Azad sahibkarlığın inkişafı prioritetdir
23.11.2022 [10:26]
Yeganə BAYRAMOVA
İqtisadi inkişafın əsas elementlərindən biri və ən əsası ölkədə sahibkarlıq üçün əlverişli mühitin olmasıdır. Çünki iqtisadiyyatın tərəqqisi üçün rəqabət mühiti və şaxəli şəkildə inkişaf olmalıdır. Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad sahibkarlıq və biznes mühitinin vəziyyəti vacib rol oynayır. Təbii ki, dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Əlbəttə ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılı olduğu üçün respublikamızda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir.
Azad sahibkarlıq və liberal iqtisadiyyatdan danışarkən öncə onu xüsusi vurğulamaq yerinə düşər ki, son illərdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən davamlı tədbirlər sayəsində Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Respublikamızda özəl sektorda fəallığın artmasını şərtləndirən bir sıra mühüm amillər sadalamaq olar. Onların sırasında bütün ölkə boyunca yaradılan yüksək səviyyəli infrastrukturun önəmini xüsusi vurğulamaq lazımdır. Demək olar ki, ölkəmizdə özəl sektorun dinamik inkişafı üçün lazım olan bütün addımlar atılır.
KOB-ların ölkə iqtisadiyyatında rolu
Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar və dövlət dəstəyi nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Belə hesab edilir ki, qarşıdakı onillikdə dünyada hər 10 iş yerindən 7-si kiçik və orta sahibkarlar tərəfindən yaradılacaq. Ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizinin kiçik, orta biznes subyektləri (KOB) olması kiçik və orta sahibkarlığın böyük potensiala malik olduğunu göstərir. KOB-ların ölkə iqtisadiyyatında rolunun və çəkisinin artırılması davamlı iqtisadi artımın təmin edilməsi baxımından prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin sistemli islahatları nəticəsində xüsusilə son illərdə kiçik və orta sahibkarlığın maliyyə dayanıqlılığının artırılması, aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsi, güzəştli kreditlər verilməsi, eləcə də kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi, müxtəlif iqtisadi xidmətlərin “bir pəncərələr” vasitəsilə həyata keçirilməsi, sahibkarlıq fəaliyyəti üçün lisenziyaların azaldılması, icazələrin asanlaşdırılması istiqamətində xeyli işlər görülüb. Bütün bunların hər birinin əsasında dövlət başçısının tapşırıqları, müəyyən etdiyi vəzifələr, iqtisadi siyasət dayanır.
Gizli iqtisadiyyata qarşı mübarizə
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycanda azad iqtisadiyyat və liberal iqtisadi sistemin qurulması prioritet məsələlərdəndir. Deputat qeyd edib ki, bununla bağlı 2022-2026-cı illəri əhatə edən strategiyada xüsusi prinsiplər var: “Bir tərəfdən ölkəmizdə gizli iqtisadiyyata qarşı mübarizənin güclənməsi iqtisadiyyatın liberallaşmasına xüsusi töhfə verilir. Bu da təbii ki, rəqabətin güclənməsi, azad iqtisadi sistemin genişləndirilməsi baxımdan vacib hesab olunur. Digər tərəfdən də liberal iqtisadiyyatın inkişafı özəl sektorların payının artmasında özünü göstərir”.
Parlament üzvünün sözlərinə görə, ölkə başçısı tərəfindən təsdiq olunmuş “2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər”də də gizli iqtisadiyyatın məhdudlaşdırılması, eyni zamanda liberal iqtisadiyyatın genişləndirilməsi əsas prioritetlərdən biridir: “Bu baxımdan növbəti dövrlərdə də bu istiqamətdə islahatların davam etdiriləcəyi gözlənilir. Dünya Bankının duin-biznes hesabatı həm də azad iqtisadiyyat, eləcə də iqtisadiyyatın liberallaşdırılması baxımından bir konsepsiya rolu oynaya bilər. Nəzərə alaq ki, hesabatın fəlsəfəsi prosedurların, eləcə də tələb olunan zamanın ölçüsündə azalmalar, yəni günlərin sayının azalmasından ibarətdir. Artıq bu istiqamətdə Azərbaycan ciddi islahatlar aparır. Xüsusən də duin-biznesdə yerimizin möhkəmlənməsi də bundan xəbər verir. Duin-biznesdə nisbətən geri qaldığımız istiqamətlər üzrə islahatların dərinləşməsi və azad sahibkarlığın bu konteksdən dəstəklənməsi məqsədəuyğun olardı”.
V.Bayramov vurğulayıb ki, həm ümumi məsələlərin sayında özəl sektorun payının artmasını, həm də bütövlükdə iqtisadiyyatda özəl müəssisələrin genişlənməsini müşahidə edirik: “Bütün bunlar azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafında xüsusi rol oynayır. Bu baxımdan biz 2018-ci ildən azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafını və bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsini müşahidə edirik. Bu, iqtisadi vəziyyətin dayanıqlılığı baxımından vacibdir. Çünki yeni strategiyada inklüziv inkişaf prioritet məsələlərdəndir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29

