani formada gördü. Bu gün isə Azərbaycan regionda sabitlik və inkişaf naminə sülhün bərqərar olmasında maraqlıdır və bunun üçün çalışır. Təbii ki, atılan addımlar qarşılıqlı olmalıdır. Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarına son qoyulmalıdır. Azərbaycan bu istiqamətdə əməli addımlar atır, belə ki, artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradılıb. Azərbaycan eyni addımı Ermənistandan da gözləyir. IX Qlobal Bakı Forumunda bu barədə verilən məlumatlar, xüsusilə dövlətimizin başçısının mesajları Ermənistanın qeyri-konstruktiv mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük önəm kəsb edir.
Milli Məclisin deputatı Şahin İsmayılov isə qəzetimizə açıqlamasında deyib ki, IX Qlobal Bakı Forumu işini işğaldan azad olunan Azərbaycanın mədəniyyət paytaxtı Şuşada davam etdirməsi və burada panel müzakirələrin aparılmasının xüsusi tarixi və siyasi əhəmiyyəti var: “Müzakirələrdən sonra qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Forumun iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, bu ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib”.
Onun sözlərinə görə, bu cür beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə və işğaldan azad edilmiş tarixi torpaqlarımızda təşkil edilməsi Azərbaycanın dünyaya ən layiqli şəkildə tanıdılması və xarici nümayəndələrin işğala məruz qalmış ərazilərimizdəki erməni vandalizminin nəticələrini öz gözləri ilə görməsinə önəmli şərait yaradır. Bu baxımdan, IX Qlobal Bakı Forumunun əhəmiyyəti göz qabağındadır”, - deyə, deputat vurğulayıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39

