Azərbaycanda səsi yazıya çevirə biləcək startap yaradıldı
26.10.2022 [10:46]
MÜŞFİQƏ
Sürətlə inkişaf edən yeni texnologiyaların bir-birini əvəzlədiyi müasir dövrdə ölkəmizdə İKT sahəsinin inkişafı yeni mərhələyə qədəm qoydu. Son illərdə Azərbaycanın İKT sahəsində əldə etdiyi ən böyük uğurlardan biri də startap biznes modelidir. Bəs, tez-tez haqqında söhbət açılan startap nədir və necə yaranıb? Hansı təkamül yolunu keçib? Startap termini ilk dəfə 1973-cü ilin avqustunda “Forbes” və 1977-ci ilin sentyabrında “Business Week” jurnallarında istifadə edilib. Bütün dünyada qəbul edilən və universal tərifə çevrilən “startap” sözünün 2010-cu illərin əvvəllərində sahibkarların məşhur məkanı olan Silikon Vadisində yarandığı düşünülür. Əvvəl Amerikada başlayan, sonralar isə dünyanı bürüyən biznes modeli tendensiyasıdır. Startapların əsas məqsədi istehlakçılara təklif olunmayan bir şeyi təklif etmək və sürətlə böyüməyi hədəfləməkdir.
Yerli startapların vəziyyəti...
Əgər nə vaxtsa səs yazısını mətnə çevirməyə cəhd etmisinizsə, bunun nə qədər çətin və vaxt aparan iş olduğunu mütləq görmüsünüz. 1 saatlıq səs yazısını dinləyərək yazmaq, bu sahədə mütəxəssis olmayan insanın 7-8 saat vaxtını ala bilər. Artıq Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanmış, süni intellekt əsasında işləyən onlayn proqram təminatı vasitəsilə səs və videonu saatlar deyil, dəqiqələr içində mətnə çevirmək, eləcə də mətni onlayn formada redaktə etmək mümkündür. Bunu qəzetimizə açıqlamasında süni intellekt üzrə mütəxəssis Rauf Fətullayev bildirib. Ekspertin sözlərinə görə, haqqında danışılan proqram vasitəsilə bir çox qurumlarda işləri daha asan və zaman itirmədən həyata keçirmək mümkündür: “Onlayn proqram təminatı kimi istifadəyə verilmiş xidmət vasitəsilə alınmış mətn MS Word, Text və videolara alt yazı əlavə etməyə imkan verən SRT formatında endirilə bilər. Səs-video fayllarını qulaq asaraq yazmağa nisbətən dəfələrlə daha tez və ucuz mətnə çevirmək yeni imkanlar açır. Məsələn, həkimlər müayinə nəticələrini klaviaturada düymələri basmaq əvəzinə danışaraq daxil etmə vasitəsilə gün ərzində daha çox xəstəni müayinə edə bilirlər. Çağrı mərkəzində insanlar tərəfindən dinlənilməsi mümkün olmayan minlərlə saat səs yazısını mətnə çevirib axtarış və analitika aparmaq idarəçilərə doğru, dəqiq qərarlar verməyə kömək edir”.
Bundan başqa, jurnalistika, elmi tədqiqat, iclasların protokollaşdırılması və digər sahələrdə çalışan şəxslərin vaxtlarının böyük bir hissəsi səs yazılarının mətnə çevrilməsinə sərf olunur. Avtomatik transkripsiya xidməti süni intellekt vasitəsilə bu sahədə insanları yorucu işdən azad edərək yaradıcı işə köklənmələrinə, qısa vaxt ərzində daha çox informasiya ilə işləmələrinə kömək edir.
Məlumat üçün bildirək ki, Azərbaycan startapı “Robotronics” MMC-nin “Voicedocs” adlanan transkripsiya xidməti Trier Universiteti, Hannover Leybnits Universiteti, İstanbul Böyükşehir Belediyesi kimi Almaniya və Türkiyədə bir çox dövlət və özəl qurumlar, universitetlər tərəfindən istifadə olunur. “MaxQDA” və “Atlas.ti” kimi dünyada ən məşhur kvalitativ elmi araşdırma üçün proqram məhsulları “Voicedocs” transkriptlərini import etmək imkanını dəstəkləyir.
Mütəxəssis onu da bildirib ki, qeyd edilən startap, habelə “NVidia” şirkətinin süni intellekt sahəsində startaplara dəstək və inkişaf proqramı olan “NVidia Inception” proqramının Azərbaycandan olan yeganə üzvüdür: “Startap tərəfindən Azərbaycan dili üçün transkripsiya sisteminin yaradılması KOBİA tərəfindən verilmiş qrant layihəsi əsasında həyata keçirilib. Sistemin yaradılması üçün aparılan elmi tədqiqatlara İdarəetmə Sistemləri İnstitutu da dəstək göstərib. Min eşitməkdənsə, bir görmək yaxşıdır, deyiblər. Sistemi “www.voicedocs.com” linkinə daxil olaraq pulsuz yoxlamaq mümkündür”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52

