İntihara çağıran xəbər başlıqları...
20.07.2022 [18:05]
MÜŞFİQƏ
“Goranboyda iki uşaq anası intihar etdi”, “Qəbələdə gəlin toy günü intihar etdi”, “Tovuzda kişi arvadının başını kəsərək öldürdü, sonra özü intihar etdi” başlıqlı xəbərlər bu gün ölkə gündəmini zəbt etməkdədir. Hər günümüzü belə neqativ xəbərlərlə açırıq desək, yanılmarıq. Bu azmış kimi, sözügedən xəbərlərin daha da oxunaqlı olması üçün “Azərbaycanda dəhşət”, “tükürpədici olay”, “qandonduran hadisə” və s. səpkili yanaşmalar da əlavə edilir.
Ölkədə baş verən cinayət hadisələri nəinki onlayn mediada, eləcə də telekanalların kriminal verilişlərində və xəbər proqramlarında günün əsas olayı kimi təqdim edilir. İnformasiyanı “satmaq” üçün şok başlıqlı anonslar yığılır. Bu hallara ölkədə fəaliyyət göstərən mediamızda tez-tez rast gəlirik. Müşahidələr göstərir ki, bu kimi xəbərlər cəmiyyətə nə qədər əlçatan olursa, bir o qədər də intihar və cinayət hallarının sayı artır. Ərin arvadını qətlə yetirməsi və yaxud qardaşın bacısını bıçaqlaması, intihar etməsi kimi kriminal xəbərlərin mətbuatda yayımlanması cinayət hadisələrinin çoxalmasına səbəb olur və insanları cinayətə sövq edir. “Dəlinin yadına daş salma” məsəlini əbəs yerə deməyiblər. Baxış sayından da aydın olur ki, ən çox oxunan xəbərlər sırasında intihar xəbərləri yer alır. Məhz IP sayını artırmaq üçün cəmiyyət uçuruma aparılır. Bunu edənlər elə də uzaqda deyil. İçimizdədir... “Kriminal” bölmələri açıb “Biz çörəyimizə baxırıq” deyənlərə pis xəbərimiz var. Artıq qanun burda öz sözünü deyəcək!
MEDİA “mediaya” qarşı: intihar xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır
Bu məqsədlə də, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) mediada intihar hallarının işıqlandırılması ilə bağlı narazılıqlara münasibət bildirib. Agentlikdən bildirilib ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir. İntihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları işıqlandırarkən medianı ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşmağa və peşəkar həssaslıq nümayiş etdirməyə çağırır. Azərbaycan Respublikasının Audiovizual Şurası və MEDİA tərəfindən ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır. Qeyd olunur:
1. İntiharın üsulunu və hadisənin detallarını açıqlamaq, başlığa çıxarmaq, mübaliğəyə yol vermək arzuolunan deyil, eyni zamanda, jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz.
2. Zorakılıq, intihar və s. bu kimi insanların sağlamlığına və təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə və təsir gücünün artırılmasına yol verilməməlidir.
3. Əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə olunmamalıdır.
4. Uşaqlara münasibətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə birmənalı şəkildə əməl edilməlidir.
Jurnalistlərə müraciət: Dəhşət saçan sərlövhələr yolverilməzdir
Azərbaycan Mətbuat Şurasında “Media və intihar olaylarının işıqlandırılması” mövzusunda keçirilən tədbirdə jurnalistlərə müraciət ünvanlayıb. Müraciətdə jurnalist peşəsinə dəyər verən hər bir qələm sahibinin intihar hallarının mediada işıqlandırılması məsələsinə həssas yanaşmağa borclu olduğu deyilir. Bildirilib ki, bu borc həm mənəvi məsuliyyətdir, həm də peşə tələbidir: “İntihar olaylarına münasibətdə peşəkarlığı deyil, dəhşət saçan sərlövhələrin seçimini görürük. Belə təəssürat yaranır ki, sanki kimlərsə intiharı təbliğ və təşviq edir, adiləşdirir. İntihar hadisələri ilə əlaqədar bilgilərin də cəmiyyətə çatdırılması vacibdir. Ancaq məsələ ətrafında spekulyasiyalar yolverilməzdir. İntihar olayı baxış sayı toplamaq, izləyici auditoriyasını genişləndirmək naminə predmetə çevrilməməlidir. Ümumən insanların ahəngini pozma, mənəvi-psixoloji durumuna zərər vurma ehtimal? böyük olan hadisə və proseslərin təqdimatında şişirdilmiş ritorikadan, ucuz populizmdən, ajiotaj yaratmağa hesablanmış üsul və vasitələrdən yararlanma azad media prinsiplərinə tamamilə ziddir. Biz hər bir media təmsilçisini, hər bir KİV orqanını bu məqamı nəzərə almağa, onu əməli fəaliyyət müstəvisində dərk etməyə çağırırıq”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayevin fikrincə, jurnalist ictimaiyyət üçün əhəmiyyətli olan məsələləri işıqlandırmalıdır. Lakin mətbuatda intihar xəbərləri təqdim edərkən ehtiyatlı olmaq lazımdır. Düşünülmədən atılan addım oxucunu və ya tamaşaçını intihara sövq edə bilər: “İntihar xəbərlərin kütləvi şəkil alması və onun haqqında danışılması belə insanın psixikasına mənfi təsir edir. İntihara sövq edir. Bəzən hər hansı hadisə haqqında danışmaq belə, bilərəkdən və bilməyərəkdən onun təbliğinə səbəb olur. Düşünürəm ki, həmin xəbərlərin cəlbedici və diqqətçəkici formada təqdim edilməsi insanları intihara sürükləyən səbəblərdən biridir. Azad medianın prinsiplərinə zidd olan addımlar atmaqdansa, insanların maariflənməsinə diqqət yetirmək lazımdır. Baxış sayını toplamaq naminə insan həyatını puç etmək yolverilməzdir. Bu problemlərin həlli istiqamətində adekvat önləyici addımlar atılmalı və mütəxəssislərlə fəal əməkdaşlıq qurmalıdırlar”.
Heç bir intihar xəbəri cazibəli, detallı təqdim oluna bilməz!
Öz növbəsində, media eksperti Qulu Məhərrəmli deyir ki, intihar xəbərlərinin təqdim olunmasının özünün standartları var və bu normalara riayət etmək lazımdır. “Media üçün qadağan olunan mövzular yoxdur. Hüquq mühafizə orqanları və bir sıra strukturlar davamlı olaraq mediaya lazımı məlumatları verirlər. Cəmiyyət üçün əhəmiyyətli olan, vətəndaşların öz təhlükəsizliklərini qoruması üçün vacib olan xəbərləri vermək önəmlidir. “Ata qızını öldürdü”, “Ər-arvad dalaşdı”, “Namus üstündə bacısını bıçaqladı” kimi xəbərləri verməyin heç bir mənası yoxdur. Bəzən bu intihar xəbərləri, eləcə də intihar hadisələri o qədər bəh-bəhlə, o qədər bəzəyərək təqdim edilir ki, az qala ictimaiyyət üçün gərəkli olan digər məlumatları da üstələyir. Ona görə də, bir çox məsələlərdə ölçü meyarının nə olduğunu bilməyən bizim mediamız intihar xəbərlərinin təqdimatında da o ölçüləri pozur” - deyə açıqlama verən Q.Məhərrəmli sayt rəhbərlərini, qəzet redaktorlarını, televiziya prodüsserlərini xəbərləri seçəndə ehtiyatlı və diqqətli olmağa çağırır: “Tamaşaçı və oxucu üçün yararlı olmayan məlumatları işıqlandırmağın heç bir əhəmiyyəti yoxdur. Əksinə, əqlində, tərbiyəsində boşluğu olan insanları bir növ stimullaşdırır. Bu xəbərlərin verilmə qaydası var. Cəmiyyət üçün təhlükə yaradan intihar xəbərlərin, azyaşlı uşaqlarla bağlı hadisələrin, insan haqlarına, eləcə də şərəf və ləyaqətə toxunan məlumatların verilmə qaydalarını pozmamalıyıq. Etik davranışa önəm verməliyik. Bütün hallarda heç bir intihar xəbər cazibəli, detallı təqdim oluna bilməz”.
“Şok, Şok, Şok”, “Qandonduran anlar”, “Biabırçılıq”
Əgər rəsmi qurumlar və mütəxəssislər eyni fikirdədirsə, bu kimi hallar nə üçün çoxalır? Ən əsası niyə qarşısı alınmır?
Qəribə haldır ki, cəmiyyətin əksər hissəsi saytlarda intihar xəbərlərin qabarıq şəkildə işıqlandırılmasını birmənalı qarşılamasa da, ən çox izlənən xəbərlər də məhz həmin xəbərlərdir. Onların bəziləri saytlarda yalnız belə hadisələri izləyir, sanki kiminsə bədbəxtliyinə baxmaqdan zövq alır.
Bir sözlə, psixoloqlarla media ekspertlərin ortaq qənaətinə görə, intihar xəbərlər elə təqdim olunmalıdır ki, tamaşaçıları zorakılığa təşviq etməsin. Bu xarakterli xəbərlər hazırlayarkən auditoriya nəzərə alınmalı, zorakılıq və ölüm səhnələri kimi insan psixologiyasına mənfi təsir edən görüntülər, qan görüntüləri, hadisənin necə törədilməsinin təfərrüatlarının təsviri verilməməlidir.
Əgər intihar xəbərin məzmunu uşaqlarla bağlıdırsa, cinayətin qurbanı və ya törədicisi uşaqlardırsa, bu zaman tamamilə fərqli standartlar tətbiq olunur. Yetkinlik yaşına çatmamış şəxslərin ad və soyadlarının, eləcə də görüntülərinin yayılması qadağandır. Unutmayaq ki, hazırda dünyada intihar hallarının sayı 100 faizə qədər artıb. Bunun da səbəblərindən biri intiharlarla bağlı hazırlanan xəbərlərin təşviqedici xarakter daşımasıdır. Belə xəbərləri iradəsi zəif insanlar da oxuyurlar və problemlərdən çıxış yolunu da intiharda görürlər. Nəticədə intiharların sayı artır.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
15 Avqust 20:56

Xəbər lenti
15 Avqust 18:50

İdman
15 Avqust 17:45

Xəbər lenti
15 Avqust 17:08

Xəbər lenti
15 Avqust 15:43

Dünya
15 Avqust 15:26

Xəbər lenti
15 Avqust 15:25

Xəbər lenti
15 Avqust 15:23

Xəbər lenti
15 Avqust 15:21

Xəbər lenti
15 Avqust 15:14

İdman
15 Avqust 14:21

Xəbər lenti
15 Avqust 13:44

Dünya
15 Avqust 13:12

Xəbər lenti
15 Avqust 12:30

Xəbər lenti
15 Avqust 11:43

Xəbər lenti
15 Avqust 11:16

Xəbər lenti
15 Avqust 11:08

Xəbər lenti
15 Avqust 10:53

Prezident bu gün
15 Avqust 10:28

Xəbər lenti
15 Avqust 10:24

Xəbər lenti
15 Avqust 10:11

Siyasət
15 Avqust 10:07

İdman
15 Avqust 09:26

Xəbər lenti
15 Avqust 09:00

Xəbər lenti
14 Avqust 18:40

Xəbər lenti
14 Avqust 17:14

Dünya
14 Avqust 16:51

Dünya
14 Avqust 15:36

Xəbər lenti
14 Avqust 11:59

Xəbər lenti
14 Avqust 11:55

İdman
14 Avqust 11:53

İdman
13 Avqust 21:25

Xəbər lenti
13 Avqust 18:25

İdman
13 Avqust 17:48

Xəbər lenti
13 Avqust 15:40

Xəbər lenti
13 Avqust 13:57

Xəbər lenti
13 Avqust 12:27

Maraqlı
13 Avqust 12:00

Xəbər lenti
13 Avqust 11:47

Xəbər lenti
13 Avqust 11:31

MEDİA
13 Avqust 11:29
Ədəbiyyat
13 Avqust 11:28
.jpg&width=120)
Xəbər lenti
13 Avqust 11:15

Sosial
13 Avqust 11:05

Sosial
13 Avqust 10:37

Analitik
13 Avqust 10:32

Prezident bu gün
13 Avqust 10:25

Xəbər lenti
13 Avqust 10:25

Siyasət
13 Avqust 10:21

Sosial
13 Avqust 10:20

Xəbər lenti
13 Avqust 10:18

Gündəm
13 Avqust 10:03

Xəbər lenti
12 Avqust 20:12

Xəbər lenti
12 Avqust 20:10

Gündəm
12 Avqust 19:43

İqtisadiyyat
12 Avqust 19:41

İqtisadiyyat
12 Avqust 19:35

Siyasət
12 Avqust 19:33

Gündəm
12 Avqust 19:32

Gündəm
12 Avqust 19:28

Xəbər lenti
12 Avqust 19:27

Xəbər lenti
12 Avqust 19:20

Xəbər lenti
12 Avqust 17:01

Xəbər lenti
12 Avqust 16:38

Xəbər lenti
12 Avqust 16:04

Xəbər lenti
12 Avqust 15:44

Xəbər lenti
12 Avqust 15:13

Xəbər lenti
12 Avqust 15:12

Gündəm
12 Avqust 13:59

Siyasət
12 Avqust 13:53
